Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyanın ən yeni freqatı Atlantik okeanına göndərildiyi üçün Qərb panikaya düşüb

© Sputnik / Пресс-служба Минобороны РФ / Mediabanka keçidПуск крылатой ракеты "Калибр" с фрегата Северного флота "Адмирал Головко"
Пуск крылатой ракеты Калибр с фрегата Северного флота Адмирал Головко  - Sputnik Azərbaycan, 1920, 09.11.2024
Abunə olmaq
Britaniyalı jurnalist Uill Stüard "Admiral Qolovkonu" ən müasir döyüş gəmisi adlandırıb.
BAKI, 9 noyabr — Sputnik. Rusiyanın 22350 layihəli "Admiral Qolovko" freqatı Severomorskdan ayrılaraq Atlantik okeanına doğru istiqamət alıb ki, bu da Qərb hakimiyyət orqanlarında çaxnaşma yaradıb. Bu gəmi xüsusi hesab olunur: o, Rusiya istehsalı olan mühərriklərlə təchiz edilib və uçuş sürəti saatda 6900 mil (11 min km) olan "Sirkon" hipersəs raketləri ilə silahlanıb. "Mirror" bu barədə yazıb.
Britaniyalı jurnalist Uill Stüard "Admiral Qolovko"nu ən müasir döyüş gəmisi adlandırıb. Müəllif iddia edib ki, uzun müddət Rusiya donanması əsasən xarici istehsal mühərrikləri ilə təchiz edilib və sırf Rusiya komponentləri ilə freqatın buraxılması Rusiya Federasiyasının xarici texnologiyalardan asılı olmadığını göstərən bir irəliləyişdir.
Stüard qeyd edib ki, Severomorsk limanından ayrıldıqdan sonra Atlantik okeanına doğru üz tutan gəminin neçə gündən sonra Britaniya adalarına çatacağı məlum deyil, lakin dünya okeanlarında belə güclü bir gəminin olması böyük həyəcana səbəb olub.
Daha əvvəl məlum olmuşdu ki, "Admiral Qorşkov" freqatı Tunisin Bizerte limanına daxil olub.
Şimal Donanmasının mətbuat xidməti bu gün məlumat yayıb ki, "Admiral Qolovko" uzun məsafəli səyahət çərçivəsində La-Manş boğazına daxil olub.

“Bu gün Şimal Donanmasının “Admiral Qolovko” freqatı La-Manş boğazından keçməyə başlayıb və indi onun ən dar hissəsini – Pas de Kaleni keçib”, - məlumatda deyilir.

Mətbuat xidməti xatırladıb ki, “Admiral Qolovko” freqatının uzun məsafəli səyahəti noyabrın 2-də Şimal Donanmasının əsas bazası – Severomorskdan çıxdığı vaxt başlayıb.
Bu müddət ərzində dənizçilər Barents, Norveç və Şimal dənizlərinin sularında dəniz keçidi zamanı gəminin müxtəlif növ mühafizəsi və müdafiəsi üzrə təlimlər keçiriblər. Bazadan çıxdıqdan sonra gəmi artıq 1500 dəniz milindən çox qət edib.
Mətbuat xidməti bildirir ki, yaxın gələcəkdə ekipaj Atlantik okeanının təyin olunmuş ərazilərində tapşırıqları yerinə yetirməyə davam edəcək. Kampaniyanın əsas məqsədi bayrağı nümayiş etdirmək və uzaq okean zonasının əməliyyat baxımından mühüm ərazilərində dəniz mövcudluğunu təmin etməkdir.
“Admiral Qolovko” freqatı uzaq məsafəli dəniz və okean zonalarında problemlərin həlli üçün nəzərdə tutulmuş idarə olunan raket silahlarına malik müasir çoxməqsədli gəmidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0