Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Qərbin konkret ideyaları varsa, Rusiya onları dinləməyə hazırdır - Lavrov

© Sputnik / Алексей Филиппов / Mediabanka keçidRusiyanın xarici işlər naziri Sergey Lavrov
Rusiyanın xarici işlər naziri Sergey Lavrov  - Sputnik Azərbaycan, 1920, 07.11.2024
Abunə olmaq
Lavrov bildirib ki, ABŞ-ın yeni Respublikaçı administrasiyası Rusiyaya yeni səfir təyin etmək istəsə, Moskva maneələr yaratmayacaq.
BAKI, 7 noyabr — Sputnik. Rusiya heç vaxt ABŞ-la təmaslardan imtina etməyib, bir-birindən təcrid olmaqdansa, danışmaq daha yaxşıdır. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Vaşinqtonda gələcək administrasiyanın nümayəndələri ilə təmasların perspektivləri barədə suala cavab verərkən deyib.
"Biz heç vaxt heç kimlə təmaslardan imtina etməmişik. Prezident Putin hər dəfə bu mövzu gündəmə gələndə öz mövqeyimizi açıqlayır", - Lavrov deyib.
Sergey Lavrov bildirib ki, əgər Qərbin Ukrayna ilə bağlı konkret ideyaları varsa, Rusiya onları dinləməyə hazır olacaq.
Lavrov bildirib ki, ABŞ-ın yeni Respublikaçı administrasiyası Rusiyaya yeni səfir təyin etmək istəsə, Moskva maneələr yaratmayacaq.
2016-cı il seçkilərindən sonra artıq ABŞ prezidenti vəzifəsini icra edən Donald Tramp noyabrın 5-də keçirilən prezident seçkilərində qalib gəlib. O, 19-cu əsrdən bəri dörd illik fasilədən sonra Ağ Evə qayıdan ilk ABŞ siyasətçisi olub. Trampın qələbəsi səsləri sayan bütün aparıcı media orqanları tərəfindən elan edilib: Associated Press, Fox News, CNN, NBC, ABC və CBS.
Demokrat namizəd Kamala Harris tərəfdarları qarşısında çıxış edərək məğlubiyyətini etiraf edəcəyini bildirib, ABŞ-ın hazırkı prezidenti Co Bayden isə Trampla danışıb və onu təbrik edib.
ABŞ Seçicilər Kollegiyası dekabrın 17-də seçicilərin iradəsinə uyğun olaraq namizədlərə səs verməlidir, yanvarın 6-da isə yeni Konqres səsvermənin nəticələrini təsdiq edəcək. İnauqurasiya yanvarın 20-də baş tutacaq.
Xəbər lenti
0