https://sputnik.az/20241106/rudenko-simali-koreya-xn-rehberi-ile-nelerin-muzakire-edildiyini-aciqladi-468521132.html
Rudenko Şimali Koreya XİN rəhbəri ilə nələrin müzakirə edildiyini açıqladı
Rudenko Şimali Koreya XİN rəhbəri ilə nələrin müzakirə edildiyini açıqladı
Sputnik Azərbaycan
Rusiya XİN rəhbərinin müavini KXDR Xarici İşlər Nazirliyinin rəhbəri ilə Rusiyada aparılan danışıqların strateji məsləhətləşmələr olduğunu qeyd edib. 06.11.2024, Sputnik Azərbaycan
2024-11-06T00:12+0400
2024-11-06T00:12+0400
2024-11-06T00:12+0400
şimali koreya
rusiya
xarici işlər naziri
kxdr
kxdr
müzakirə
nazir müavini
https://cdnn1.img.sputnik.az/img/07e8/0b/05/468520962_0:0:2885:1623_1920x0_80_0_0_f1ff82da83ba3c792c8ec703cb2095a9.jpg
BAKI, 6 noyabr — Sputnik. Şimali Koreyanın xarici işlər naziri Tsoy Son Xinin Rusiyaya səfəri zamanı qarşılıqlı maraq doğuran bütün məsələlər müzakirə olunub. Bunu Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Andrey Rudenko jurnalistlərə bildirib. "Biz qarşılıqlı maraq doğuran bütün məsələləri müzakirə etdik", - Rudenko Rusiya Federasiyası ilə KXDR arasında qarşılıqlı hərbi yardımın göstərilməsini nəzərdə tutan hərtərəfli strateji tərəfdaşlıq haqqında müqavilənin 4-cü maddəsinin icrasının müzakirə edilib-edilməməsi ilə bağlı suala cavabında deyb. O, KXDR Xarici İşlər Nazirliyinin rəhbəri ilə Rusiyada aparılan danışıqların strateji məsləhətləşmələr olduğunu qeyd edib. "Stratejidir, çünki qeyd olunan sazişdən irəli gələn bütün məsələlər müzakirə olunub. Bu cür suallar çoxdur, çünki saziş bizim ikitərəfli münasibətlərimizin müxtəlif aspektlərini, ticarət-iqtisadi əlaqələrdən tutmuş təhlükəsizlik münasibətlərinə qədər əhatə edir, Ona görə də təbii ki, belə bir danışıqlar lazımdır, çünki bu, cari ilin iyununda bu sazişin imzalanmasından sonra bizim nazirimizlə KXDR naziri arasında ilk belə görüşdür", - Rudenko bildirib.
kxdr
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0b/05/468520962_0:0:2729:2047_1920x0_80_0_0_f17a6e8a6aabb4856b1ba59c2c8df495.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
şimali koreya, xarici işlər naziri, kxdr, kxdr, müzakirə, nazir müavini
şimali koreya, xarici işlər naziri, kxdr, kxdr, müzakirə, nazir müavini
Rudenko Şimali Koreya XİN rəhbəri ilə nələrin müzakirə edildiyini açıqladı
Rusiya XİN rəhbərinin müavini KXDR Xarici İşlər Nazirliyinin rəhbəri ilə Rusiyada aparılan danışıqların strateji məsləhətləşmələr olduğunu qeyd edib.
BAKI, 6 noyabr — Sputnik. Şimali Koreyanın xarici işlər naziri Tsoy Son Xinin Rusiyaya səfəri zamanı qarşılıqlı maraq doğuran bütün məsələlər müzakirə olunub. Bunu Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Andrey Rudenko jurnalistlərə bildirib.
"Biz qarşılıqlı maraq doğuran bütün məsələləri müzakirə etdik", - Rudenko Rusiya Federasiyası ilə KXDR arasında qarşılıqlı hərbi yardımın göstərilməsini nəzərdə tutan hərtərəfli strateji tərəfdaşlıq haqqında müqavilənin 4-cü maddəsinin icrasının müzakirə edilib-edilməməsi ilə bağlı suala cavabında deyb.
O, KXDR Xarici İşlər Nazirliyinin rəhbəri ilə Rusiyada aparılan danışıqların strateji məsləhətləşmələr olduğunu qeyd edib.
"Stratejidir, çünki qeyd olunan sazişdən irəli gələn bütün məsələlər müzakirə olunub. Bu cür suallar çoxdur, çünki saziş bizim ikitərəfli münasibətlərimizin müxtəlif aspektlərini, ticarət-iqtisadi əlaqələrdən tutmuş təhlükəsizlik münasibətlərinə qədər əhatə edir, Ona görə də təbii ki, belə bir danışıqlar lazımdır, çünki bu, cari ilin iyununda bu sazişin imzalanmasından sonra bizim nazirimizlə KXDR naziri arasında ilk belə görüşdür", - Rudenko bildirib.