https://sputnik.az/20241123/daha-putin-danismayacaq-soz-oresnike-verilir-468954511.html
Daha Putin danışmayacaq: Söz "Oreşnikə" verilir
Daha Putin danışmayacaq: Söz "Oreşnikə" verilir
Sputnik Azərbaycan
Ukrayna münaqişəsi və beynəlxalq təhlükəsizlik sahəsində son səhifə açılıb və onu da çevirəndən sonra ya "Son", ya da "Bundan sonra onlar əbədi olaraq xoşbəxt... 23.11.2024, Sputnik Azərbaycan
2024-11-23T12:46+0400
2024-11-23T12:46+0400
2024-11-25T12:33+0400
rusiya
"oreşnik" ballistik raketi
böyük britaniya
xüsusi hərbi əməliyyat
nato
ukrayna
atacms
atacms raketləri
vaşinqton
rusiya prezidenti vladimir putin
https://cdnn1.img.sputnik.az/img/07e8/0b/17/468954338_0:132:3072:1860_1920x0_80_0_0_1868f282d451f20943a637157518180c.jpg
BAKI, 23 noyabr — Sputnik. 2024-cü il noyabrın 21-də Rusiya hava-kosmok qüvvələri Dnepropetrovsk şəhərindəki (hələ ki Kiyev rejiminin nəzarətində olan ərazidə yerləşir) hərbi-sənaye kompleksinin iri obyektlərindən birinə hücum edib. Hazırda məlum olan Rusiya hərbi sistemlərinin istifadəsinin nəticələrindən fərqli olan zərbənin təsiri, kollektiv Qərbdə çətinliklə gizlədilən çaxnaşma yaradıb. Düşmənlərə özünə gəlməsi üçün vaxt verən Rusiya Prezidenti Vladimir Putin daha sonra qısa, amma ikili yozmalara yer buraxmayan məzmunlu müraciətlə çıxış etdi. O, baş verənlərin gerçək səbəbləri və hadisələrin gələcək inkişafına dair variantları diqqətə çatdırdı. Zərbə Rusiyanın ən yeni orta mənzilli "Oreşnik" raketi ilə endirilib. Ona qarşı nə Qərbin, nə də xüsusən Ukraynanın müdafiəsi yoxdur və yaxın gələcəkdə də olmayacaq. Raket nüvəsiz versiyada istifadə edilib (hələlik). Mütəxəssislərin fikrincə, Oreshnik RSD-10 Pioneer sisteminin təkmilləşdirilmiş versiyasıdır: buraxılış məsafəsi - 5000 km-ə qədər; güc - 150 kiloton (200 "Xirosima"); hədəfdən ehtimal olunan sapma 50 m-dir (lakin bunun artıq əhəmiyyəti olmayacaq). Döyüş başlığının sürəti 10 Max təşkil edir ki, bu da saniyədə 2-3 km bərabərdir. Raket Böyük Britaniyaya - 19 dəqiqə, Polşaya - 8 dəqiqə, Belçikaya - 14 dəqiqə, Almaniya - 11 dəqiqəyə çata bilər. Nə onu vura bilərsən, nə ondan qaça bilərsən, nə də ki özünü xilas edə bilərsən. Zərbənin endirilmə səbəbləri Qərb istehsalı olan ATACMS və Storm Shadow raketləri vasitələri ilə Rusiya Federasiyası ərazisinə hücumdan sonra (noyabrın 19-da altı ATACMS raketi və 20 noyabrda Storm Shadow raketi ilə) Ukraynadakı münaqişə qlobal xarakter aldı: qərb mütəxəssislərinin iştirakı olmadan belə uzunmənzilli silahlarla Rusiya ərazisini vurmaq mümkün olmadığı üçün, müvafiq ölkələrin şüurlu şəkildə münaqişənin tərəfi olmağı və bundan irəli gələn nəticələri seçmiş olduğu aydınlaşdı. Rusiya dəfələrlə (!) Qərb "tərəfdaşlarına" belə addımların yolverilməzliyi ilə bağlı xəbərdarlıq etsə də, Qərb eskalasiya yolundan dönməyib. Elə bu səbəbdən də son xəbərdarlığa ehtiyac yaranıb. Rusiya hadisələrin sülh yolu ilə inkişafına üstünlük verir və ardıcıl olaraq gərginliyin azaldılması, o cümlədən nüvə təhlükəsizliyinin təmin edilməsi tərəfdarı kimi çıxış edir. Moskva ümid edir ki, onun son xəbərdarlığı eşidiləcək və Qərbdə sağlam düşüncə və özünüqoruma instinkti üstünlük təşkil edəcək. Rusiya indi də münaqişənin sülh yolu ilə həlli üçün danışıqlara hazırdır. Telefonu götür, düymələri bas, danış. Rusiyanın xəbərdarlıq və çağırışlarına məhəl qoyulmasa nə olacaq? Rusiya münaqişənin istənilən kəskinləşməsinə qətiyyətlə cavab verəcək. Bundan sonra assimetrik cavab yox, 1000% simmetrik cavablar veriləcək. Rusiya silahlarından ona qarşı istifadə olunan ölkələrin hərbi obyektlərinə zərbə endirmək hüququnu özündə saxlayır. Hərbi obyektlərin mütləq şəkildə müvafiq ölkələrin ərazisində olması şərt deyil. Bu onların müxtəlif hərbi bazaları, təyyarədaşıyan gəmiləri, AWACS təyyarələri, peykləri və s. obyektləri ola bilər. "Oreşnik" sisteminin imkanları Avropanın istənilən nöqtəsində yerləşən hədəfləri vurmağa kifayət edir. Məsələ ilə bağlı Rusiya prezidenti aydın və konkret dedi: "Kim buna şübhə edirsə - yanılır. Cavab mütləq veriləcək". Rusiya qorxmurmu ki, Ukraynadan Qərb mütəxəssislərinin iştirakı ilə növbəti mümkün təxribatdan sonra NATO-nun hərbi obyektlərinə hücum olarsa, Alyans Rusiyaya müharibə elan edər? Qorxmur. İstənilən ssenariyə hazırıq. Biz ölsək də şəhid olub cənnətə gedəcəyik, onlar isə it kimi öləcəklər. Onlar daha güclü raket sistemlərinə malik olduqlarını düşünsələr də yanılırlar. Qərbin hərbi doktrinası rəqibin təslim olmasını qaçılmaz edən "dözülməz zərər" verən zərbənin vurulması üzərində qurulub. Rusiyanın doktrinası isə daha sadədir: əgər dövlətin varlığı və ya onun həyati əhəmiyyət kəsb edən maraqları təhlükə altındadırsa, mümkün qədər sərt hərəkət edilir. Misal üçün 2014-cü ildə Krımda və 2022-ci ildə Xüsusi Hərbi Əməliyyatın (XHƏ) başlanması ilə yaranan vəziyyəti xatırlatmaq kifayətdir. Həmin vaxt da Qərb özünün təbliğatına rəğmən buna inanmır və gözləmirdi. Qərbin raketlərinin Rusiya ərazisinin dərinliklərinə atılması XHƏ zonasındakı vəziyyətə necə təsir edəcək? Heç cür. Daha doğrusu, onların təşkilatçılarının istədiyi mənada yox, hətta əksinə - biz daha da qətiyyətlə irəliləyəcəyik. Bu zərbələr XHƏ məqsədlərinə çatmasına mane olmayacaq. Maraqlıdır ki, son zərbə zamanı Rusiya Qərbə Nüvə Riskinin Azaldılması Mərkəzi vasitəsilə raketin avtomatik rejimdə buraxılacağı haqqında 30 dəqiqə əvvəl xəbərdarlıq edib. Əslində bu tamamilə bir centlmen jesti idi, çünki Moskvanın bununla bağlı heç bir öhdəliyi yoxdur. Bəzi Qərb müşahidəçiləri düşünürlər ki, Kiyevin hələ səhraya çevrilməməsi və Zelenskinin sağ qalması yalnız "Putinin qeyri-adi xeyirxahlığı, müdrikliyi və təmkininə görədir". Üstəlik, Rusiya Prezidenti bildirib ki, təkrar raket zərbələrinə zərurət yarandığı halda da Ukraynanın mülki əhalisinə əvvəlcədən xəbərdarlıq ediləcək. Bir qədər də müsbət məlumat: Qərbin bəzi publik xadimləri nüvə münaqişəsi ehtimalının artması ilə bağlı həyəcan təbili çalır. Məsələn, Britaniyanın iqtidar partiyasının keçmiş lideri Ceremi Korbin deyib: "Baş nazir hücum zamanı Britaniya raketlərindən istifadə edilib-edilmədyi sualına aydınlıq gətirmək üçün parlamentə gəlməlidir. O bizim bir nüvə dövləti ilə müharibə şəraitində olmağımıza, Britaniya xalqı üçün mövcud riskin səviyyəsindən və qərarın parlamentin razılığı alınmadan qəbul olunmasına dair izahat verməlidir. Gərginliyin azaldılması və sülhün əldə olunması üçün zəruri hər şey edilməlidir. Siyasi liderlər siyasi mənfəət naminə həyatlarını təhlükəyə atırlar. Nüvə müharibəsi baş verəcəyi halda qalib olmayacaq". Bu arada Vaşinqtondan gələn siqnallar isə belədir: "ABŞ Moskvanın Ukraynada nüvə silahından istifadə etməyə hazırlaşdığına dair heç bir əlamət görmür"; "Rusiya Federasiyasının bu qəbildən olan yeni qərarlarına baxmayaraq, Vaşinqton nüvə doktrinasını dəyişməyə ehtiyac görmür"; "Birləşmiş Ştatlar Ukraynaya yeni silah paketləri ayırmağa davam edəcək və onların çatdırılmasını sürətləndirməyə çalışacaq" və ən əsası, "Rusiya raketinin buraxılması Vaşinqtonun Ukrayna ilə bağlı siyasətinə heç bir maneə törətməyəcək". Olsun. Rusiya prezidenti demək istədiyi hər şeyi dedi və əlavə ediləcək heç nə yoxdur. İşinizdə olun.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Kirill Strelnikov
https://cdnn1.img.sputnik.az/img/07e8/09/13/467498255_0:0:429:430_100x100_80_0_0_2168d3fca5c0147fef459f4778ba7367.jpg
Kirill Strelnikov
https://cdnn1.img.sputnik.az/img/07e8/09/13/467498255_0:0:429:430_100x100_80_0_0_2168d3fca5c0147fef459f4778ba7367.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0b/17/468954338_14:0:2745:2048_1920x0_80_0_0_45bb713c594e8e9a8c7bc35ead2113f7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Kirill Strelnikov
https://cdnn1.img.sputnik.az/img/07e8/09/13/467498255_0:0:429:430_100x100_80_0_0_2168d3fca5c0147fef459f4778ba7367.jpg
rusiya, "oreşnik" ballistik raketi, böyük britaniya, xüsusi hərbi əməliyyat, nato, ukrayna, atacms, atacms raketləri , vaşinqton, rusiya prezidenti vladimir putin
rusiya, "oreşnik" ballistik raketi, böyük britaniya, xüsusi hərbi əməliyyat, nato, ukrayna, atacms, atacms raketləri , vaşinqton, rusiya prezidenti vladimir putin
Daha Putin danışmayacaq: Söz "Oreşnikə" verilir
12:46 23.11.2024 (Yenilənib: 12:33 25.11.2024) Ukrayna münaqişəsi və beynəlxalq təhlükəsizlik sahəsində son səhifə açılıb və onu da çevirəndən sonra ya "Son", ya da "Bundan sonra onlar əbədi olaraq xoşbəxt yaşadılar" sözləri yazılacaq.
BAKI, 23 noyabr — Sputnik. 2024-cü il noyabrın 21-də Rusiya hava-kosmok qüvvələri Dnepropetrovsk şəhərindəki (hələ ki Kiyev rejiminin nəzarətində olan ərazidə yerləşir) hərbi-sənaye kompleksinin iri obyektlərindən birinə hücum edib. Hazırda məlum olan Rusiya hərbi sistemlərinin istifadəsinin nəticələrindən fərqli olan zərbənin təsiri, kollektiv Qərbdə çətinliklə gizlədilən çaxnaşma yaradıb.
Düşmənlərə özünə gəlməsi üçün vaxt verən Rusiya Prezidenti Vladimir Putin daha sonra qısa, amma ikili yozmalara yer buraxmayan məzmunlu müraciətlə çıxış etdi. O, baş verənlərin gerçək səbəbləri və hadisələrin gələcək inkişafına dair variantları diqqətə çatdırdı.
Zərbə Rusiyanın ən yeni orta mənzilli "Oreşnik" raketi ilə endirilib. Ona qarşı nə Qərbin, nə də xüsusən Ukraynanın müdafiəsi yoxdur və yaxın gələcəkdə də olmayacaq. Raket nüvəsiz versiyada istifadə edilib (hələlik). Mütəxəssislərin fikrincə, Oreshnik RSD-10 Pioneer sisteminin təkmilləşdirilmiş versiyasıdır: buraxılış məsafəsi - 5000 km-ə qədər; güc - 150 kiloton (200 "Xirosima"); hədəfdən ehtimal olunan sapma 50 m-dir (lakin bunun artıq əhəmiyyəti olmayacaq). Döyüş başlığının sürəti 10 Max təşkil edir ki, bu da saniyədə 2-3 km bərabərdir. Raket Böyük Britaniyaya - 19 dəqiqə, Polşaya - 8 dəqiqə, Belçikaya - 14 dəqiqə, Almaniya - 11 dəqiqəyə çata bilər. Nə onu vura bilərsən, nə ondan qaça bilərsən, nə də ki özünü xilas edə bilərsən.
Zərbənin endirilmə səbəbləri
Qərb istehsalı olan ATACMS və Storm Shadow raketləri vasitələri ilə Rusiya Federasiyası ərazisinə hücumdan sonra (noyabrın 19-da altı ATACMS raketi və 20 noyabrda Storm Shadow raketi ilə) Ukraynadakı münaqişə qlobal xarakter aldı: qərb mütəxəssislərinin iştirakı olmadan belə uzunmənzilli silahlarla Rusiya ərazisini vurmaq mümkün olmadığı üçün, müvafiq ölkələrin şüurlu şəkildə münaqişənin tərəfi olmağı və bundan irəli gələn nəticələri seçmiş olduğu aydınlaşdı. Rusiya dəfələrlə (!) Qərb "tərəfdaşlarına" belə addımların yolverilməzliyi ilə bağlı xəbərdarlıq etsə də, Qərb eskalasiya yolundan dönməyib. Elə bu səbəbdən də son xəbərdarlığa ehtiyac yaranıb.
Rusiya hadisələrin sülh yolu ilə inkişafına üstünlük verir və ardıcıl olaraq gərginliyin azaldılması, o cümlədən nüvə təhlükəsizliyinin təmin edilməsi tərəfdarı kimi çıxış edir. Moskva ümid edir ki, onun son xəbərdarlığı eşidiləcək və Qərbdə sağlam düşüncə və özünüqoruma instinkti üstünlük təşkil edəcək. Rusiya indi də münaqişənin sülh yolu ilə həlli üçün danışıqlara hazırdır. Telefonu götür, düymələri bas, danış.
Rusiyanın xəbərdarlıq və çağırışlarına məhəl qoyulmasa nə olacaq?
Rusiya münaqişənin istənilən kəskinləşməsinə qətiyyətlə cavab verəcək. Bundan sonra assimetrik cavab yox, 1000% simmetrik cavablar veriləcək. Rusiya silahlarından ona qarşı istifadə olunan ölkələrin hərbi obyektlərinə zərbə endirmək hüququnu özündə saxlayır. Hərbi obyektlərin mütləq şəkildə müvafiq ölkələrin ərazisində olması şərt deyil. Bu onların müxtəlif hərbi bazaları, təyyarədaşıyan gəmiləri, AWACS təyyarələri, peykləri və s. obyektləri ola bilər. "Oreşnik" sisteminin imkanları Avropanın istənilən nöqtəsində yerləşən hədəfləri vurmağa kifayət edir. Məsələ ilə bağlı Rusiya prezidenti aydın və konkret dedi: "Kim buna şübhə edirsə - yanılır. Cavab mütləq veriləcək".
Rusiya qorxmurmu ki, Ukraynadan Qərb mütəxəssislərinin iştirakı ilə növbəti mümkün təxribatdan sonra NATO-nun hərbi obyektlərinə hücum olarsa, Alyans Rusiyaya müharibə elan edər?
Qorxmur. İstənilən ssenariyə hazırıq. Biz ölsək də şəhid olub cənnətə gedəcəyik, onlar isə it kimi öləcəklər. Onlar daha güclü raket sistemlərinə malik olduqlarını düşünsələr də yanılırlar. Qərbin hərbi doktrinası rəqibin təslim olmasını qaçılmaz edən "dözülməz zərər" verən zərbənin vurulması üzərində qurulub. Rusiyanın doktrinası isə daha sadədir: əgər dövlətin varlığı və ya onun həyati əhəmiyyət kəsb edən maraqları təhlükə altındadırsa, mümkün qədər sərt hərəkət edilir. Misal üçün 2014-cü ildə Krımda və 2022-ci ildə Xüsusi Hərbi Əməliyyatın (XHƏ) başlanması ilə yaranan vəziyyəti xatırlatmaq kifayətdir. Həmin vaxt da Qərb özünün təbliğatına rəğmən buna inanmır və gözləmirdi.
Qərbin raketlərinin Rusiya ərazisinin dərinliklərinə atılması XHƏ zonasındakı vəziyyətə necə təsir edəcək?
Heç cür. Daha doğrusu, onların təşkilatçılarının istədiyi mənada yox, hətta əksinə - biz daha da qətiyyətlə irəliləyəcəyik. Bu zərbələr XHƏ məqsədlərinə çatmasına mane olmayacaq.
Maraqlıdır ki, son zərbə zamanı Rusiya Qərbə Nüvə Riskinin Azaldılması Mərkəzi vasitəsilə raketin avtomatik rejimdə buraxılacağı haqqında 30 dəqiqə əvvəl xəbərdarlıq edib. Əslində bu tamamilə bir centlmen jesti idi, çünki Moskvanın bununla bağlı heç bir öhdəliyi yoxdur. Bəzi Qərb müşahidəçiləri düşünürlər ki, Kiyevin hələ səhraya çevrilməməsi və Zelenskinin sağ qalması yalnız "Putinin qeyri-adi xeyirxahlığı, müdrikliyi və təmkininə görədir". Üstəlik, Rusiya Prezidenti bildirib ki, təkrar raket zərbələrinə zərurət yarandığı halda da Ukraynanın mülki əhalisinə əvvəlcədən xəbərdarlıq ediləcək.
Bir qədər də müsbət məlumat: Qərbin bəzi publik xadimləri nüvə münaqişəsi ehtimalının artması ilə bağlı həyəcan təbili çalır. Məsələn, Britaniyanın iqtidar partiyasının keçmiş lideri Ceremi Korbin deyib:
"Baş nazir hücum zamanı Britaniya raketlərindən istifadə edilib-edilmədyi sualına aydınlıq gətirmək üçün parlamentə gəlməlidir. O bizim bir nüvə dövləti ilə müharibə şəraitində olmağımıza, Britaniya xalqı üçün mövcud riskin səviyyəsindən və qərarın parlamentin razılığı alınmadan qəbul olunmasına dair izahat verməlidir. Gərginliyin azaldılması və sülhün əldə olunması üçün zəruri hər şey edilməlidir. Siyasi liderlər siyasi mənfəət naminə həyatlarını təhlükəyə atırlar. Nüvə müharibəsi baş verəcəyi halda qalib olmayacaq".
Bu arada Vaşinqtondan gələn siqnallar isə belədir:
"ABŞ Moskvanın Ukraynada nüvə silahından istifadə etməyə hazırlaşdığına dair heç bir əlamət görmür"; "Rusiya Federasiyasının bu qəbildən olan yeni qərarlarına baxmayaraq, Vaşinqton nüvə doktrinasını dəyişməyə ehtiyac görmür"; "Birləşmiş Ştatlar Ukraynaya yeni silah paketləri ayırmağa davam edəcək və onların çatdırılmasını sürətləndirməyə çalışacaq" və ən əsası, "Rusiya raketinin buraxılması Vaşinqtonun Ukrayna ilə bağlı siyasətinə heç bir maneə törətməyəcək".
Olsun. Rusiya prezidenti demək istədiyi hər şeyi dedi və əlavə ediləcək heç nə yoxdur. İşinizdə olun.