https://sputnik.az/20241111/kreml-putinin-trampla-temaslara-hazir-oldugunu-beyan-edib--468612662.html
Putin və Tramp arasında Ukrayna ilə bağlı danışıqlar olacaq
Putin və Tramp arasında Ukrayna ilə bağlı danışıqlar olacaq
Sputnik Azərbaycan
Aleksey Çepa bildirib ki, indiyə qədər ABŞ prezidenti Co Baydenin administrasiyası Ukrayna ilə danışıqlar prosesini inadla manipulyasiya edirdi. 11.11.2024, Sputnik Azərbaycan
2024-11-11T12:33+0400
2024-11-11T12:33+0400
2024-11-20T12:58+0400
rusiya
donald tramp
abş prezidenti donald tramp
rusiya prezidenti vladimir putin
putin
kreml
peskov
vladimir putinin köməkçisi dmitri peskov
dmitri peskov
dmitry peskov
https://cdnn1.img.sputnik.az/img/41102/74/411027402_0:0:4784:2691_1920x0_80_0_0_aa4f68a57a92379ac85a529554f37d55.jpg
BAKI, 20 noyabr - Sputnik. Rusiya Prezidenti Vladimir Putinlə ABŞ-ın yeni seçilmiş rəhbəri Donald Tramp arasında Ukrayna və digər beynəlxalq məsələlərlə bağlı danışıqların olması mümkündür. Bu fikri Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Aleksey Çepa "Lenta.ru"ya söhbətində bildirib. "Bu təmasların baş tutacağına şübhəm yoxdur. Tramp artıq kəskin mövzulara (Yaxın Şərq, İran və Ukrayna) toxunulacağından danışıb. Təşəbbüskarın kim olacağını bilmirəm, ancaq bu o qədər də vacib deyil, çünki biz əvvəlcə bu problemlər haqqında danışmışdıq. 2021-ci ildən biz bu haqda yazmışıq, danışmışıq və danışmağa da davam edirik. Minsk razılaşmalarının həyata keçirilməsində israrlı idik və Fransa, Böyük Britaniya və Almaniya tərəfindən pozulan digər razılaşmalara da cəhdlər göstərdik. Sonra özləri də bunu etiraf etdilər və ABŞ prezidenti Co Baydenin administrasiyası bütün bunları inadla manipulyasiya etdi", deputat izah edib. Aleksey Çepa hesab edir ki, belə bir addım beynəlxalq vəziyyəti yaxşılaşdıracaq. Əgər bu gün ABŞ-ın yeni administrasiyası bu məsələlərin həllinə razılıq versə və Tramp bunu bəyan etsə, bu, müsbət olacaq.İsrailin keçmiş Baş naziri Ehud Barak "Politico" qəzetinə müsahibəsində bildirib ki, Putinlə Tramp arasında danışıqlar ABŞ tərəfinin təşəbbüsü ilə mümkündür. Onun fikrincə, əgər siyasətçilər Yaxın Şərqdəki əsas məsələlər üzrə razılığa gələ bilsələr, bu sövdələşmə daha geniş xarakter daşıya və Ukrayna münaqişəsinin həlli ilə bağlı dialoqu da əhatə edə bilər. 11.11.24, 14:44Kreml Putinlə Tramp arasında telefon danışığı barədə məlumatlara aydınlıq gətirdiKreml Rusiya prezidenti Vladimir Putinlə ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp arasında noyabrın 7-də telefon danışığının olması haqqında məlumatı təkzib edib.Kremlin mətbuat katibi Dmitri Peskov Putinlə Trampın telefon danışığı ilə bağlı mediada yer alan məlumatların həqiqətə uyğun olmadığını söyləyib."“Vaşinqton Post“un bu yaxınlarda yazdığı Putinlə Tramp arasında söhbət baş tutmayıb, bu yalan məlumatdır", deyə Peskov vurğulayıb.O, Putinin Trampa zəng etməklə bağlı hələlik konkret planının olmadığını da bildirib.08.11.24, 15:55Kreml Putinin Trampla təmaslara hazır olduğunu bəyan edibRusiya Prezidenti Vladimir Putin ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampla təmaslara hazırdır.Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib. O, Putinin dünən Valday Disskusiya Klubunun plenar iclasında da Trampla təmaslara hazır olduğunu vurğuladığını söyləyib.Kremlin sözçüsü Putin-Tramp təması ilə bağlı konkret bir şey olmadığını qeyd edib: "Tramp tərəfindən Putinlə danışmaq üçün heç bir müraciət daxil olmayıb".Peskov Trampın qələbəsindən sonra Rusiyanın sülh müqaviləsi bağlamaq tələblərinin dəyişib-dəyişmədiyi sualına da cavabında deyib: "Prezident heç vaxt deməyib ki, xüsusi hərbi əməliyyatın məqsədləri dəyişir, əksinə əvvəlki məqsədlər qalır. Bunlar ölkəmizin və Rusiya xalqının təhlükəsizlik maraqlarına aiddir. Putin dəfələrlə bütün maraqlı tərəflərlə, münaqişənin həllinə töhfə verə biləcək hər kəslə dialoqa açıqlıqdan danışıb. Putinin Trampla Ukrayna nizamlanmasını müzakirə etməyə hazır olması xüsusi hərbi əməliyyatın məqsədlərinin dəyişməsi demək deyil".Qeyd edək ki, 6 noyabr 2024-cü ildə ABŞ-ın 45-ci prezidenti olmuş Respublikaçılar Partiyasının namizədi Donald Trampın yenidən prezident seçildiyi məlum olub. O, Ağ Evə 47-ci prezident kimi qayıdır. 78 yaşlı Tramp 2025-ci il yanvarın 20-də and içərək vəzifəsinin icrasına başlayacaq.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41102/74/411027402_266:0:4518:3189_1920x0_80_0_0_bba88f47ff27ea0c98d58790d3f09d78.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
donald tramp, abş prezidenti donald tramp, rusiya prezidenti vladimir putin, putin, kreml, peskov, vladimir putinin köməkçisi dmitri peskov, dmitri peskov, dmitry peskov
donald tramp, abş prezidenti donald tramp, rusiya prezidenti vladimir putin, putin, kreml, peskov, vladimir putinin köməkçisi dmitri peskov, dmitri peskov, dmitry peskov
Putin və Tramp arasında Ukrayna ilə bağlı danışıqlar olacaq
12:33 11.11.2024 (Yenilənib: 12:58 20.11.2024) Aleksey Çepa bildirib ki, indiyə qədər ABŞ prezidenti Co Baydenin administrasiyası Ukrayna ilə danışıqlar prosesini inadla manipulyasiya edirdi.
BAKI, 20 noyabr - Sputnik. Rusiya Prezidenti Vladimir Putinlə ABŞ-ın yeni seçilmiş rəhbəri Donald Tramp arasında Ukrayna və digər beynəlxalq məsələlərlə bağlı danışıqların olması mümkündür. Bu fikri Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Aleksey Çepa "Lenta.ru"ya söhbətində bildirib.
"Bu təmasların baş tutacağına şübhəm yoxdur. Tramp artıq kəskin mövzulara (Yaxın Şərq, İran və Ukrayna) toxunulacağından danışıb. Təşəbbüskarın kim olacağını bilmirəm, ancaq bu o qədər də vacib deyil, çünki biz əvvəlcə bu problemlər haqqında danışmışdıq. 2021-ci ildən biz bu haqda yazmışıq, danışmışıq və danışmağa da davam edirik. Minsk razılaşmalarının həyata keçirilməsində israrlı idik və Fransa, Böyük Britaniya və Almaniya tərəfindən pozulan digər razılaşmalara da cəhdlər göstərdik. Sonra özləri də bunu etiraf etdilər və ABŞ prezidenti Co Baydenin administrasiyası bütün bunları inadla manipulyasiya etdi", deputat izah edib.
Aleksey Çepa hesab edir ki, belə bir addım beynəlxalq vəziyyəti yaxşılaşdıracaq. Əgər bu gün ABŞ-ın yeni administrasiyası bu məsələlərin həllinə razılıq versə və Tramp bunu bəyan etsə, bu, müsbət olacaq.
İsrailin keçmiş Baş naziri Ehud Barak "Politico" qəzetinə müsahibəsində bildirib ki, Putinlə Tramp arasında danışıqlar ABŞ tərəfinin təşəbbüsü ilə mümkündür. Onun fikrincə, əgər siyasətçilər Yaxın Şərqdəki əsas məsələlər üzrə razılığa gələ bilsələr, bu sövdələşmə daha geniş xarakter daşıya və Ukrayna münaqişəsinin həlli ilə bağlı dialoqu da əhatə edə bilər.
Kreml Putinlə Tramp arasında telefon danışığı barədə məlumatlara aydınlıq gətirdi
Kreml Rusiya prezidenti Vladimir Putinlə ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp arasında noyabrın 7-də telefon danışığının olması haqqında məlumatı təkzib edib.
Kremlin mətbuat katibi Dmitri Peskov Putinlə Trampın telefon danışığı ilə bağlı mediada yer alan məlumatların həqiqətə uyğun olmadığını söyləyib.
"“Vaşinqton Post“un bu yaxınlarda yazdığı Putinlə Tramp arasında söhbət baş tutmayıb, bu yalan məlumatdır", deyə Peskov vurğulayıb.
O, Putinin Trampa zəng etməklə bağlı hələlik konkret planının olmadığını da bildirib.
Kreml Putinin Trampla təmaslara hazır olduğunu bəyan edib
Rusiya Prezidenti Vladimir Putin ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampla təmaslara hazırdır.
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib. O, Putinin dünən Valday Disskusiya Klubunun plenar iclasında da Trampla təmaslara hazır olduğunu vurğuladığını söyləyib.
Kremlin sözçüsü Putin-Tramp təması ilə bağlı konkret bir şey olmadığını qeyd edib:
"Tramp tərəfindən Putinlə danışmaq üçün heç bir müraciət daxil olmayıb".
Peskov Trampın qələbəsindən sonra Rusiyanın sülh müqaviləsi bağlamaq tələblərinin dəyişib-dəyişmədiyi sualına da cavabında deyib:
"Prezident heç vaxt deməyib ki, xüsusi hərbi əməliyyatın məqsədləri dəyişir, əksinə əvvəlki məqsədlər qalır. Bunlar ölkəmizin və Rusiya xalqının təhlükəsizlik maraqlarına aiddir. Putin dəfələrlə bütün maraqlı tərəflərlə, münaqişənin həllinə töhfə verə biləcək hər kəslə dialoqa açıqlıqdan danışıb. Putinin Trampla Ukrayna nizamlanmasını müzakirə etməyə hazır olması xüsusi hərbi əməliyyatın məqsədlərinin dəyişməsi demək deyil".
Qeyd edək ki, 6 noyabr 2024-cü ildə ABŞ-ın 45-ci prezidenti olmuş Respublikaçılar Partiyasının namizədi Donald Trampın yenidən prezident seçildiyi məlum olub. O, Ağ Evə 47-ci prezident kimi qayıdır. 78 yaşlı Tramp 2025-ci il yanvarın 20-də and içərək vəzifəsinin icrasına başlayacaq.