Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin Braziliyaya gedəsi olmadı, G20-də Rusiyanı Lavrov təmsil edəcək

© Sputnik / Виталий Белоусов / Mediabanka keçidRusiyanın xarici işlər naziri Sergey Lavrov
Rusiyanın xarici işlər naziri Sergey Lavrov  - Sputnik Azərbaycan, 1920, 13.11.2024
Abunə olmaq
Braziliya hələ mart ayında Putinə noyabrda Rio-de-Janeyroda baş tutacaq sammitə dəvət göndərib.
BAKI, 13 noyabr — Sputnik. Rusiyanı Brazilyada keçiriləcək G20 sammitində xarici işlər naziri Sergey Lavrov təmsil edəcək.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, Lavrov noyabrın 18-19-da Braziliyada keçiriləcək G20 sammitində iştirak edəcək.
29.03.24, 23:00
Putin Braziliyaya G20 sammitinə gedəcək?
Rusiya lideri Vladimir Putinin Braziliyada keçiriləcək G20 sammitində iştirakı məsələsinə hazırda baxılmayıb.
Bu sözləri "TASS"a müsahibəsində dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib.
O, Kremlin belə bir səfəri qanuni hesab edib-etmədiyi ilə maraqlanan jurnalistlərin müvafiq sualını cavablandırıb.
"Bu məsələlərə hələ baxılmayıb" - mətbuat katibi qısa cavab verib.
Eyni zamanda, Braziliya artıq Putinə noyabrda Rio-de-Janeyroda baş tutacaq sammitə dəvət göndərib. Həm də bu, Braziliyanın əvvəllər Rusiya prezidentinin həbsinə order verən Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını tanımasına baxmayaraq edilib.
Fransa Prezidenti Emmanuel Makron Braziliya Prezidenti Luis İnasio Lula da Silva ilə danışıqlardan sonra Vladimir Putinin sammitdə iştirakının mümkünlüyünü keçirdiyi mətbuat konfransında qiymətləndirib. Onun fikrincə, belə bir təşəbbüs birliyin digər üzvləri ilə müzakirə edilməlidir. O əlavə edib ki, əgər görüş faydalıdırsa, deməli, keçirməyə dəyər.
"Əgər bu parçalanmaya səbəb olarsa, o zaman bunu həyata keçirməyə dəyməz" – Makron bildirib.
Bundan əvvəl San-Pauluda İyirmilik Qrupuna (G20) daxil olan ölkələrin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin görüşü barədə məlumat verilmişdi. Eyni zamanda, tərəflər Ukrayna münaqişəsi mövzusunda fikir ayrılıqlarına görə birgə bəyanatla bağlı razılığa gəlməyiblər.
Xəbər lenti
0