https://sputnik.az/20241126/baki-metrosunun-is-rejiminde-bir-gunluk-deyisiklik-olacaq-469025739.html
Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq
Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq
Sputnik Azərbaycan
Qatarlar gün ərzində payız-qış qrafikinin iş günləri cədvəlinə uyğun hərəkət edəcək. 26.11.2024, Sputnik Azərbaycan
2024-11-26T20:20+0400
2024-11-26T20:20+0400
2024-11-26T20:20+0400
paytaxt xəbərləri
uefa
qarabağ
nərimanov
28 may
uefa avropa liqası
bakı metropoliteni
https://cdnn1.img.sputnik.az/img/07e8/0a/02/467805225_0:120:1280:840_1920x0_80_0_0_df6c09d9717b286694fe5d36fb4a1522.jpg
BAKI, 26 noyabr — Sputnik. Noyabrın 28-də "Bakı Metropoliteni" QSC Azərbaycanı UEFA Avropa Liqası turnirinin əsas mərhələsində təmsil edən "Qarabağ" Futbol Klubunun oyunu ilə əlaqədar dəyişdirilmiş iş rejimində çalışacaq. Sputnik Azərbaycan-a bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir. Məlumata görə, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) müraciəti əsasında və metronun paytaxtda keçirilən mədəni-kütləvi tədbirlər planına uyğun olaraq, stansiyaların iş rejimi 1 saat uzadılacaq. Tofiq Bəhramov adına Respublika stadionunda saat 21:45-də başlanacaq qarşılaşmanın gecə saatlarında yekunlaşacağı nəzərə alınaraq, arenanın yaxınlığında yerləşən "Gənclik" stansiyasında axşam saatlarından gücləndirilmiş iş rejimi tətbiq olunacaq. Oyun ərəfəsində stansiyada nəzarət mexanizmləri gücləndiriləcək və növbətçilik cədvəli tərtib ediləcək. Sərnişinlərin yönləndirilməsi, səmti daha rahat müəyyən etməsi üçün əlavə işçi qüvvəsi cəlb olunacaq. Azarkeşlərin mənzil başına rahat çatdırılması və təhlükəsiz daşınmasını təmin etmək məqsədilə bütün stansiyaların qapıları gecə saat 01:00-a qədər açıq olacaq. "Nərimanov" və "28 May" stansiyalarında da ehtiyat tədbirlər nəzərdə tutulacaq. Qatarlar gün ərzində payız-qış qrafikinin iş günləri cədvəlinə uyğun hərəkət edəcək. Ehtiyac yaranacağı təqdirdə, ehtiyat qatarlar xəttə buraxılacaq. Qatarların hərəkəti oyun yekunlaşdıqdan sonra xüsusi qaydada tənzimlənəcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0a/02/467805225_0:0:1280:960_1920x0_80_0_0_90018b116708a74df871ecf9d116d61b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
uefa, qarabağ, nərimanov, 28 may, uefa avropa liqası, bakı metropoliteni
uefa, qarabağ, nərimanov, 28 may, uefa avropa liqası, bakı metropoliteni
Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq
Qatarlar gün ərzində payız-qış qrafikinin iş günləri cədvəlinə uyğun hərəkət edəcək.
BAKI, 26 noyabr — Sputnik. Noyabrın 28-də "Bakı Metropoliteni" QSC Azərbaycanı UEFA Avropa Liqası turnirinin əsas mərhələsində təmsil edən "Qarabağ" Futbol Klubunun oyunu ilə əlaqədar dəyişdirilmiş iş rejimində çalışacaq.
Sputnik Azərbaycan-a bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Məlumata görə, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) müraciəti əsasında və metronun paytaxtda keçirilən mədəni-kütləvi tədbirlər planına uyğun olaraq, stansiyaların iş rejimi 1 saat uzadılacaq.
Tofiq Bəhramov adına Respublika stadionunda saat 21:45-də başlanacaq qarşılaşmanın gecə saatlarında yekunlaşacağı nəzərə alınaraq, arenanın yaxınlığında yerləşən "Gənclik" stansiyasında axşam saatlarından gücləndirilmiş iş rejimi tətbiq olunacaq. Oyun ərəfəsində stansiyada nəzarət mexanizmləri gücləndiriləcək və növbətçilik cədvəli tərtib ediləcək. Sərnişinlərin yönləndirilməsi, səmti daha rahat müəyyən etməsi üçün əlavə işçi qüvvəsi cəlb olunacaq.
Azarkeşlərin mənzil başına rahat çatdırılması və təhlükəsiz daşınmasını təmin etmək məqsədilə bütün stansiyaların qapıları gecə saat 01:00-a qədər açıq olacaq. "Nərimanov" və "28 May" stansiyalarında da ehtiyat tədbirlər nəzərdə tutulacaq.
Qatarlar gün ərzində payız-qış qrafikinin iş günləri cədvəlinə uyğun hərəkət edəcək. Ehtiyac yaranacağı təqdirdə, ehtiyat qatarlar xəttə buraxılacaq.
Qatarların hərəkəti oyun yekunlaşdıqdan sonra xüsusi qaydada tənzimlənəcək.