https://sputnik.az/20241123/lavrov-stanbulda-ikiterefli-gorusler-kecirecek-468116979.html
Rusiya və Türkiyə XİN başçıları regionun gələcək taleyini müzakirə ediblər
Rusiya və Türkiyə XİN başçıları regionun gələcək taleyini müzakirə ediblər
Sputnik Azərbaycan
Rusiya və Türkiyə bölgəyə birlikdə nəzarət edəcək
2024-11-23T20:50+0400
2024-11-23T20:50+0400
2024-11-23T20:55+0400
rusiya
rusiya
görüş
sergey lavrov
mariya zaxarova
cənubi qafqaz
rusiya federasiyası
türkiyə
iran
gürcüstan
https://cdnn1.img.sputnik.az/img/07e7/08/1f/458208533_0:0:2933:1651_1920x0_80_0_0_d1a3c4b19c64c3a6b954e2d9737fb2f8.jpg
BAKI, 23 noyabr — Sputnik. Türkiyənin xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığı aparıb.Bu barədə Türkiyənin diplomatik mənbəyi məlumat verib.“Türkiyənin xarici işlər naziri Hakan Fidan şənbə günü, noyabrın 23-də rusiyalı həmkarı Sergey Lavrov ilə telefon danışığı aparıb, nazirlər ölkələr arasında ikitərəfli münasibətləri və regional problemləri müzakirə ediblər” - məlumatda bildirilir.13.11.24, 22:22Lavrov və Fidan mühüm siyasi məsələləri müzakirə ediblərTürkiyənin xarici işlər naziri Hakan Fidan ilə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.Sputnik Türkiyə xəbər verir ki, Hakan Fidan və Sergey Lavrov ikitərəfli və regional məsələləri müzakirə ediblər. Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin mənbələrindən əldə edilən məlumatda bu cümlə yer alıb: "Bu gün axşam (13 noyabr) xarici işlər naziri Hakan Fidan Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə telefon danışığı aparıb. İkitərəfli və regional məsələlər müzakirə olunub”.18.10.24, 14:55Rusiya və Türkiyə XİN başçıları İstanbulda görüşüblərRusiyanın xarici işlər naziri Sergey Lavrov İstanbulda Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşüb. "RİA Novosti" xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Xarici İşlər Nazirliyində məlumat verilib. Lavrov Cənubi Qafqaz və Yaxın Şərqdə əməkdaşlıq məsələlərinin müzakirə olunduğu "3+3" formatında keçiriləcək görüşdə iştirak etmək üçün bir gün əvvəl İstanbula gəlib. Rusiya Federasiyası və Türkiyə xarici işlər nazirləri arasında keçirilən görüşün təfərrüatları açıqlanmayıb. Daha əvvəl Fidan xəbər vermişdi ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "3+3" regional platformasının iclasına gələn Türkiyə, Rusiya Federasiyası, Azərbaycan, Ermənistan və İranın xarici işlər nazirlərini qəbul etməyi planlaşdırır. Cənubi Qafqaz və Yaxın Şərqdə əməkdaşlıq üzrə altıtərəfli (Rusiya, Türkiyə, İran, Azərbaycan, Ermənistan və Gürcüstan) məsləhətləşmələr formatının başlanması 2020-ci ilin sonunda Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən təklif edilib. Gürcüstan dəfələrlə bu formatda iştiraka dəvət olunub, lakin hələ də onun işinə qoşulmayıb. 2021-ci ilin dekabrında platformanın ilk iclası Moskvada keçirilib. Xarici işlər nazirləri sonuncu dəfə bu formatda 2023-cü ilin oktyabrında Tehranda görüşüblər. Türkiyənin xarici işlər naziri Hakan Fidanın daha əvvəl deyib ki, Gürcüstan yenə də tədbirdə təmsil olunmayacağından hazırkı iclasda 5 nazirin iştirakı gözlənilir.16.10.24, 18:10Lavrov İstanbulda ikitərəfli görüşlər keçirəcəkRusiyanın xarici işlər naziri Sergey Lavrov İstanbulda "3+3" platformasının (Azərbaycan, Ermənistan, Gürcüstan - Rusiya, Türkiyə, İran) görüşü çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirməyi planlaşdırır. Bu barədə Rusiya XİN rəsmisi Mariya Zaxarova deyib. Zaxarova qeyd edib ki, Rusiya "3+3" formatını Cənubi Qafqazda davamlı sülh və sabitliyin bərqərar olunması üçün səylərin əlaqələndirilməsi üçün effektiv mexanizm, habelə ticarət-iqtisadi, nəqliyyat, logistika, mədəni və humanitar sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı təşviq etmək imkanı hesab edir. Xatırladaq ki, bir müddət əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidan qarşıdakı görüşdə Azərbaycan, Ermənistan, İran və Rusiya xarici işlər nazirlərinin iştirak edəcəyini bildirmişdi. Rəsmi Tbilisinin məlumatına görə, Gürcüstan görüşdə iştirakdan imtina edib. "3+3" platforması Cənubi Qafqaz regionunda altı ölkənin (Rusiya, Türkiyə, İran, Azərbaycan, Ermənistan və Gürcüstan) əməkdaşlığını nəzərdə tutur. Gürcüstan dəfələrlə bu formatda iştiraka dəvət olunub, lakin hələ də onun işinə qoşulmayıb. 2021-ci ilin dekabrında Moskvada xarici işlər nazirlərinin müavinləri səviyyəsində platformanın ilk iclası, 2023-cü ilin oktyabr ayının sonunda isə nazirlərin görüşü baş tutub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/08/1f/458208533_194:0:2733:1904_1920x0_80_0_0_037ea42167597e15bf24152df4d83622.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya və türkiyə, xin başçıları, hakan fidan, sergey lavrov
rusiya və türkiyə, xin başçıları, hakan fidan, sergey lavrov
Rusiya və Türkiyə XİN başçıları regionun gələcək taleyini müzakirə ediblər
20:50 23.11.2024 (Yenilənib: 20:55 23.11.2024) Rusiya və Türkiyə XİN başçıları arasında telefon danışığı olub.
BAKI, 23 noyabr — Sputnik. Türkiyənin xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığı aparıb.
Bu barədə Türkiyənin diplomatik mənbəyi məlumat verib.
“Türkiyənin xarici işlər naziri Hakan Fidan şənbə günü, noyabrın 23-də rusiyalı həmkarı Sergey Lavrov ilə telefon danışığı aparıb, nazirlər ölkələr arasında ikitərəfli münasibətləri və regional problemləri müzakirə ediblər” - məlumatda bildirilir.
Lavrov və Fidan mühüm siyasi məsələləri müzakirə ediblər
Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.
Sputnik Türkiyə xəbər verir ki, Hakan Fidan və Sergey Lavrov ikitərəfli və regional məsələləri müzakirə ediblər.
Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin mənbələrindən əldə edilən məlumatda bu cümlə yer alıb:
"Bu gün axşam (13 noyabr) xarici işlər naziri Hakan Fidan Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə telefon danışığı aparıb. İkitərəfli və regional məsələlər müzakirə olunub”.
Rusiya və Türkiyə XİN başçıları İstanbulda görüşüblər
Rusiyanın xarici işlər naziri Sergey Lavrov İstanbulda Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşüb. "RİA Novosti" xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Xarici İşlər Nazirliyində məlumat verilib.
Lavrov Cənubi Qafqaz və Yaxın Şərqdə əməkdaşlıq məsələlərinin müzakirə olunduğu "3+3" formatında keçiriləcək görüşdə iştirak etmək üçün bir gün əvvəl İstanbula gəlib. Rusiya Federasiyası və Türkiyə xarici işlər nazirləri arasında keçirilən görüşün təfərrüatları açıqlanmayıb.
Daha əvvəl Fidan xəbər vermişdi ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "3+3" regional platformasının iclasına gələn Türkiyə, Rusiya Federasiyası, Azərbaycan, Ermənistan və İranın xarici işlər nazirlərini qəbul etməyi planlaşdırır.
Cənubi Qafqaz və Yaxın Şərqdə əməkdaşlıq üzrə altıtərəfli (Rusiya, Türkiyə, İran, Azərbaycan, Ermənistan və Gürcüstan) məsləhətləşmələr formatının başlanması 2020-ci ilin sonunda Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən təklif edilib. Gürcüstan dəfələrlə bu formatda iştiraka dəvət olunub, lakin hələ də onun işinə qoşulmayıb. 2021-ci ilin dekabrında platformanın ilk iclası Moskvada keçirilib. Xarici işlər nazirləri sonuncu dəfə bu formatda 2023-cü ilin oktyabrında Tehranda görüşüblər.
Türkiyənin xarici işlər naziri Hakan Fidanın daha əvvəl deyib ki, Gürcüstan yenə də tədbirdə təmsil olunmayacağından hazırkı iclasda 5 nazirin iştirakı gözlənilir.
Lavrov İstanbulda ikitərəfli görüşlər keçirəcək
Rusiyanın xarici işlər naziri Sergey Lavrov İstanbulda "3+3" platformasının (Azərbaycan, Ermənistan, Gürcüstan - Rusiya, Türkiyə, İran) görüşü çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirməyi planlaşdırır. Bu barədə Rusiya XİN rəsmisi Mariya Zaxarova deyib.
"Rusiya xarici işlər naziri 17-18 oktyabr tarixlərində Azərbaycan, Ermənistan, Gürcüstan, həmçinin İran, Rusiya və Türkiyənin daxil olduğu "3+3" regional məsləhətçi platformasının üçüncü iclasında iştirak etmək üçün İstanbula səfər edəcək", - Zaxarova bildirib.
Zaxarova qeyd edib ki, Rusiya "3+3" formatını Cənubi Qafqazda davamlı sülh və sabitliyin bərqərar olunması üçün səylərin əlaqələndirilməsi üçün effektiv mexanizm, habelə ticarət-iqtisadi, nəqliyyat, logistika, mədəni və humanitar sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı təşviq etmək imkanı hesab edir. Xatırladaq ki, bir müddət əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidan qarşıdakı görüşdə Azərbaycan, Ermənistan, İran və Rusiya xarici işlər nazirlərinin iştirak edəcəyini bildirmişdi.
Rəsmi Tbilisinin məlumatına görə, Gürcüstan görüşdə iştirakdan imtina edib.
"3+3" platforması Cənubi Qafqaz regionunda altı ölkənin (Rusiya, Türkiyə, İran, Azərbaycan, Ermənistan və Gürcüstan) əməkdaşlığını nəzərdə tutur. Gürcüstan dəfələrlə bu formatda iştiraka dəvət olunub, lakin hələ də onun işinə qoşulmayıb.
2021-ci ilin dekabrında Moskvada xarici işlər nazirlərinin müavinləri səviyyəsində platformanın ilk iclası, 2023-cü ilin oktyabr ayının sonunda isə nazirlərin görüşü baş tutub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.