Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Zaxarova: Britaniyanın Ukraynadakı münaqişəyə qarışmaması barədə danışmaq təhlükəlidir

© Sputnik / Кристина КормилицынаRusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova, arxiv
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova, arxiv - Sputnik Azərbaycan, 1920, 24.11.2024
Abunə olmaq
ABŞ rəhbəri söhbət zamanı Ukraynadakı münaqişənin ehtimal olunan həllində "aparıcı roluna" görə Britaniyaya təşəkkür edib.
BAKI, 24 noyabr — Sputnik. Bəzi ekspertlərin Britaniyanın Ukraynadakı hərbi münaqişədə iştirak etməməsi ilə bağlı açıqlamaları gülməli olmadığı qədər təhlükəlidir.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova özünün "Telegram" kanalında yazıb.
Diplomat iki ay əvvəl ABŞ və Britaniya başçıları arasında aparılan danışıqlardan bir söhbəti misal çəkib. Dialoq zamanı ABŞ lideri Britaniyanın baş nazirinə "xoş gəlmisiniz, Ağ Evə geri dönüşünüz mübarək" söyləyib. Eyni zamanda, Zaxarova qeyd edib ki, Böyük Britaniyanın baş naziri Co Baydenin sözlərini bəyənərək başını tərpədib.
Həmçinin, ABŞ rəhbəri söhbət zamanı Ukraynadakı münaqişənin ehtimal olunan həllində "aparıcı roluna" görə Britaniyaya təşəkkür edib.
Bundan əvvəl Zaxarova Berlinin Avropada təxribat törətməkdə davam etdiyini söyləmişdi.
Xəbər lenti
0