https://sputnik.az/20241117/putin-ukrayna-bohrani-nato-nun-rusiyaya-qarsi-aqressiv-siyaseti-ile-baglidir-468813691.html
Putin: Ukrayna böhranı NATO-nun Rusiyaya qarşı aqressiv siyasəti ilə bağlıdır
Putin: Ukrayna böhranı NATO-nun Rusiyaya qarşı aqressiv siyasəti ilə bağlıdır
Sputnik Azərbaycan
Vladimir Putin xatırladıb ki, mümkün razılaşmalar Rusiya Federasiyasının təhlükəsizlik sahəsində maraqlarını nəzərə almalı, yeni ərazi reallıqlarından çıxış... 17.11.2024, Sputnik Azərbaycan
2024-11-17T18:00+0400
2024-11-17T18:00+0400
2024-11-17T18:00+0400
putin
rusiya
rusiya prezidenti vladimir putin
putin
vladimir putin
olaf şolts
ukrayna
nato
nato
https://cdnn1.img.sputnik.az/img/07e8/0a/18/468287902_0:334:2047:1485_1920x0_80_0_0_235b0a181e666005bc988b6e9d3b4516.jpg
BAKI, 17 noyabr — Sputnik. Ukrayna böhranı NATO-nun Ukraynada anti-Rusiya zəmini yaratmaq məqsədi daşıyan aqressiv siyasəti nəticəsində baş verib. Bunu Rusiya Prezidenti Vladimir Putin Almaniyanın Federal Kansleri Olaf Şoltsla görüşündə deyib. Müvafiq məlumat Kremlin rəsmi saytında dərc olunub. "Vladimir Putin xatırladıb ki, mövcud böhran NATO-nun uzun illər davam edən təcavüzkar siyasətinin birbaşa nəticəsi olub. Bu siyasət Ukrayna ərazisində təhlükəsizlik sahəsində Rusiyanın maraqlarına məhəl qoymamaq və rusdilli sakinlərin hüquqlarını pozaraq anti-Rusiya zəmininin yaradılmasına yönəldilib" – məlumatda deyilib. Rusiya Federasiyasının prezidenti qeyd edib ki, Rusiya danışıqlardan heç vaxt imtina etməyib və Kiyev rejimi tərəfindən kəsilmiş danışıqların bərpasına hazırdır. Ölkənin təklifləri, o cümlədən iyun ayında Rusiya Xarici İşlər Nazirliyində etdiyi çıxışdan yaxşı məlumdur və açıqlanıb. Mümkün razılaşmalar Rusiya Federasiyasının təhlükəsizlik sahəsində maraqlarını nəzərə almalı, yeni ərazi reallıqlarından çıxış etməli və ən əsası, münaqişənin əsas səbəblərini aradan qaldırmalıdır. Daha əvvəl bildirilmişdi ki, Vladimir Putin və Olaf Şolts telefon danışığı zamanı gələcəkdə də əlaqə saxlamaq barədə razılığa gəliblər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0a/18/468287902_0:142:2047:1677_1920x0_80_0_0_fb3a00d3dd298e261c45b7fd5ab9bb76.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
putin, rusiya prezidenti vladimir putin, putin, vladimir putin, olaf şolts, ukrayna, nato, nato
putin, rusiya prezidenti vladimir putin, putin, vladimir putin, olaf şolts, ukrayna, nato, nato
Putin: Ukrayna böhranı NATO-nun Rusiyaya qarşı aqressiv siyasəti ilə bağlıdır
Vladimir Putin xatırladıb ki, mümkün razılaşmalar Rusiya Federasiyasının təhlükəsizlik sahəsində maraqlarını nəzərə almalı, yeni ərazi reallıqlarından çıxış etməli və ən əsası, münaqişənin əsas səbəblərini aradan qaldırmalıdır.
BAKI, 17 noyabr — Sputnik. Ukrayna böhranı NATO-nun Ukraynada anti-Rusiya zəmini yaratmaq məqsədi daşıyan aqressiv siyasəti nəticəsində baş verib.
Bunu Rusiya Prezidenti Vladimir Putin Almaniyanın Federal Kansleri Olaf Şoltsla görüşündə deyib.
Müvafiq məlumat Kremlin rəsmi saytında dərc olunub.
"Vladimir Putin xatırladıb ki, mövcud böhran NATO-nun uzun illər davam edən təcavüzkar siyasətinin birbaşa nəticəsi olub. Bu siyasət Ukrayna ərazisində təhlükəsizlik sahəsində Rusiyanın maraqlarına məhəl qoymamaq və rusdilli sakinlərin hüquqlarını pozaraq anti-Rusiya zəmininin yaradılmasına yönəldilib" – məlumatda deyilib.
Rusiya Federasiyasının prezidenti qeyd edib ki, Rusiya danışıqlardan heç vaxt imtina etməyib və Kiyev rejimi tərəfindən kəsilmiş danışıqların bərpasına hazırdır. Ölkənin təklifləri, o cümlədən iyun ayında Rusiya Xarici İşlər Nazirliyində etdiyi çıxışdan yaxşı məlumdur və açıqlanıb. Mümkün razılaşmalar Rusiya Federasiyasının təhlükəsizlik sahəsində maraqlarını nəzərə almalı, yeni ərazi reallıqlarından çıxış etməli və ən əsası, münaqişənin əsas səbəblərini aradan qaldırmalıdır.
Daha əvvəl bildirilmişdi ki, Vladimir Putin və Olaf Şolts telefon danışığı zamanı gələcəkdə də əlaqə saxlamaq barədə razılığa gəliblər.