https://sputnik.az/20241120/putin-rusiyanin-yenilenmis-nuve-doktrinasini-tesdiqleyib-468865356.html
Moskvanın gücü və vasitələri var - Ərdoğan Qərbi nüvə doktrinası haqda düşünməyə çağırdı
Moskvanın gücü və vasitələri var - Ərdoğan Qərbi nüvə doktrinası haqda düşünməyə çağırdı
Sputnik Azərbaycan
NATO Rusiyanın nüvə mövqeyinə diqqət yetirməlidir - Ərdoğan
2024-11-20T14:27+0400
2024-11-20T14:27+0400
2024-11-20T15:19+0400
rusiya prezidenti vladimir putin
rusiya
nüvə
nüvə doktrinası
rusiya müdafiə nazirliyi
moskva
moskva
kreml
kreml
https://cdnn1.img.sputnik.az/img/07e7/09/04/458293396_0:0:3158:1776_1920x0_80_0_0_7a72a230a644d1a4c4e35a665898de37.jpg
BAKI, 20 noyabr — Sputnik. NATO Rusiyanın yeni nüvə doktrinası haqqında düşünməlidir. Bu barədə "RİA Novosti" Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın söylədiklərinə istinadən xəbər verib. "Düşünürəm ki, Rusiyanın bu mövqeyi, ilk növbədə, özünə qarşı yönəlmiş davranışa qarşı görülən tədbirdir. Rusiyanın bu addımına NATO rəsmiləri diqqət yetirməlidirlər. Moskvanın müdafiə üçün bütün gücü və vasitələri var. Şimali Atlantika Alyansı ölkələri də öz müdafiələri barədə düşünməlidirlər" - o, Rio-de-Janeyroda keçirilən mətbuat konfransında vurğulayıb. Dövlət başçısı qeyd edib ki, Rusiya və Ukrayna Türkiyənin qonşularıdır və o, hər iki ölkə ilə münasibətlərin qayğısına qalmalıdır. Ərdoğan vurğulayıb ki, Ukraynanın uzaqmənzilli raketlərdən istifadə etməsi nüvə münaqişəsi risklərini artırır: Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin çərşənbə axşamı nüvə qarşısının alınması sahəsində dövlət siyasətinin əsaslarını təsdiqləyib. Sənəddə bildirilib ki, strategiya nüvə qüvvələrinin potensialını nüvədən çəkindirməni təmin etmək üçün kifayət qədər səviyyədə saxlamağa yönəlib və dövlətin suverenliyi və ərazi bütövlüyünün qorunmasına, potensial düşmənin Rusiyaya və ya onun müttəfiqlərinə qarşı yönəlmiş təcavüzündən çəkindirilməsinə zəmanət verir, hərbi münaqişə zamanı isə - hərbi əməliyyatların genişlənməsinin qarşısını almaq və Rusiya və ya onun müttəfiqləri üçün məqbul şərtlərlə onlara son qoymaq məqsədini güdür. Bundan əvvəl "New York Times" ABŞ Prezidenti Co Baydenin ilk dəfə olaraq Ukraynanın Rusiyaya zərbə endirmək üçün ABŞ-ın uzaqmənzilli raketlərindən istifadəsinə icazə verdiyini yazıb. Aİ diplomatiyasının rəhbəri Josep Borrell iddia edib ki, belə icazə 300 kilometr radiusda zərbələrə şamil edilir. Putin deyib ki, NATO ölkələri təkcə Kiyevin Qərbin uzaqmənzilli silahlarından mümkün istifadəsini müzakirə etmir, əslində onlar birbaşa müharibəyə cəlb olunub-olunmamağa qərar verirlər. Prezident qeyd edib ki, Qərb ölkələrinin Ukrayna münaqişəsində birbaşa iştirakı onun mahiyyətini dəyişəcək və Moskva onun üçün yaradılan təhdidlərə əsaslanaraq qərar qəbul etməyə məcbur olacaq. Xatırladaq ki, noyabrın 19-na keçən gecə Ukrayna Silahlı Qüvvələri Bryansk vilayətindəki obyektə 6 ədəd "ATACMS" raketi ilə zərbələr endirib. "S-400" hava hücumundan müdafiə sistemi və "Pantsir" hava hücumundan müdafiə sisteminin ekipajları beş raketi vurub, altıncısını isə zədələyib. Tələfat və dağıntı yoxdur. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, ABŞ-ın iştirakı olmadan bu raketlərdən istifadə etmək mümkün deyil.19.11.24, 13:34Putin Rusiyanın yenilənmiş nüvə doktrinasını təsdiqləyibRusiya Prezidenti Vladimir Putin nüvə çəkindirmə sahəsində dövlət siyasətinin əsaslarını təsdiqləyib. Bu barədə "RİA Novosti" xəbər verir. Rusiya dövlət başçısı sentyabrın 25-də nüvə doktrinasına dəyişiklik etməyi təklif edib. Doktrinanın yenilənmiş versiyası, nüvə çəkindirmə hallarının həyata keçirildiyi dövlətlər və hərbi ittifaqlar kateqoriyasını genişləndirir. Moskvanın özünə qarşı hücum törədilmiş hesab edəcəyi əsaslar dəyişdirilib. Bu da öz növbəsində Kremlə nüvə cavabı verməyə əsas verəcək. Putinin nüvə doktrinasını yeniləmək təşəbbüsü Müdafiə Nazirliyi tərəfindən dəstəklənib. Nazirliyin rəhbəri Andrey Belousov görülən tədbirləri dəyişən hərbi-siyasi vəziyyətlə əsaslandırıb. O qeyd edib ki, bu baxımdan proqram sənədləri yeni reallıqlara uyğunlaşdırılmalıdır. Doktrinaya əsasən, nüvə silahının tətbiqi barədə qərar Rusiya Prezidenti tərəfindən verilir.
moskva
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/09/04/458293396_263:0:2994:2048_1920x0_80_0_0_1df6d271de4e75105f2b9d34035a7bc1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
nato, ərdoğan, rusiya, nüvə
nato, ərdoğan, rusiya, nüvə
Moskvanın gücü və vasitələri var - Ərdoğan Qərbi nüvə doktrinası haqda düşünməyə çağırdı
14:27 20.11.2024 (Yenilənib: 15:19 20.11.2024) Türkiyə lideri xəbərdarlıq edib ki, Ukraynanın uzaqmənzilli raketlərdən istifadə etməsi nüvə münaqişəsi risklərini artırır.
BAKI, 20 noyabr — Sputnik. NATO Rusiyanın yeni nüvə doktrinası haqqında düşünməlidir. Bu barədə "RİA Novosti" Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın söylədiklərinə istinadən xəbər verib.
"Düşünürəm ki, Rusiyanın bu mövqeyi, ilk növbədə, özünə qarşı yönəlmiş davranışa qarşı görülən tədbirdir. Rusiyanın bu addımına NATO rəsmiləri diqqət yetirməlidirlər. Moskvanın müdafiə üçün bütün gücü və vasitələri var. Şimali Atlantika Alyansı ölkələri də öz müdafiələri barədə düşünməlidirlər" - o, Rio-de-Janeyroda keçirilən mətbuat konfransında vurğulayıb.
Dövlət başçısı qeyd edib ki, Rusiya və Ukrayna Türkiyənin qonşularıdır və o, hər iki ölkə ilə münasibətlərin qayğısına qalmalıdır. Ərdoğan vurğulayıb ki, Ukraynanın uzaqmənzilli raketlərdən istifadə etməsi nüvə münaqişəsi risklərini artırır:
"Ukraynanın istifadə etdiyi raketlər belə bir vəziyyətin nəyə gətirib çıxaracağını nümayiş etdirir. Biz bu neqativliyə qarşı mövqeyimizi saxlayırıq və sülhün təmin olunması üçün addımlar atırıq".
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin çərşənbə axşamı nüvə qarşısının alınması sahəsində dövlət siyasətinin əsaslarını təsdiqləyib. Sənəddə bildirilib ki, strategiya nüvə qüvvələrinin potensialını nüvədən çəkindirməni təmin etmək üçün kifayət qədər səviyyədə saxlamağa yönəlib və dövlətin suverenliyi və ərazi bütövlüyünün qorunmasına, potensial düşmənin Rusiyaya və ya onun müttəfiqlərinə qarşı yönəlmiş təcavüzündən çəkindirilməsinə zəmanət verir, hərbi münaqişə zamanı isə - hərbi əməliyyatların genişlənməsinin qarşısını almaq və Rusiya və ya onun müttəfiqləri üçün məqbul şərtlərlə onlara son qoymaq məqsədini güdür.
Bundan əvvəl "New York Times" ABŞ Prezidenti Co Baydenin ilk dəfə olaraq Ukraynanın Rusiyaya zərbə endirmək üçün ABŞ-ın uzaqmənzilli raketlərindən istifadəsinə icazə verdiyini yazıb. Aİ diplomatiyasının rəhbəri Josep Borrell iddia edib ki, belə icazə 300 kilometr radiusda zərbələrə şamil edilir. Putin deyib ki, NATO ölkələri təkcə Kiyevin Qərbin uzaqmənzilli silahlarından mümkün istifadəsini müzakirə etmir, əslində onlar birbaşa müharibəyə cəlb olunub-olunmamağa qərar verirlər.
Prezident qeyd edib ki, Qərb ölkələrinin Ukrayna münaqişəsində birbaşa iştirakı onun mahiyyətini dəyişəcək və Moskva onun üçün yaradılan təhdidlərə əsaslanaraq qərar qəbul etməyə məcbur olacaq.
Xatırladaq ki, noyabrın 19-na keçən gecə Ukrayna Silahlı Qüvvələri Bryansk vilayətindəki obyektə 6 ədəd "ATACMS" raketi ilə zərbələr endirib. "S-400" hava hücumundan müdafiə sistemi və "Pantsir" hava hücumundan müdafiə sisteminin ekipajları beş raketi vurub, altıncısını isə zədələyib. Tələfat və dağıntı yoxdur. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, ABŞ-ın iştirakı olmadan bu raketlərdən istifadə etmək mümkün deyil.
Putin Rusiyanın yenilənmiş nüvə doktrinasını təsdiqləyib
Rusiya Prezidenti Vladimir Putin nüvə çəkindirmə sahəsində dövlət siyasətinin əsaslarını təsdiqləyib.
Bu barədə "RİA Novosti" xəbər verir.
Rusiya dövlət başçısı sentyabrın 25-də nüvə doktrinasına dəyişiklik etməyi təklif edib.
Doktrinanın yenilənmiş versiyası, nüvə çəkindirmə hallarının həyata keçirildiyi dövlətlər və hərbi ittifaqlar kateqoriyasını genişləndirir. Moskvanın özünə qarşı hücum törədilmiş hesab edəcəyi əsaslar dəyişdirilib. Bu da öz növbəsində Kremlə nüvə cavabı verməyə əsas verəcək.
Putinin nüvə doktrinasını yeniləmək təşəbbüsü Müdafiə Nazirliyi tərəfindən dəstəklənib. Nazirliyin rəhbəri Andrey Belousov görülən tədbirləri dəyişən hərbi-siyasi vəziyyətlə əsaslandırıb. O qeyd edib ki, bu baxımdan proqram sənədləri yeni reallıqlara uyğunlaşdırılmalıdır.
Doktrinaya əsasən, nüvə silahının tətbiqi barədə qərar Rusiya Prezidenti tərəfindən verilir.