https://sputnik.az/20241122/lavrov-minsk-brks-e-terefdas-dovlet-statusuna-malik-ola-biler-468943035.html
Lavrov Belarusun BRİKS-ə qoşulması barədə
Lavrov Belarusun BRİKS-ə qoşulması barədə
Sputnik Azərbaycan
Lavrov bu il Belarusun BRİKS-in tərəfdaş dövlətinə çevrildiyini xatırladıb. 22.11.2024, Sputnik Azərbaycan
2024-11-22T19:30+0400
2024-11-22T19:30+0400
2024-11-22T19:34+0400
rusiya xin rəhbəri sergey lavrov
rusiya
briks
belarus
tərəfdaş
dövlət
minsk
minsk
https://cdnn1.img.sputnik.az/img/07e8/0b/16/468942545_0:0:3145:1770_1920x0_80_0_0_8a3b3b7ff0fb087fc1b72d9f253b4a77.jpg
BAKI, 22 noyabr — Sputnik. Belarus BRİKS-in tərəfdaş dövləti statusunu alaraq, assosiasiyanın bütün tədbirlərində iştirak edə biləcək. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib. İki ölkənin Xarici İşlər nazirliklərinin kollegiyasının birgə iclasında açılış nitqi ilə çıxış edən Lavrov bu il Belarusun BRİKS-in tərəfdaş dövlətinə çevrildiyini xatırladıb. "Bu, praktiki olaraq yeni bir kateqoriyadır. Bu yaxınlarda çinli həmkarımızla danışdıq. Bu, istisnasız olaraq bütün tədbirlərdə iştirak etmək imkanı deməkdir. Yeganə şey o sənədləri imzalamayacaq, çünki tamhüquqlu üzv deyil, bu mərhələdə tərəfdaşdır", - Lavrov bildirib. Eyni zamanda, o, bütün tədbirlərdə iştirak edəcəklərini əlavə edib. "Bu, Rusiya və Çinin mövqeyidir, düşünürəm ki, bu, dəstəklənəcək", rusiyalı nazir fikirlərini tamamlayıb. Oktyabrda Kazanda keçirilən BRİKS sammitindən sonra Belarus prezidenti Aleksandr Lukaşenko respublikanın assosiasiyada tərəfdaş dövlətə çevrildiyini bəyan edib. Onun sözlərinə görə, Minsk BRİKS-ə tam üzv olmağa hazır olduğunu təsdiqləyir.
minsk
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0b/16/468942545_344:0:3075:2048_1920x0_80_0_0_4e67f4cafc878186ad60c5d7aa4b6ee1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya xin rəhbəri sergey lavrov, briks , belarus, tərəfdaş, dövlət, minsk, minsk
rusiya xin rəhbəri sergey lavrov, briks , belarus, tərəfdaş, dövlət, minsk, minsk
Lavrov Belarusun BRİKS-ə qoşulması barədə
19:30 22.11.2024 (Yenilənib: 19:34 22.11.2024) Lavrov bu il Belarusun BRİKS-in tərəfdaş dövlətinə çevrildiyini xatırladıb.
BAKI, 22 noyabr — Sputnik. Belarus BRİKS-in tərəfdaş dövləti statusunu alaraq, assosiasiyanın bütün tədbirlərində iştirak edə biləcək. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
İki ölkənin Xarici İşlər nazirliklərinin kollegiyasının birgə iclasında açılış nitqi ilə çıxış edən Lavrov bu il Belarusun BRİKS-in tərəfdaş dövlətinə çevrildiyini xatırladıb.
"Bu, praktiki olaraq yeni bir kateqoriyadır. Bu yaxınlarda çinli həmkarımızla danışdıq. Bu, istisnasız olaraq bütün tədbirlərdə iştirak etmək imkanı deməkdir. Yeganə şey o sənədləri imzalamayacaq, çünki tamhüquqlu üzv deyil, bu mərhələdə tərəfdaşdır", - Lavrov bildirib.
Eyni zamanda, o, bütün tədbirlərdə iştirak edəcəklərini əlavə edib.
"Bu, Rusiya və Çinin mövqeyidir, düşünürəm ki, bu, dəstəklənəcək", rusiyalı nazir fikirlərini tamamlayıb.
Oktyabrda Kazanda keçirilən BRİKS sammitindən sonra Belarus prezidenti Aleksandr Lukaşenko respublikanın assosiasiyada tərəfdaş dövlətə çevrildiyini bəyan edib. Onun sözlərinə görə, Minsk BRİKS-ə tam üzv olmağa hazır olduğunu təsdiqləyir.