Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bakıda ilk dəfə yeni nəsil piyada svetoforları quraşdırılıb-Video

© Sputnik / Murad OrujovBakıda işıqfor, arxiv
Bakıda işıqfor, arxiv - Sputnik Azərbaycan, 1920, 07.11.2024
Abunə olmaq
Bu cür svetoforların digər küçə və prospektlərdə də quraşdırılması nəzərdə tutulub.
BAKI, 7 noyabr — Sputnik. Piyadaların təhlükəsizliyini artırmaq üçün Bakıda ilk dəfə yeni nəsil piyada svetoforları quraşdırılıb. Sputnik Azərbaycan-a bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Xəbərdə bildirilib ki, Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən Azadlıq prospekti ilə Füzuli və Şəmsi Bədəlbəyli küçələrinin kəsişməsində, metronun "28 May" stansiyasının yaxınlığında ümumilikdə 12 ədəd belə svetoforlar işə salınıb. Bu svetoforların piyada bölməsinin alt hissəsinə quraşdırılan LED işıqlar nizamlayıcının qırmızı işığı yandığı zaman axşam saatlarında dirəyin aşağı hissəsini piyadaların diqqətini cəlb edəcək səviyyədə eynirəngli işıqla işıqlandırır.
Nəticədə piyada zolağına yaxınlaşan piyadalar keçiddən istifadədə daha diqqətli olurlar. Bu cür svetoforların digər küçə və prospektlərdə də quraşdırılması nəzərdə tutulub. Ümumilikdə Azadlıq prospekti ilə Füzuli və Şəmsi Bədəlbəyli küçələrinin kəsişməsində yeni kabel-kommunikasiya xətləri çəkilməklə 13 ədəd avtomobil, 3 ədəd velosiped svetoforları quraşdırılıb.
Xəbər lenti
0