https://sputnik.az/20241113/rusiya-xn-ermenistanin-qerbin-tezyiqleri-ile-geri-addim-atdigini-aciqlayib-468739182.html
Rusiya XİN Ermənistanın Qərbin təzyiqləri ilə geri addım atdığını açıqlayıb
Rusiya XİN Ermənistanın Qərbin təzyiqləri ilə geri addım atdığını açıqlayıb
Sputnik Azərbaycan
Rusiya XİN rəsmisi bildirib ki, Qərb regionda öz təsirini gücləndirmək, Rusiya, İran və Türkiyəni sıxışdırmaq üçün sülh prosesinə nəzarət etməyə çalışır. 13.11.2024, Sputnik Azərbaycan
2024-11-13T17:29+0400
2024-11-13T17:29+0400
2024-11-13T17:29+0400
rusiya
rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova
mariya zaxarova
rusiya xin
ermənistan
qərb
cənubi qafqaz
türkiyə
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/09/425154236_0:0:3124:1757_1920x0_80_0_0_4252ac7e225f4f6a5166b958061bab29.jpg
BAKI, 13 noyabr - Sputnik. Ermənistan, Azərbaycan və Rusiya 2023-cü ilin iyununda regionda nəqliyyat marşrutlarının bərpasına yaxın idilər, lakin Qərbin təzyiqi altında İrəvan işçi qruplarında və bütün üçtərəfli formatlarda iştirakını dayandırdı.Bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.Onun sözlərinə görə, 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın əhəmiyyətini qiymətləndirmək mümkün deyil. O xatırladıb ki, 2021-ci ilin yanvarında Moskvada Ermənistan və Azərbaycan liderlərinin iştirakı ilə sammit keçirilib:Zaxarovanın sözlərinə görə, vasitəçi rolunda çıxış edən ABŞ və Aİ heç bir yenilik təklif etməyib və yalnız Rusiyanın işləmələrini təkrarlayıb, eyni zamanda onların mahiyyətini təhrif edib. M.Zaxarova əlavə edib ki, əslində Qərb regionda öz təsirini gücləndirmək, Rusiya, İran və Türkiyəni sıxışdırmaq üçün sülh prosesinə nəzarət etməyə çalışır:"Onlar üçün Cənubi Qafqaz xalqlarının taleyi əhəmiyyət kəsb etmir, onları yalnız öz ambisiyaları hərəkətə gətirir. Qərbdən fərqli olaraq, biz Cənubi Qafqazın təhlükəsizliyi, sabitliyi və rifahında səmimi maraqlıyıq. Bu region bizim tarixi, iqtisadi və humanitar maraqlarımızın zonasıdır. Biz onun inkişafına töhfə verməyə hazırıq, çünki bu, sabitlik və təhlükəsizlik üçün əsasdır".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/09/425154236_395:0:3124:2047_1920x0_80_0_0_4fe1215a3f04b7de3f36d9c59e9aa02e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova, mariya zaxarova, rusiya xin, ermənistan, qərb, cənubi qafqaz, türkiyə
rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova, mariya zaxarova, rusiya xin, ermənistan, qərb, cənubi qafqaz, türkiyə
Rusiya XİN Ermənistanın Qərbin təzyiqləri ilə geri addım atdığını açıqlayıb
Rusiya XİN rəsmisi bildirib ki, Qərb regionda öz təsirini gücləndirmək, Rusiya, İran və Türkiyəni sıxışdırmaq üçün sülh prosesinə nəzarət etməyə çalışır.
BAKI, 13 noyabr - Sputnik. Ermənistan, Azərbaycan və Rusiya 2023-cü ilin iyununda regionda nəqliyyat marşrutlarının bərpasına yaxın idilər, lakin Qərbin təzyiqi altında İrəvan işçi qruplarında və bütün üçtərəfli formatlarda iştirakını dayandırdı.
Bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın əhəmiyyətini qiymətləndirmək mümkün deyil. O xatırladıb ki, 2021-ci ilin yanvarında Moskvada Ermənistan və Azərbaycan liderlərinin iştirakı ilə sammit keçirilib:
"Bu sammitdə sülh prosesinə start verilib və onun çərçivəsində üç ölkənin baş nazir müavinlərinin rəhbərliyi altında üçtərəfli işçi qrupu yaradılıb. Bundan əlavə, razılaşma əsasında sülh müqaviləsinin hazırlanması, nəqliyyat blokadasının aradan qaldırılması, sərhədin delimitasiyası və demarkasiyası, həmçinin ölkələrin mülki cəmiyyətləri arasında əlaqələrin inkişafı kimi istiqamətləri əhatə edən üçtərəfli razılaşmalar sistemi qurulub. Bu baza sayəsində biz bir çox məsələlər üzrə real, əhəmiyyətli nəticələr əldə edə bildik"
Zaxarovanın sözlərinə görə, vasitəçi rolunda çıxış edən ABŞ və Aİ heç bir yenilik təklif etməyib və yalnız Rusiyanın işləmələrini təkrarlayıb, eyni zamanda onların mahiyyətini təhrif edib. M.Zaxarova əlavə edib ki, əslində Qərb regionda öz təsirini gücləndirmək, Rusiya, İran və Türkiyəni sıxışdırmaq üçün sülh prosesinə nəzarət etməyə çalışır:
"Onlar üçün Cənubi Qafqaz xalqlarının taleyi əhəmiyyət kəsb etmir, onları yalnız öz ambisiyaları hərəkətə gətirir. Qərbdən fərqli olaraq, biz Cənubi Qafqazın təhlükəsizliyi, sabitliyi və rifahında səmimi maraqlıyıq. Bu region bizim tarixi, iqtisadi və humanitar maraqlarımızın zonasıdır. Biz onun inkişafına töhfə verməyə hazırıq, çünki bu, sabitlik və təhlükəsizlik üçün əsasdır".