https://sputnik.az/20241123/kreml-rusiyada-seferberlik-iddialarina-aydinliq-getirdi-468958423.html
Kreml Rusiyada səfərbərlik iddialarına aydınlıq gətirdi
Kreml Rusiyada səfərbərlik iddialarına aydınlıq gətirdi
Sputnik Azərbaycan
Rusiya prezidentinin mətbuat katibi deyib ki, ölkə vətəndaşları çox fəal şəkildə Müdafiə Nazirliyi ilə müqavilələr bağlayır və bunun əsasında xidmətə... 23.11.2024, Sputnik Azərbaycan
2024-11-23T21:00+0400
2024-11-23T21:00+0400
2024-11-23T22:55+0400
dmitri peskov
rusiya
kreml
ukrayna
rusiya müdafiə nazirliyi
putin
rusiya prezidenti vladimir putin
https://cdnn1.img.sputnik.az/img/42203/21/422032118_0:160:3073:1888_1920x0_80_0_0_7214580af896a6d8a4eb0d02118f943d.jpg
BAKI, 23 noyabr — Sputnik. Rusiyada səfərbərlikdən söhbət getmir. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov RİA Novosti-yə bildirib. Peskov deyib ki, hər gün yüzlərlə rusiyalı Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlayır, təlim keçir, sonra isə xüsusi hərbi əməliyyata qoşulurlar. "Əvvəlcə onlar təlimlərə cəlb olunurlar, diqqətlə hazırlanırlar. Ona görə də indi səfərbərlikdən danışmağa ehtiyac yoxdur", Peskov bildirib. Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. Rusiya prezidenti Vladimir Putin əməliyyatın məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" adlandırıb. O qeyd edib ki, xüsusi əməliyyat məcburi tədbirdir, Rusiyanın "əksini etmək şansı qalmayıb, təhlükəsizlik riskləri elə yaradılıb ki, başqa vasitələrlə cavab vermək mümkün deyildi". Moskva dəfələrlə danışıqlara hazır olduğunu bildirsə də, Kiyev onlara qanunvericilik səviyyəsində qadağa qoyub. Qərb Rusiyanı danışıqlara çağırır, Moskva buna hazır olduğunu göstərir, lakin eyni zamanda Qərb Kiyevin dialoqdan daim imtina etməsinə məhəl qoymur. Əvvəllər Kreml bəyan edirdi ki, hazırda Ukraynada vəziyyətin dinc istiqamətə keçməsi üçün heç bir ilkin şərt yoxdur, Rusiya üçün mütləq prioritet xüsusi əməliyyatın məqsədlərinə nail olmaqdır, hazırda bu, yalnız hərbi yolla mümkündür. Kreml bəyan edib ki, de-fakto vəziyyət və yeni reallıqlar nəzərə alınarsa, Moskvanın bütün tələbləri məqbul hesab edilərsə, Ukraynadakı vəziyyət dinc məcraya keçə bilər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42203/21/422032118_170:0:2901:2048_1920x0_80_0_0_836ce2600c0c9ef51858507d7d2e812f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
dmitri peskov, kreml, ukrayna, rusiya müdafiə nazirliyi, putin, rusiya prezidenti vladimir putin
dmitri peskov, kreml, ukrayna, rusiya müdafiə nazirliyi, putin, rusiya prezidenti vladimir putin
Kreml Rusiyada səfərbərlik iddialarına aydınlıq gətirdi
21:00 23.11.2024 (Yenilənib: 22:55 23.11.2024) Rusiya prezidentinin mətbuat katibi deyib ki, ölkə vətəndaşları çox fəal şəkildə Müdafiə Nazirliyi ilə müqavilələr bağlayır və bunun əsasında xidmətə qoşulurlar.
BAKI, 23 noyabr — Sputnik. Rusiyada səfərbərlikdən söhbət getmir. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov RİA Novosti-yə bildirib.
Peskov deyib ki, hər gün yüzlərlə rusiyalı Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlayır, təlim keçir, sonra isə xüsusi hərbi əməliyyata qoşulurlar.
"Əvvəlcə onlar təlimlərə cəlb olunurlar, diqqətlə hazırlanırlar. Ona görə də indi səfərbərlikdən danışmağa ehtiyac yoxdur", Peskov bildirib.
Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. Rusiya prezidenti Vladimir Putin əməliyyatın məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" adlandırıb. O qeyd edib ki, xüsusi əməliyyat məcburi tədbirdir, Rusiyanın "əksini etmək şansı qalmayıb, təhlükəsizlik riskləri elə yaradılıb ki, başqa vasitələrlə cavab vermək mümkün deyildi".
Moskva dəfələrlə danışıqlara hazır olduğunu bildirsə də, Kiyev onlara qanunvericilik səviyyəsində qadağa qoyub. Qərb Rusiyanı danışıqlara çağırır, Moskva buna hazır olduğunu göstərir, lakin eyni zamanda Qərb Kiyevin dialoqdan daim imtina etməsinə məhəl qoymur.
Əvvəllər Kreml bəyan edirdi ki, hazırda Ukraynada vəziyyətin dinc istiqamətə keçməsi üçün heç bir ilkin şərt yoxdur, Rusiya üçün mütləq prioritet xüsusi əməliyyatın məqsədlərinə nail olmaqdır, hazırda bu, yalnız hərbi yolla mümkündür. Kreml bəyan edib ki, de-fakto vəziyyət və yeni reallıqlar nəzərə alınarsa, Moskvanın bütün tələbləri məqbul hesab edilərsə, Ukraynadakı vəziyyət dinc məcraya keçə bilər.