Bakıda COP29 yazısı olan tablo, arxiv - Sputnik Azərbaycan, 1920, 05.11.2024
COP29
Bu il Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edir. Bu, ölkə tarixində ən böyük beynəlxalq tədbirdir.

Ərdoğan Bakıdan geri dönərkən: Qlobal iqlim tendensiyasına töhfə verməyə davam edəcəyik

© Official website of President of Azerbaijan RepublicAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb - Sputnik Azərbaycan, 1920, 13.11.2024
Abunə olmaq
Türkiyə prezidenti COP29 çərçivəsindəki liderlər zirvəsində həyat yoldaşı Əminə Ərdoğanın təşəbbüsü ilə başlayan və qısa zamanda qlobal miqyasda bir layihəyə çevrilən “Sıfır Tullantı” Hərəkatının əhəmiyyətini ifadə edib.
BAKI, 13 noyabr - Sputnik. COP29 çərçivəsində liderlər Zirvəsi zamanı danışıqlar mövzusu ən çox iqlim dəyişikliyinin maliyyələşdirilməsi olub.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan dönərkən jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, xüsusilə inkişaf etməkdə olan ölkələrin ehtiyac duyduğu maliyyə resurslarının necə yaradılacağı da müzakirə olunub:
“2009-cu ildə Danimarka İqlim Sammitində elan edilmiş illik 100 milyard dollarlıq iqlim maliyyəsi hədəfinin 2025-ci ildən sonra üçün də təsdiqini və əlavə mexanizmlərlə dəstəyini müzakirə etdik. Mən sammitdəki çıxışımda ölkəmizin iqlim dəyişikliyi ilə mübarizə səylərini izah etdim. Vurğuladım ki, biz qlobal iqlim tendensiyasına töhfə verməyə davam edəcəyik. Həyat yoldaşım Əminə Ərdoğanın təşəbbüsü ilə başlayan və qısa zamanda qlobal miqyasda bir layihəyə çevrilən “Sıfır Tullantı” Hərəkatının əhəmiyyətini ifadə etdim”.
Ərdoğan, həmçinin COP29-a dəvət etdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevə bir daha təşəkkürünü bildirib.
12.11.24, 15:34
Türkiyə BMT-nin iqlim konfransına ev sahibliyi etmək niyyətindədir - Ərdoğan
Ankara 2026-cı ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Tərəflərin 31-ci Konfransına ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb. RİA Novosti xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə axşamı Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının liderlər sammitində çıxışı zamanı deyib.
“Türkiyə 2026-cı ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Tərəflərin 31-ci Konfransına ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb”, - Türkiyə lideri bildirib.
Onun sözlərinə görə, tezliklə Türkiyə parlamentinə emissiyaların ticarət sistemini də ehtiva edən iqlim qanun layihəsi təqdim olunacaq.

“Türkiyə 2053-cü ilə qədər sıfır tullantı və yaşıl inkişafa nail olmaq vizyonuna uyğun olaraq iqtisadiyyatın əsas sektorlarını transformasiya edir. Türkiyə külək və günəş enerjisinin quraşdırılmış gücünü bugünkü 31 min meqavatdan 2035-ci ildə 120 min meqavata çatdırmaq niyyətindədir", - Ərdoğan çıxışında qeyd edib.

Türkiyə lideri əlavə edib ki, sıfır tullantı layihəsi iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verir.
“Layihə başlayandan 5,9 milyon ton istixana qazının atmosferə atılmasının qarşısı alınıb”, - Ərdoğan qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0