Kiselyov Putinin Valdaydakı çıxışını dünyaya və şəxsən Trampa güclü müraciət adlandırıb
© Sputnik / Sergey Guneyev / Mediabanka keçidHelsinkidə Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp arasında görüş, arxiv
© Sputnik / Sergey Guneyev
/ Abunə olmaq
Rusiyanın dövlət başçısı “Valday” beynəlxalq diskussiya klubunun iclasında müasir dünya düzəninin problemlərindən danışıb.
BAKI, 9 noyabr - Sputnik. “Russia Today” media qrupunun baş direktoru Dmitri Kiselyov Rusiya prezidenti Vladimir Putinin “Valday” klubunun iclasındakı çıxışını dünyaya və bir çox cəhətdən şəxsən Donald Trampa güclü müraciət adlandırıb.
Rusiyanın dövlət başçısı cümə axşamı “Valday” beynəlxalq diskussiya klubunun iclasında çıxış edib.
Putinin açılış nitqi demək olar ki, bir saat davam edib və müasir dünya düzəninin problemlərinə həsr olunub.
Xüsusən də dövlət başçısı bildirib ki, formalaşmaqda olan çoxqütblü dünyada itirən ölkə və xalqlar olmamalıdır, heç kim özünü məzlum və alçaldılmış hiss etməməlidir.
© Sputnik / Владимир Трефилов / Mediabanka keçid“Russia Today” media qrupunun baş direktoru Dmitri Kiselyov, arxiv
“Russia Today” media qrupunun baş direktoru Dmitri Kiselyov, arxiv
© Sputnik / Владимир Трефилов
/ Daha sonra Putin ekspertlərin suallarını cavablandırıb. İclasda prezidentin müzakirə hissəsi də daxil olmaqla tam çıxışı 4 saat 8 dəqiqə davam edib.
“Bu, dünyaya güclü müraciət idi, lakin eyni zamanda, bir çox cəhətdən şəxsən Donald Trampı seçilməsi münasibətilə təbrik etmək, müasir dünyanın hara doğru inkişaf etdyini göztərmək idi. Seçki kampaniyası zamanı dəfələrlə “Sülh gücü ilə” şüarını atmış Tramp eşitməlidir ki, Amerikadan da güclü qüvvələr var – bu, obyektiv proseslərin gücüdür”, - Kiselyov RİA Novosti-yə bildirib.
O, əlavə edib ki, Putin bunu təfərrüatlı şəkildə qeyd edib və görüntü ilə gücləndirib ki, hətta ən təlim keçmiş üzgüçü də hansı fəndlərə və hətta dopinqə əl atsa belə, güclü axına qalib gələ bilməyəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.