Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Zelenski müharibə şəraitində seçkilərin keçirilməsinin mümkünsüzlüyünü bəyan edib

© AP Photo / Mark Schiefelbein Vladimir Zelenski, arxiv
 Vladimir Zelenski, arxiv - Sputnik Azərbaycan, 1920, 20.11.2024
Abunə olmaq
Ukrayna prezidenti qeyd edib ki, ölkədə seçkilər yalnız sülh olandan sonra keçiriləcək.
BAKI, 20 noyabr — Sputnik. Qanun Ukraynada müharibə zamanı seçkilərin keçirilməsinə icazə vermir.
Bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. Onun sözlərini Ali Radanın deputatı Aleksey Qonçarenko (Rosfinmonitorinqin terrorçu və ekstremistləri siyahısına daxil edilib) öz "Telegram" səhifəsində qeyd edib.
"Qanun müharibə dövründə seçkilərin keçirilməsinə icazə vermir. Ukraynanın əvvəlcə ədalətli sülhə ehtiyacı var, sonra isə Ukrayna ədalətli seçkilər keçirəcək", Ukrayna prezidenti vurğulayıb.
Zelenski həmçinin əlavə edib ki, Ukrayna hökuməti "suverenliyi və əraziləri ilə alver etmir".
Bu yaxınlarda Zelenski Rusiya lideri Vladimir Putini münaqişəni həll etmək üçün məcbur etməyə çağırıb. O əlavə edib ki, Moskva böhranın sülh yolu ilə həllində maraqlı olmadığı üçün guya hərbi əməliyyatları davam etdirmək niyyətindədir.
Ukraynada nə baş verir?
Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. Rusiya prezidenti Vladimir Putin əməliyyatın məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" adlandırıb. O qeyd edib ki, xüsusi əməliyyat məcburi tədbirdir, Rusiyanın "əksini etmək şansı qalmayıb, təhlükəsizlik riskləri elə yaradılıb ki, başqa vasitələrlə cavab vermək mümkün deyildi".
Moskva dəfələrlə danışıqlara hazır olduğunu bildirsə də, Kiyev onlara qanunvericilik səviyyəsində qadağa qoyub. Qərb Rusiyanı danışıqlara çağırır, Moskva buna hazır olduğunu göstərir, lakin eyni zamanda Qərb Kiyevin dialoqdan daim imtina etməsinə məhəl qoymur. Əvvəllər Kreml bəyan edirdi ki, hazırda Ukraynada vəziyyətin dinc istiqamətə keçməsi üçün heç bir ilkin şərt yoxdur, Rusiya üçün mütləq prioritet xüsusi əməliyyatın məqsədlərinə nail olmaqdır, hazırda bu, yalnız hərbi yolla mümkündür. Kreml bəyan edib ki, de-fakto vəziyyət və yeni reallıqlar nəzərə alınarsa, Moskvanın bütün tələbləri məqbul hesab edilərsə, Ukraynadakı vəziyyət dinc məcraya keçə bilər.
Xəbər lenti
0