https://sputnik.az/20241126/rusiyanin-regionlari-kutlevi-dron-hucumuna-meruz-qalib-469012774.html
Rusiyanın regionları kütləvi dron hücumuna məruz qalıb
Rusiyanın regionları kütləvi dron hücumuna məruz qalıb
Sputnik Azərbaycan
Rusiya MN bildirir ki, ötən gecə Kiyev rejiminin Rusiya Federasiyası ərazisindəki obyektlərə pilotsuz uçuş aparatlarından istifadə etməklə terror aktı törətmək... 26.11.2024, Sputnik Azərbaycan
2024-11-26T12:32+0400
2024-11-26T12:32+0400
2024-11-26T12:32+0400
pua
rusiya
rostov
ukrayna
belqorod vilayəti
krım
kreml
rostov
https://cdnn1.img.sputnik.az/img/07e8/08/1d/466978567_0:114:3001:1802_1920x0_80_0_0_3db90187d9c483b39745323fe72ab35e.jpg
BAKI, 26 noyabr — Sputnik. Ötən gecə Rusiya hava hücumundan müdafiə sistemləri ölkənin 7 regionu üzərində 39 Ukrayna pilotsuz uçuş aparatını məhv edib və ələ keçirib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. "Ötən gecə Kiyev rejiminin Rusiya Federasiyası ərazisindəki obyektlərə pilotsuz uçuş aparatlarından istifadə etməklə terror aktı törətmək cəhdi zamanı növbətçi hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus 39 təyyarə tipli PUA-nı məhv edib və ələ keçirib" - məlumatda bildirilir. Bildirilir ki, 24 PUA Rostov vilayəti, 5-i Bryansk vilayəti, 3-ü Belqorod vilayəti, 3-ü Kursk vilayəti, 1-i isə dəniz üzərində, Oryol və Voronej vilayətlərində 1, Krımda 1 PUA vurulub. Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. Rusiya prezidenti Vladimir Putin əməliyyatın məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" adlandırıb. O qeyd edib ki, xüsusi əməliyyat məcburi tədbirdir, Rusiyanın "əksini etmək şansı qalmayıb, təhlükəsizlik riskləri elə yaradılıb ki, başqa vasitələrlə cavab vermək mümkün deyildi". Moskva dəfələrlə danışıqlara hazır olduğunu bildirsə də, Kiyev onlara qanunvericilik səviyyəsində qadağa qoyub. Qərb Rusiyanı danışıqlara çağırır, Moskva buna hazır olduğunu göstərir, lakin eyni zamanda Qərb Kiyevin dialoqdan daim imtina etməsinə məhəl qoymur. Əvvəllər Kreml bəyan edirdi ki, hazırda Ukraynada vəziyyətin dinc istiqamətə keçməsi üçün heç bir ilkin şərt yoxdur, Rusiya üçün mütləq prioritet xüsusi əməliyyatın məqsədlərinə nail olmaqdır, hazırda bu, yalnız hərbi yolla mümkündür. Kreml bəyan edib ki, de-fakto vəziyyət və yeni reallıqlar nəzərə alınarsa, Moskvanın bütün tələbləri məqbul hesab edilərsə, Ukraynadakı vəziyyət dinc məcraya keçə bilər.
rostov
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/08/1d/466978567_223:0:2776:1915_1920x0_80_0_0_36fa290a9f69e4f87b19775ae3f414db.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
pua, rostov, ukrayna, belqorod vilayəti, krım, kreml, rostov
pua, rostov, ukrayna, belqorod vilayəti, krım, kreml, rostov
Rusiyanın regionları kütləvi dron hücumuna məruz qalıb
Rusiya MN bildirir ki, ötən gecə Kiyev rejiminin Rusiya Federasiyası ərazisindəki obyektlərə pilotsuz uçuş aparatlarından istifadə etməklə terror aktı törətmək cəhdi edib.
BAKI, 26 noyabr — Sputnik. Ötən gecə Rusiya hava hücumundan müdafiə sistemləri ölkənin 7 regionu üzərində 39 Ukrayna pilotsuz uçuş aparatını məhv edib və ələ keçirib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"Ötən gecə Kiyev rejiminin Rusiya Federasiyası ərazisindəki obyektlərə pilotsuz uçuş aparatlarından istifadə etməklə terror aktı törətmək cəhdi zamanı növbətçi hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus 39 təyyarə tipli PUA-nı məhv edib və ələ keçirib" - məlumatda bildirilir.
Bildirilir ki, 24 PUA Rostov vilayəti, 5-i Bryansk vilayəti, 3-ü Belqorod vilayəti, 3-ü Kursk vilayəti, 1-i isə dəniz üzərində, Oryol və Voronej vilayətlərində 1, Krımda 1 PUA vurulub.
Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. Rusiya prezidenti Vladimir Putin əməliyyatın məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" adlandırıb. O qeyd edib ki, xüsusi əməliyyat məcburi tədbirdir, Rusiyanın "əksini etmək şansı qalmayıb, təhlükəsizlik riskləri elə yaradılıb ki, başqa vasitələrlə cavab vermək mümkün deyildi".
Moskva dəfələrlə danışıqlara hazır olduğunu bildirsə də, Kiyev onlara qanunvericilik səviyyəsində qadağa qoyub. Qərb Rusiyanı danışıqlara çağırır, Moskva buna hazır olduğunu göstərir, lakin eyni zamanda Qərb Kiyevin dialoqdan daim imtina etməsinə məhəl qoymur. Əvvəllər Kreml bəyan edirdi ki, hazırda Ukraynada vəziyyətin dinc istiqamətə keçməsi üçün heç bir ilkin şərt yoxdur, Rusiya üçün mütləq prioritet xüsusi əməliyyatın məqsədlərinə nail olmaqdır, hazırda bu, yalnız hərbi yolla mümkündür. Kreml bəyan edib ki, de-fakto vəziyyət və yeni reallıqlar nəzərə alınarsa, Moskvanın bütün tələbləri məqbul hesab edilərsə, Ukraynadakı vəziyyət dinc məcraya keçə bilər.