Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Medvedev Üçüncü Dünya Müharibəsinin başlanğıcını proqnozlaşdırır

© Sputnik / Екатерина Штукина / Mediabanka keçidRusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev - Sputnik Azərbaycan, 1920, 19.11.2024
Abunə olmaq
Medvedev Putinin nüvə doktrinasını yeniləməsindən sonra Üçüncü Dünya Müharibəsinin olacağını proqnozlaşdırıb.
BAKI, 19 noyabr — Sputnik. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Rusiya Prezidenti Vladimir Putinin nüvə doktrinasını yenilədikdən sonra Üçüncü Dünya Müharibəsinin başlanğıcını proqnozlaşdırıb.
Bunu diplomat "Telegram" kanalında qeyd edib.
Rusiyanın sabiq prezidenti qeyd edib ki, Ukraynanın Rusiyaya dərin zərbələr endirmək üçün NATO raketlərindən istifadə etməsi hücum kimi qiymətləndirilə bilər.
"Bu vəziyyətdə Kiyevə və NATO-nun əsas obyektlərinin harada olmalarından asılı olmayaraq onlara kütləvi qırğın silahları ilə cavab zərbəsi endirmək hüququ yaranır. Bu isə artıq Üçüncü Dünya Müharibəsi (WWII) deməkdir", Medvedev yazıb.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavininin sözlərinə görə, ABŞ-ın Prezidenti Co Bayden "bəşəriyyətin əhəmiyyətli bir hissəsini özü ilə apararaq" gözəl bir şəkildə ayrılmağa qərar verib.
Bu yaxınlarda məlum olub ki, Rusiya Prezidenti Vladimir Putin nüvə çəkindirmə sahəsində dövlət siyasətinin əsaslarını təsdiqləyib.
Rusiya liderinin nüvə doktrinasını yeniləmək təşəbbüsü Müdafiə Nazirliyi tərəfindən dəstəklənib. Nazirliyin rəhbəri Andrey Belousov görülən tədbirləri dəyişən hərbi-siyasi vəziyyətlə əsaslandırıb. O qeyd edib ki, bu baxımdan proqram sənədləri yeni reallıqlara uyğunlaşdırılmalıdır.
Xəbər lenti
0