Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Rusiya Belarusun təhlükəsizliyinə dair öhdəliklər daşıyır - Peskov

© Sputnik / Сергей Бобылев / Mediabanka keçidRusiya prezidentinin mətbuat katibi Dmitri Peskov
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov - Sputnik Azərbaycan, 1920, 21.11.2024
Abunə olmaq
Peskov bildirib ki, ABŞ prezidenti Co Baydenin hakimiyyətdən gedən administrasiyası Ukraynadakı münaqişənin alovuna benzin tökməkdə davam edir və yeni eskalasiya baş verir.
BAKI, 21 noyabr — Sputnik. Rusiyanın İttifaq dövləti çərçivəsində Belarusun təhlükəsizliyini təmin etmək öhdəliyi var. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
Peskov xatırladıb ki, İttifaq dövləti çərçivəsində Belarusun, ümumilikdə İttifaq dövlətinin təhlükəsizliyini təmin etmək öhdəliyi daşıyırlar:

"Bu öhdəliklər bizim nüvə siyasətimizin əsaslarında dəfələrlə yer alıb".

Bundan əvvəl Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski belaruslu jurnalistlərin araşdırmasını şərh edərkən bildirmişdi ki, qərblilər Belarusda yeni anti-Rusiya plasdarmı yaratmaq üçün ikinci cəbhə açmağa çalışırlar, belə planlar var. Moskva və Minsk buna cavab verəcəkləri. Slutski xatırladıb ki, Rusiya Federasiyasının yenilənmiş nüvə doktrinasında birbaşa qeyd olunur ki, İttifaq dövlətinin üzvü kimi Belarusa təcavüz olarsa, Rusiya cavab olaraq nüvə silahından istifadə edə bilər.
Peskov bildirib ki, ABŞ prezidenti Co Baydenin hakimiyyətdən gedən administrasiyası Ukraynadakı münaqişənin alovuna benzin tökməkdə davam edir və yeni eskalasiya baş verir.

"Yeni eskalasiya baş verir. Bu, istefa verən ABŞ administrasiyasının tutduğu çox məsuliyyətsiz mövqedir. Onlar Ukrayna münaqişəsinin alovuna benzin tökməkdə davam edir, onun başa çatması istiqamətində ən zəif dinamikanın belə qarşısını almaq üçün hər cür şərait yaradırlar. Eyni zamanda, Ukraynadan Rusiya Federasiyası ilə müharibədə əllərində alət kimi istifadə edirlər", - Peskov "Storm Shadow" raketlərinin Rusiyadakı hədəflərə qarşı iddia edilən istifadəsi ilə bağlı sualı cavablandırarkən deyib.

"New York Times" qəzeti ABŞ administrasiyasının adının açıqlanmayan nümayəndələrinə istinadən yazıb ki, ABŞ prezidenti Co Bayden ilk dəfə olaraq Ukraynaya Rusiya ərazisinə hücum etmək üçün Amerikanın uzaqmənzilli raketlərindən istifadə etməyə icazə verib. Mənbələrin məlumatına görə, Rusiya ərazisinin dərinliklərinə ilk zərbələr böyük ehtimalla ATACMS raketlərindən istifadə edilməklə həyata keçiriləcək. Aİ diplomatiyasının rəhbəri Josep Borrell iddia edir ki, belə icazə Rusiya Federasiyasına 300 kilometr radiusda edilən hücumlara şamil edilir.
Ukrayna mediası, konkret olaraq RBC-Ukraine və Censor.NET noyabrın 19-da yazıb ki, Ukrayna Silahlı Qüvvələri ilk dəfə beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində Rusiya ərazisinə ATACMS ballistik raketləri ilə hücum edib. Lakin daha sonra Ukraynanın "Kanal 24" telekanalı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının bu məlumatı təsdiqləmədiyini bildirib.
Daha sonra Rusiya Müdafiə Nazirliyi bildirib ki, noyabrın 19-na keçən gecə Ukrayna Silahlı Qüvvələri Bryansk vilayətinə altı ATACMS ballistik raketi ilə zərbə endirib. Məlumata görə, raket əleyhinə döyüş nəticəsində S-400 hava hücumundan müdafiə sistemi və "Pantsir" hava hücumundan müdafiə raket kompleksinin döyüş ekipajları 5 raketi vurub, 1 raketi zədələyib. Raketin fraqmentləri Bryansk vilayətindəki hərbi obyektin texniki ərazisinə düşüb və yanğın dərhal söndürülüb. Tələfat və dağıntı yoxdur.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bryansk vilayəti ərazisində ATACMS raketlərinin tətbiqini şərh edərkən bildirib ki, bu, Qərbin eskalasiya istədiyinə işarədir.
Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirmişdi ki, Rusiya Federasiyasının dərinliklərinə zərbə endirmək icazəsi qəbul olunarsa, bu, gərginliyin yeni mərhələsi olacaq. O, həmçinin xatırladıb ki, Rusiya prezidenti Vladimir Putin Rusiya ərazisinə uzaqmənzilli silahlarla zərbələr endirmək qərarı ilə bağlı Moskvanın mövqeyini aydın şəkildə formalaşdırıb.
Putin bundan əvvəl demişdi ki, NATO ölkələri təkcə Kiyevin Qərbin uzaqmənzilli silahlarından mümkün istifadəsini müzakirə etmir, onlar mahiyyətcə Ukrayna münaqişəsində birbaşa iştirak edib-etməmək barədə qərar verirlər. O əlavə edib ki, Qərb ölkələrinin Ukrayna münaqişəsində birbaşa iştirakı onun mahiyyətini dəyişəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0