https://sputnik.az/20241111/kreml-putinin-trampla-temaslara-hazir-oldugunu-beyan-edib--468612662.html
Kreml Putinlə Tramp arasında telefon danışığı barədə məlumatlara aydınlıq gətirdi
Kreml Putinlə Tramp arasında telefon danışığı barədə məlumatlara aydınlıq gətirdi
Sputnik Azərbaycan
Kremlin mətbuat katibi Dmitri Peskov Putinlə Trampın telefon danışığı ilə bağlı mediada yer alan məlumatların həqiqətə uyğun olmadığını söyləyib. 11.11.2024, Sputnik Azərbaycan
2024-11-11T14:44+0400
2024-11-11T14:44+0400
2024-11-11T14:23+0400
rusiya
donald tramp
abş prezidenti donald tramp
rusiya prezidenti vladimir putin
putin
kreml
peskov
vladimir putinin köməkçisi dmitri peskov
dmitri peskov
dmitry peskov
https://cdnn1.img.sputnik.az/img/41102/74/411027402_0:0:4784:2691_1920x0_80_0_0_aa4f68a57a92379ac85a529554f37d55.jpg
BAKI, 11 noyabr - Sputnik. Kreml Rusiya prezidenti Vladimir Putinlə ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp arasında noyabrın 7-də telefon danışığının olması haqqında məlumatı təkzib edib.Kremlin mətbuat katibi Dmitri Peskov Putinlə Trampın telefon danışığı ilə bağlı mediada yer alan məlumatların həqiqətə uyğun olmadığını söyləyib."“Vaşinqton Post“un bu yaxınlarda yazdığı Putinlə Tramp arasında söhbət baş tutmayıb, bu yalan məlumatdır", deyə Peskov vurğulayıb.O, Putinin Trampa zəng etməklə bağlı hələlik konkret planının olmadığını da bildirib.08.11.24, 15:55Kreml Putinin Trampla təmaslara hazır olduğunu bəyan edibRusiya Prezidenti Vladimir Putin ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampla təmaslara hazırdır.Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib. O, Putinin dünən Valday Disskusiya Klubunun plenar iclasında da Trampla təmaslara hazır olduğunu vurğuladığını söyləyib.Kremlin sözçüsü Putin-Tramp təması ilə bağlı konkret bir şey olmadığını qeyd edib: "Tramp tərəfindən Putinlə danışmaq üçün heç bir müraciət daxil olmayıb".Peskov Trampın qələbəsindən sonra Rusiyanın sülh müqaviləsi bağlamaq tələblərinin dəyişib-dəyişmədiyi sualına da cavabında deyib: "Prezident heç vaxt deməyib ki, xüsusi hərbi əməliyyatın məqsədləri dəyişir, əksinə əvvəlki məqsədlər qalır. Bunlar ölkəmizin və Rusiya xalqının təhlükəsizlik maraqlarına aiddir. Putin dəfələrlə bütün maraqlı tərəflərlə, münaqişənin həllinə töhfə verə biləcək hər kəslə dialoqa açıqlıqdan danışıb. Putinin Trampla Ukrayna nizamlanmasını müzakirə etməyə hazır olması xüsusi hərbi əməliyyatın məqsədlərinin dəyişməsi demək deyil".Qeyd edək ki, 6 noyabr 2024-cü ildə ABŞ-ın 45-ci prezidenti olmuş Respublikaçılar Partiyasının namizədi Donald Trampın yenidən prezident seçildiyi məlum olub. O, Ağ Evə 47-ci prezident kimi qayıdır. 78 yaşlı Tramp 2025-ci il yanvarın 20-də and içərək vəzifəsinin icrasına başlayacaq.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41102/74/411027402_266:0:4518:3189_1920x0_80_0_0_bba88f47ff27ea0c98d58790d3f09d78.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
donald tramp, abş prezidenti donald tramp, rusiya prezidenti vladimir putin, putin, kreml, peskov, vladimir putinin köməkçisi dmitri peskov, dmitri peskov, dmitry peskov
donald tramp, abş prezidenti donald tramp, rusiya prezidenti vladimir putin, putin, kreml, peskov, vladimir putinin köməkçisi dmitri peskov, dmitri peskov, dmitry peskov
Kreml Putinlə Tramp arasında telefon danışığı barədə məlumatlara aydınlıq gətirdi
Kremlin mətbuat katibi Dmitri Peskov Putinlə Trampın telefon danışığı ilə bağlı mediada yer alan məlumatların həqiqətə uyğun olmadığını söyləyib.
BAKI, 11 noyabr - Sputnik. Kreml Rusiya prezidenti Vladimir Putinlə ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp arasında noyabrın 7-də telefon danışığının olması haqqında məlumatı təkzib edib.
Kremlin mətbuat katibi Dmitri Peskov Putinlə Trampın telefon danışığı ilə bağlı mediada yer alan məlumatların həqiqətə uyğun olmadığını söyləyib.
"“Vaşinqton Post“un bu yaxınlarda yazdığı Putinlə Tramp arasında söhbət baş tutmayıb, bu yalan məlumatdır", deyə Peskov vurğulayıb.
O, Putinin Trampa zəng etməklə bağlı hələlik konkret planının olmadığını da bildirib.
Kreml Putinin Trampla təmaslara hazır olduğunu bəyan edib
Rusiya Prezidenti Vladimir Putin ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampla təmaslara hazırdır.
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib. O, Putinin dünən Valday Disskusiya Klubunun plenar iclasında da Trampla təmaslara hazır olduğunu vurğuladığını söyləyib.
Kremlin sözçüsü Putin-Tramp təması ilə bağlı konkret bir şey olmadığını qeyd edib:
"Tramp tərəfindən Putinlə danışmaq üçün heç bir müraciət daxil olmayıb".
Peskov Trampın qələbəsindən sonra Rusiyanın sülh müqaviləsi bağlamaq tələblərinin dəyişib-dəyişmədiyi sualına da cavabında deyib:
"Prezident heç vaxt deməyib ki, xüsusi hərbi əməliyyatın məqsədləri dəyişir, əksinə əvvəlki məqsədlər qalır. Bunlar ölkəmizin və Rusiya xalqının təhlükəsizlik maraqlarına aiddir. Putin dəfələrlə bütün maraqlı tərəflərlə, münaqişənin həllinə töhfə verə biləcək hər kəslə dialoqa açıqlıqdan danışıb. Putinin Trampla Ukrayna nizamlanmasını müzakirə etməyə hazır olması xüsusi hərbi əməliyyatın məqsədlərinin dəyişməsi demək deyil".
Qeyd edək ki, 6 noyabr 2024-cü ildə ABŞ-ın 45-ci prezidenti olmuş Respublikaçılar Partiyasının namizədi Donald Trampın yenidən prezident seçildiyi məlum olub. O, Ağ Evə 47-ci prezident kimi qayıdır. 78 yaşlı Tramp 2025-ci il yanvarın 20-də and içərək vəzifəsinin icrasına başlayacaq.