https://sputnik.az/20241120/bakida-insanlarin-90-nin-ictimai-neqliyyata-cixisi-temin-edilecek---nazir-468884112.html
Bakıda insanların 90%-nin ictimai nəqliyyata çıxışı təmin ediləcək - nazir
Bakıda insanların 90%-nin ictimai nəqliyyata çıxışı təmin ediləcək - nazir
Sputnik Azərbaycan
Azərbaycan ekoloji baxımdan dünyanın qabaqcıl şəhərləri ətraf mühitin qorunması və havanın çirklənməsinin qarşısının alınmasında əsas addımlardan biri kimi... 20.11.2024, Sputnik Azərbaycan
2024-11-20T14:05+0400
2024-11-20T14:05+0400
2024-11-20T14:22+0400
ictimai nəqliyyat
paytaxt xəbərləri
rəşad nəbiyev
rəqəmsal inkişaf və nəqliyyat naziri rəşad nəbiyev
taksi
https://cdnn1.img.sputnik.az/img/07e7/04/13/453949533_0:83:1600:983_1920x0_80_0_0_2fef8f11140fc89384b7eeeacd2fb553.jpg
BAKI, 20 noyabr — Sputnik. "Bakıda insanların 90%-nin ictimai nəqliyyata çıxışının təmin edilməsi planlaşdırılır". Sputnik Azərbaycan-ın məlumatına görə, bu gün COP29da keçirilən "Yaşıl şəhər nəqliyyatı" mövzusunda nazirlərin dəyirmi masasında rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev söyləyib. Nazir əlavə edib ki, davamlı ekosistemi təşviq etmək üçün Azərbaycan 2030-cu ilə qədər istixana qazı emissiyalarını 35 % azaltmağı öhdəsinə götürüb: "Bu öhdəliyi yerinə yetirmək üçün Azərbaycan hökuməti "Mobilliyin transformasiya proqramı"nı işə salıb. Bu plan çərçivəsində biz Bakı şəhərində fərdi avtomobil səfərlərini 40 % azaltmaq istəyirik. Həmçinin əhalinin 90 %-nin ictimai nəqliyyata çıxışını təmin etmək istəyirik. Eyni zamanda, mikromobillik, xüsusilə velosiped və skuterlər üçün 100 kilometrdən çox infrastruktur yaratmağı hədəfləyirik", Rəşad Nəbiyevin sözlərinə görə, bu proqrama metro, dəmir yolu və avtobus sistemlərinin təkmilləşdirilməsi, mikromobillik həlləri, parkinq obyektləri, prioritet zolaqlar və avtobus şəbəkəsinin optimallaşdırılması daxil olmaqla 60-dan çox təşəbbüs daxildir: "Layihə qrupu rəqəmsal məlumatlara əsaslanan qərar qəbuletmə prosesini təkmilləşdirən Bakı şəhərinin rəqəmsal əkizini hazırlayıb". Tədbirdə davamlı şəhər nəqliyyatı infrastrukturunun inkişaf etdirilməsi, karbon emissiyasının azaldılması, nəqliyyat sektorunun yaşıllaşdırılması yolu ilə havanın keyfiyyətinin yaxşılaşdırılması, bu məsələlərin dövlətlərin siyasətinə daxil edilməsi müzakirə olunur. Nazir bəyan edib ki, Azərbaycan ekoloji baxımdan dünyanın qabaqcıl şəhərləri ətraf mühitin qorunması və havanın çirklənməsinin qarşısının alınmasında əsas addımlardan biri kimi elektrik avtobuslarından istifadəni görür: "Bir müddət əvvəl Bakı şəhərində Zığ Elektrik Avtobus Parkı istifadəyə verilib. Hazırda avtobus parkı elektrik mühərrikli 160 ədəd avtobusdan ibarətdir. 2024-cü il istehsalı olan bu avtobusların istismar müddəti 15 il, sərnişin tutumu 83 nəfərdir. Bundan əlavə, həyata keçirilən islahatlar nəticəsində taksi avtoparkı da yenilənir və ölkəyə çoxlu sayda elektromobillər idxal olunur. 150 ədəd "LEVC TX5" markalı "plug-in hibrid" taksilər də gətirilib".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/04/13/453949533_90:0:1511:1066_1920x0_80_0_0_e7ac5352cf9bfddb5a3a659b70d77648.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ictimai nəqliyyat, rəşad nəbiyev, rəqəmsal inkişaf və nəqliyyat naziri rəşad nəbiyev, taksi
ictimai nəqliyyat, rəşad nəbiyev, rəqəmsal inkişaf və nəqliyyat naziri rəşad nəbiyev, taksi
Bakıda insanların 90%-nin ictimai nəqliyyata çıxışı təmin ediləcək - nazir
14:05 20.11.2024 (Yenilənib: 14:22 20.11.2024) Azərbaycan ekoloji baxımdan dünyanın qabaqcıl şəhərləri ətraf mühitin qorunması və havanın çirklənməsinin qarşısının alınmasında əsas addımlardan biri kimi elektrik avtobuslarından istifadəni görür.
BAKI, 20 noyabr — Sputnik. "Bakıda insanların 90%-nin ictimai nəqliyyata çıxışının təmin edilməsi planlaşdırılır".
Sputnik Azərbaycan-ın məlumatına görə, bu gün COP29da keçirilən "Yaşıl şəhər nəqliyyatı" mövzusunda nazirlərin dəyirmi masasında rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev söyləyib.
Nazir əlavə edib ki, davamlı ekosistemi təşviq etmək üçün Azərbaycan 2030-cu ilə qədər istixana qazı emissiyalarını 35 % azaltmağı öhdəsinə götürüb: "Bu öhdəliyi yerinə yetirmək üçün Azərbaycan hökuməti "Mobilliyin transformasiya proqramı"nı işə salıb. Bu plan çərçivəsində biz Bakı şəhərində fərdi avtomobil səfərlərini 40 % azaltmaq istəyirik. Həmçinin əhalinin 90 %-nin ictimai nəqliyyata çıxışını təmin etmək istəyirik. Eyni zamanda, mikromobillik, xüsusilə velosiped və skuterlər üçün 100 kilometrdən çox infrastruktur yaratmağı hədəfləyirik",
Rəşad Nəbiyevin sözlərinə görə, bu proqrama metro, dəmir yolu və avtobus sistemlərinin təkmilləşdirilməsi, mikromobillik həlləri, parkinq obyektləri, prioritet zolaqlar və avtobus şəbəkəsinin optimallaşdırılması daxil olmaqla 60-dan çox təşəbbüs daxildir: "Layihə qrupu rəqəmsal məlumatlara əsaslanan qərar qəbuletmə prosesini təkmilləşdirən Bakı şəhərinin rəqəmsal əkizini hazırlayıb".
Tədbirdə davamlı şəhər nəqliyyatı infrastrukturunun inkişaf etdirilməsi, karbon emissiyasının azaldılması, nəqliyyat sektorunun yaşıllaşdırılması yolu ilə havanın keyfiyyətinin yaxşılaşdırılması, bu məsələlərin dövlətlərin siyasətinə daxil edilməsi müzakirə olunur.
Nazir bəyan edib ki, Azərbaycan ekoloji baxımdan dünyanın qabaqcıl şəhərləri ətraf mühitin qorunması və havanın çirklənməsinin qarşısının alınmasında əsas addımlardan biri kimi elektrik avtobuslarından istifadəni görür: "Bir müddət əvvəl Bakı şəhərində Zığ Elektrik Avtobus Parkı istifadəyə verilib. Hazırda avtobus parkı elektrik mühərrikli 160 ədəd avtobusdan ibarətdir. 2024-cü il istehsalı olan bu avtobusların istismar müddəti 15 il, sərnişin tutumu 83 nəfərdir. Bundan əlavə, həyata keçirilən islahatlar nəticəsində taksi avtoparkı da yenilənir və ölkəyə çoxlu sayda elektromobillər idxal olunur. 150 ədəd "LEVC TX5" markalı "plug-in hibrid" taksilər də gətirilib".