Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

İran və Rusiya Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkəcək

© Sputnik / Emin AlisahibHoradiz-Ağbənd dəmir yolunun tikintisi
Horadiz-Ağbənd dəmir yolunun tikintisi - Sputnik Azərbaycan, 1920, 17.11.2024
Abunə olmaq
Rəşt-Astara dəmir yolu xəttinə əlavə olaraq, rusiyalılar Parsabad ilə Bəndər-Abbas arasında dəmir yolunun tikintisinə sərmayə yatırmaq istəyirlər.
BAKI, 17 noyabr - Sputnik. İran və Rusiya rəsmiləri Azərbaycanla sərhəddəki Parsabad şəhərindən Fars körfəzinin sahilində İranın ən böyük liman olan Bəndər-Abbasa qədər dəmir yolu inşasını müzakirə edirlər.
Bu barədə İslam Respublikasının Moskvadakı səfiri Kazem Cəlali bildirib.
"Rəşt-Astara dəmir yolu xəttinə əlavə olaraq, rusiyalılar Parsabad ilə Bəndər-Abbas arasında dəmir yolunun tikintisinə sərmayə yatırmaq istəyirlər" - Cəlali Tehran şəhərində İslam Respublikasının Prezidenti Məsud Pezeşkianla görüşündə bildirib.
Pezeşkian qeyd edib ki, şimaldan cənuba doğru dəmir yollarının genişləndirilməsi ölkə xalqına, iqtisadiyyata fayda gətirəcək və Rusiya ilə İranın iqtisadi ehtiyaclarını təmin edə bilər. O, Rəşt-Astara marşrutunun tikintisinin sürətləndirilməsi ilə bağlı tapşırıq verib.
Xəbər lenti
0