https://sputnik.az/20241108/bakida-mohtesem-zefer-yurusu-kecirilir-468597144.html
Azərbaycanın şəhərlərində möhtəşəm zəfər günü yürüşü keçirir
Azərbaycanın şəhərlərində möhtəşəm zəfər günü yürüşü keçirir
Sputnik Azərbaycan
Yürüş iştirakçıları əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediblər. 08.11.2024, Sputnik Azərbaycan
2024-11-08T10:24+0400
2024-11-08T10:24+0400
2024-11-08T13:42+0400
paytaxt xəbərləri
zəfər günü
prezident ilham əliyev
"ilham əliyev bizi cocuq mərcanlıya qaytardı"
ermənistan
azərbaycan və ermənistan arasında müharibə
https://cdnn1.img.sputnik.az/img/07e8/0b/08/468601550_0:156:3000:1844_1920x0_80_0_0_90f540c2f87d799f8b9cba55e54071a3.jpg
BAKI, 8 niyabr - Sputnik. 8 Noyabr - Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə Bakıda hərbçilərin Zəfər yürüşü keçirilir.Yürüş iştirakçıları əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediblər.Sonra hərbi orkestrlər Azərbaycanın Dövlət Himnini səsləndirib.Daha sonra hərbçilərin yürüşü başlayıb. Yürüşün istiqamətləri aşağıdakı kimidir:Heydər Əliyev sarayı - Nizami kino Mərkəzi - Neftçilər Prospekti - Azadlıq meydanı - Amay,Şəhidlər Xiyabanı - Alov Qüllələri - İçərişəhər metrosu - Qala Qapısı - Kukla teatrı - Azneft dairəsi - Bəhram Gur heykəli,Musabəyov parkı - Əbdürrəhim bəy Haqverdiyev küçəsi - Hüseyn Cavid prospekti - Parlament prospekti - Şəhidlər xiyabanı,Olimpik Star - Səməd Vurğun küçəsi - Zabitlər parkı - Sirk - Heydər Əliyev Sarayı - Nəsimi heykəli - Neftçilər prospekti,Nərimanov heykəli - Mərkəzi Park - Milli Dram Teatrı - Qış Parkı - Heydər Əliyev Sarayı - Mərkəzi Bankı - "28 MALL".Gəncədə hərbçilərin yürüşü keçirilirGəncədə də 8 Noyabr - Zəfər Gününə həsr olunmuş yürüş keçirilir.Tədbir Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi və Quru Qoşunların Komandanlığının təşkilatçılığı ilə baş tutur.Hərbi orkestrin müşayiəti ilə keçirilən yürüş şəhərin Nizami Gəncəvi prospektindən başlamaqla Heydər Əliyev və Atatürk prpospektləri ilə davam edəcək.Xankəndidə Zəfər Günü qeyd edilibXankəndi şəhərində də Zəfər Günü qeyd olunub.Zəfər Günü münasibətilə şəhərdə hərbi yürüş təşkil edilib.Bayram tədbirinə şəhər sakinləri də qatılıb.Hərbi orkestrin müşayiəti ilə davam edən hərbi yürüş Zəfər meydanında başa çatıb.Xatırladaq ki, Zəfər Günü Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı sərəncamla təsis edilib.Ermənistanın təxribatına və növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Ordusu torpaqların işğaldan qurtarılması, Ermənistanın sülhə məcbur edilməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinin yerinə yetirilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və ədalətin bərpası üçün 2020-ci il sentyabrın 27-də Vətən müharibəsinə başladı. Bu müqəddəs amal uğrunda bütün Azərbaycan xalqı səfərbər və həmrəy oldu. 44 gün davam edən döyüşlər zamanı Rəşadətli Azərbaycan Ordusu 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad edib.Qeyd edək ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda təqribən 30 min insan məskunlaşıb. Belə ki, hazırda bu bölgədə aparılan bərpa-quruculuq işləri ilə bağlı müxtəlif infrastruktur layihələrinin həyata keçirilməsinə minlərlə işçi qüvvəsi cəlb olunub. Bundan başqa, işğaldan azad olunmuş rayonlarda fəaliyyət göstərən məktəblərdə və Xankəndi şəhərindəki Qarabağ Universitetində minlərlə insan çalışır və ya təhsil alır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0b/08/468601550_167:0:2834:2000_1920x0_80_0_0_c39d39c6447015f0b9e1c17f8e52cd83.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
zəfər günü, prezident ilham əliyev, "ilham əliyev bizi cocuq mərcanlıya qaytardı", ermənistan, azərbaycan və ermənistan arasında müharibə
zəfər günü, prezident ilham əliyev, "ilham əliyev bizi cocuq mərcanlıya qaytardı", ermənistan, azərbaycan və ermənistan arasında müharibə
Azərbaycanın şəhərlərində möhtəşəm zəfər günü yürüşü keçirir
10:24 08.11.2024 (Yenilənib: 13:42 08.11.2024) Yürüş iştirakçıları əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediblər.
BAKI, 8 niyabr - Sputnik. 8 Noyabr - Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə Bakıda hərbçilərin Zəfər yürüşü keçirilir.
Yürüş iştirakçıları əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediblər.
Sonra hərbi orkestrlər Azərbaycanın Dövlət Himnini səsləndirib.
Daha sonra hərbçilərin yürüşü başlayıb. Yürüşün istiqamətləri aşağıdakı kimidir:
Heydər Əliyev sarayı - Nizami kino Mərkəzi - Neftçilər Prospekti - Azadlıq meydanı - Amay,
Şəhidlər Xiyabanı - Alov Qüllələri - İçərişəhər metrosu - Qala Qapısı - Kukla teatrı - Azneft dairəsi - Bəhram Gur heykəli,
Musabəyov parkı - Əbdürrəhim bəy Haqverdiyev küçəsi - Hüseyn Cavid prospekti - Parlament prospekti - Şəhidlər xiyabanı,
Olimpik Star - Səməd Vurğun küçəsi - Zabitlər parkı - Sirk - Heydər Əliyev Sarayı - Nəsimi heykəli - Neftçilər prospekti,
Nərimanov heykəli - Mərkəzi Park - Milli Dram Teatrı - Qış Parkı - Heydər Əliyev Sarayı - Mərkəzi Bankı - "28 MALL".
Gəncədə hərbçilərin yürüşü keçirilir
Gəncədə də 8 Noyabr - Zəfər Gününə həsr olunmuş yürüş keçirilir.
Tədbir Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi və Quru Qoşunların Komandanlığının təşkilatçılığı ilə baş tutur.
Hərbi orkestrin müşayiəti ilə keçirilən yürüş şəhərin Nizami Gəncəvi prospektindən başlamaqla Heydər Əliyev və Atatürk prpospektləri ilə davam edəcək.
Xankəndidə Zəfər Günü qeyd edilib
Xankəndi şəhərində də Zəfər Günü qeyd olunub.
Zəfər Günü münasibətilə şəhərdə hərbi yürüş təşkil edilib.
Bayram tədbirinə şəhər sakinləri də qatılıb.
Hərbi orkestrin müşayiəti ilə davam edən hərbi yürüş Zəfər meydanında başa çatıb.
Xatırladaq ki, Zəfər Günü Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı sərəncamla təsis edilib.
Ermənistanın təxribatına və növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Ordusu torpaqların işğaldan qurtarılması, Ermənistanın sülhə məcbur edilməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinin yerinə yetirilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və ədalətin bərpası üçün 2020-ci il sentyabrın 27-də Vətən müharibəsinə başladı. Bu müqəddəs amal uğrunda bütün Azərbaycan xalqı səfərbər və həmrəy oldu. 44 gün davam edən döyüşlər zamanı Rəşadətli Azərbaycan Ordusu 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad edib.
Qeyd edək ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda təqribən 30 min insan məskunlaşıb. Belə ki, hazırda bu bölgədə aparılan bərpa-quruculuq işləri ilə bağlı müxtəlif infrastruktur layihələrinin həyata keçirilməsinə minlərlə işçi qüvvəsi cəlb olunub. Bundan başqa, işğaldan azad olunmuş rayonlarda fəaliyyət göstərən məktəblərdə və Xankəndi şəhərindəki Qarabağ Universitetində minlərlə insan çalışır və ya təhsil alır.