https://sputnik.az/20241119/lavrov-acliq-ve-yoxsulluqla-mubarize-ucun-alyans-yaratmaq-ideyasini-destekleyib-468870744.html
Lavrov aclıq və yoxsulluqla mübarizə üçün alyans yaratmaq ideyasını dəstəkləyib
Lavrov aclıq və yoxsulluqla mübarizə üçün alyans yaratmaq ideyasını dəstəkləyib
Sputnik Azərbaycan
Lavrov bildirib ki, birləşməsək, acından öləcəyik
2024-11-19T22:14+0400
2024-11-19T22:14+0400
2024-11-19T22:30+0400
rusiya xin rəhbəri sergey lavrov
rusiya
g20
g20
g20
g20 sammiti
vladimir zelenski
almaniya
olaf şolts
https://cdnn1.img.sputnik.az/img/07e8/06/0a/465274678_0:0:3082:1734_1920x0_80_0_0_3756d1c05f2b536689d23122ef90d186.jpg
BAKI, 19 noyabr — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov İyirmilik Qrupunun (G20) iclasında aclıq və yoxsulluqla mübarizə üçün alyansın yaradılması təşəbbüsünü dəstəkləyib. Bunu nazirliyin sözçüsü Mariya Zaxarova bildirib. "Rusiya nümayəndə heyətinin rəhbəri Braziliyanın aclıq və yoxsulluqla mübarizə üzrə qlobal ittifaq yaratmaq təşəbbüsünü dəstəkləyib və ölkəmizin inkişaf etməkdə olan ölkələrdə ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində göstərdiyi səylərdən danışıb" – "TASS" onun sözlərindən sitat gətirib. Lavrov, həmçinin BRİKS-in qlobal inkişaf problemlərinin həllinə əhəmiyyətli töhfəsini qeyd edib ki, bu da assosiasiyanın Kazan sammitinin nəticələrində əks olunub" - Zaxarova bildirib. Onun sözlərinə görə, Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri, həmçinin görüş iştirakçılarının diqqətini "həqiqətən bərabərhüquqlu beynəlxalq əməkdaşlığın" qurulmasına mane olan "kollektiv Qərbin neokolonial təcrübələrinə" cəlb edib. Bundan əvvəl Braziliyanın rəhbəri Luis İnasiu Lula da Silva bildirmişdi ki, Rio-de-Janeyroda keçiriləcək İyirmilik Qrupunun (G20) sammitində 40-dan çox dövlət iştirak edəcək. Ukrayna Prezidenti Vladimir Zelenskinin G20 sammitinə dəvət edilmədiyini bildirən Almaniya kansleri Olaf Şoltsun fikrincə, bu, ciddi siqnaldır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/06/0a/465274678_0:0:2732:2048_1920x0_80_0_0_d8da32e93c78ff6beb3f6e373ad302f0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
lavrov, acından öləcəyik, aclıq, yoxsulluq
lavrov, acından öləcəyik, aclıq, yoxsulluq
Lavrov aclıq və yoxsulluqla mübarizə üçün alyans yaratmaq ideyasını dəstəkləyib
22:14 19.11.2024 (Yenilənib: 22:30 19.11.2024) Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri, həmçinin görüş iştirakçılarının diqqətini "həqiqətən bərabərhüquqlu beynəlxalq əməkdaşlığın" qurulmasına mane olan "kollektiv Qərbin neokolonial təcrübələrinə" cəlb edib.
BAKI, 19 noyabr — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov İyirmilik Qrupunun (G20) iclasında aclıq və yoxsulluqla mübarizə üçün alyansın yaradılması təşəbbüsünü dəstəkləyib.
Bunu nazirliyin sözçüsü Mariya Zaxarova bildirib.
"Rusiya nümayəndə heyətinin rəhbəri Braziliyanın aclıq və yoxsulluqla mübarizə üzrə qlobal ittifaq yaratmaq təşəbbüsünü dəstəkləyib və ölkəmizin inkişaf etməkdə olan ölkələrdə ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində göstərdiyi səylərdən danışıb" – "TASS" onun sözlərindən sitat gətirib.
Lavrov, həmçinin BRİKS-in qlobal inkişaf problemlərinin həllinə əhəmiyyətli töhfəsini qeyd edib ki, bu da assosiasiyanın Kazan sammitinin nəticələrində əks olunub" - Zaxarova bildirib.
Onun sözlərinə görə, Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri, həmçinin görüş iştirakçılarının diqqətini "həqiqətən bərabərhüquqlu beynəlxalq əməkdaşlığın" qurulmasına mane olan "kollektiv Qərbin neokolonial təcrübələrinə" cəlb edib.
Bundan əvvəl Braziliyanın rəhbəri Luis İnasiu Lula da Silva bildirmişdi ki, Rio-de-Janeyroda keçiriləcək İyirmilik Qrupunun (G20) sammitində 40-dan çox dövlət iştirak edəcək.
Ukrayna Prezidenti Vladimir Zelenskinin G20 sammitinə dəvət edilmədiyini bildirən Almaniya kansleri Olaf Şoltsun fikrincə, bu, ciddi siqnaldır.