Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Lavrov: Bryansk bölgəsinə "ATACMS" zərbələri ABŞ-ın eskalasiya istədiyinə işarədir

© Sputnik / Сергей Савостьянов / POOL / Mediabanka keçidRusiyanın xarici işlər naziri Sergey Lavrov
Rusiyanın xarici işlər naziri Sergey Lavrov  - Sputnik Azərbaycan, 1920, 20.11.2024
Abunə olmaq
Lavrov ABŞ-ın iştirakı olmadan bu yüksək texnologiyalı raketlərdən istifadənin mümkün olmadığını vurğulayıb, həmçinin ABŞ-a Rusiyanın yeni nüvə doktrinasını diqqətlə öyrənməyi tövsiyə edib.
BAKI, 20 noyabr — Sputnik. Kiyevin Bryansk vilayətində uzaqmənzilli "ATACMS" raketlərindən istifadə etməsi ABŞ-ın vəziyyəti gərginləşdirmək istədiyinə işarədir.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Braziliyada keçirilən "G20" sammiti çərçivəsində jurnalistlərə bildirib.
"Bryansk vilayətinə zərbələr endirmək üçün "ATACMS"dən dəfələrlə istifadə edilməsi, əlbəttə ki, onların eskalasiyanı istədiklərinə işarədir" - Lavrov bildirib.
O, ABŞ-ın iştirakı olmadan bu yüksək texnologiyalı raketlərdən istifadənin mümkün olmadığını vurğulayıb, həmçinin ABŞ-a Rusiyanın yeni nüvə doktrinasını diqqətlə öyrənməyi tövsiyə edib.
Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələri Bryansk vilayətindəki obyektə altı "ATACMS" raketi ilə zərbə endirib. "S-400" hava hücumundan müdafiə sistemi və "Pantsir" hava hücumundan müdafiə sisteminin ekipajları beş raketi vurub, altıncısını isə zədələyib. Tələfat və dağıntı yoxdur.
Xəbər lenti
0