https://sputnik.az/20241112/mdb-mudafie-nazirlikleri-gelen-il-120-den-cox-birge-tedbir-kecirecek---belousov-468690461.html
MDB müdafiə nazirlikləri gələn il 120-dən çox birgə tədbir keçirəcək - Belousov
MDB müdafiə nazirlikləri gələn il 120-dən çox birgə tədbir keçirəcək - Belousov
Sputnik Azərbaycan
Moskvada MDB ölkələrinin Müdafiə Nazirləri Şurasının iclası keçirilib. 12.11.2024, Sputnik Azərbaycan
2024-11-12T14:22+0400
2024-11-12T14:22+0400
2024-11-12T14:22+0400
rusiya
rusiya müdafiə nazirliyi
moskva
mdb
tədbir
təlim
https://cdnn1.img.sputnik.az/img/07e8/05/1f/465063090_0:0:3111:1751_1920x0_80_0_0_6bf23aae8e86aae6053bce2d7495d9fe.jpg
BAKI, 12 noyabr - Sputnik. Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin müdafiə nazirlikləri gələn il 120-dən çox birgə tədbir keçirəcək. Bu barədə çərşənbə axşamı Rusiyanın müdafiə naziri Andrey Belousov MDB ölkələrinin Müdafiə Nazirləri Şurasının iclasının yekunları üzrə bildirib.Onun sözlərinə görə, birgə hərbi sistemlərin, xüsusilə də MDB iştirakçısı olan dövlətlərin vahid dövlət radar identifikasiyası sisteminin, vahid hərbi coğrafi informasiya sisteminin, Birləşmiş Hava Hücumundan Müdafiə Sisteminin təkmilləşdirilməsi ilə bağlı qərarlar qəbul edilib.“Gələn il hava hücumundan müdafiə qüvvələri üçün birgə döyüş hazırlığı fəaliyyətləri planını təsdiq etdik. Biz Böyük Qələbənin 80 illiyinin qeyd edilməsinə və bu yubileyə həsr olunmuş dost orduların IV Hərbi İdman Oyunlarının keçirilməsinə hazırlıq proqramını təsdiq etdik. Biz müxtəlif ölkələr və təşkilatlarla gələcək qarşılıqlı fəaliyyət vasitəsilə Avrasiya regionunda sabitliyin möhkəmləndirilməsinə kömək etmək barədə razılığa gəldik”, - Rusiya Federasiyasının Müdafiə Naziri bildirib.Hərbi nazir həmçinin səmərəli fəaliyyətlərinə görə görüş iştirakçılarına təşəkkürünü bildirib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/05/1f/465063090_300:0:3031:2048_1920x0_80_0_0_c7dd1399294486b2f3bed6d84e02e09a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya müdafiə nazirliyi, moskva, mdb, tədbir, təlim
rusiya müdafiə nazirliyi, moskva, mdb, tədbir, təlim
MDB müdafiə nazirlikləri gələn il 120-dən çox birgə tədbir keçirəcək - Belousov
Moskvada MDB ölkələrinin Müdafiə Nazirləri Şurasının iclası keçirilib.
BAKI, 12 noyabr - Sputnik. Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin müdafiə nazirlikləri gələn il 120-dən çox birgə tədbir keçirəcək. Bu barədə çərşənbə axşamı Rusiyanın müdafiə naziri Andrey Belousov MDB ölkələrinin Müdafiə Nazirləri Şurasının iclasının yekunları üzrə bildirib.
“Bu gün biz builki işin nəticələrini yekunlaşdırdıq və 2025-ci il üçün 120-dən çox tədbir planlaşdırdıq. MDB çərçivəsində 2030-cu ilə qədər hərbi əməkdaşlıq Konsepsiyasına böyük diqqət yetirilib. Qeyd edim ki, bu, milli silahlı qüvvələrin döyüş qabiliyyətinin artırılmasına, dövlətlərimizin müdafiəsinin təmin edilməsinə yönəlib”, - Belousov bildirib.
Onun sözlərinə görə, birgə hərbi sistemlərin, xüsusilə də MDB iştirakçısı olan dövlətlərin vahid dövlət radar identifikasiyası sisteminin, vahid hərbi coğrafi informasiya sisteminin, Birləşmiş Hava Hücumundan Müdafiə Sisteminin təkmilləşdirilməsi ilə bağlı qərarlar qəbul edilib.
“Gələn il hava hücumundan müdafiə qüvvələri üçün birgə döyüş hazırlığı fəaliyyətləri planını təsdiq etdik. Biz Böyük Qələbənin 80 illiyinin qeyd edilməsinə və bu yubileyə həsr olunmuş dost orduların IV Hərbi İdman Oyunlarının keçirilməsinə hazırlıq proqramını təsdiq etdik. Biz müxtəlif ölkələr və təşkilatlarla gələcək qarşılıqlı fəaliyyət vasitəsilə Avrasiya regionunda sabitliyin möhkəmləndirilməsinə kömək etmək barədə razılığa gəldik”, - Rusiya Federasiyasının Müdafiə Naziri bildirib.
Hərbi nazir həmçinin səmərəli fəaliyyətlərinə görə görüş iştirakçılarına təşəkkürünü bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.