Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin İraqın baş naziri ilə danışdı - Nələr müzakirə olunub?

© Sputnik / Сергей Бобылев / POOL / Mediabanka keçidRusiya prezidenti Vladimir Putin və İraqın baş naziri Məhəmməd Sudani, arxiv
Rusiya prezidenti Vladimir Putin və İraqın baş naziri Məhəmməd Sudani, arxiv - Sputnik Azərbaycan, 1920, 21.11.2024
Abunə olmaq
Kremlin mətbuat xidməti xəbər verir ki, tərəflər telefon danışığında OPEC+ çərçivəsində birgə işi müzakirə ediblər.
BAKI, 21 noyabr — Sputnik. Rusiya prezidenti Vladimir Putin və İraqın baş naziri Məhəmməd Sudani ilə telefon danışığı keçirib. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Liderlərin telefon danışığında regionda gərginliyin görünməmiş şəkildə artması fonunda Yaxın Şərq məsələlərinə toxunulub.
Kremlin mətbuat xidməti xəbər verir ki, tərəflər telefon danışığında OPEC+ çərçivəsində birgə işi müzakirə ediblər, tərəflər bu formatda addımların əlaqələndirilməsinin vacibliyini təsdiqləyiblər:

"Vladimir Putin və Məhəmməd Sudani arasında 2023-cü ilin oktyabrında Moskvada keçirilən danışıqlarda əldə olunan razılaşmalara uyğun olaraq müxtəlif səviyyələrdə təmaslar barədə razılığa gəlinib. Telefon danışığında iri enerji layihələrinin həyata keçirilməsini müzakirə edilib. Ticarət-iqtisadi, nəqliyyat, logistika və humanitar sahələrdə ikitərəfli əməkdaşlığın cari məsələlərinə toxunulub, ənənəvi dostluq və qarşılıqlı faydalı əlaqələrin daha da genişləndirilməsi üçün qarşılıqlı niyyətlər ifadə olunub".

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0