Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

RF-in ABŞ-dakı səfirliyi seçkilərə müdaxilə iddiaları ilə bağlı: saxta və çirkin böhtan

© AP Photo / J. Scott ApplewhiteABŞ-da Rusiya səfiriliyi, arxiv
ABŞ-da Rusiya səfiriliyi, arxiv - Sputnik Azərbaycan, 1920, 06.11.2024
Abunə olmaq
Səfirlik qeyd edib ki, hər seçkidən əvvəl ABŞ hakimiyyəti və mediası artıq xoşagəlməz ənənəyə çevrilmiş "Rusiyanın dezinformasiyası və müdaxiləsi" ilə bağlı isterikaya düşür.
BAKI, 6 noyabr — Sputnik. Rusiyanın ABŞ-dakı səfirliyi ABŞ prezident seçkilərinə müdaxilə ittihamlarını çirkin böhtan və növbəti boşboğazlıq adlandırıb. Bu barədə səfirliyin bəyanatında deyilib.
""Rusiya intriqaları" ilə bağlı bütün eyhamlar ABŞ-ın daxili siyasi mübarizəsində istifadə olunmaq üçün pis bir iftiradır", - bəyanatda deyilib.
Diplomatlar qeyd ediblər ki, ABŞ kəşfiyyat orqanları Rusiyanı ABŞ-da seçki pozuntuları ilə bağlı uydurma videolar yaymaqda ittiham ediblər.

"Biz bu iddiaları növbəti boşboğazlıq kimi qiymətləndiririk. Səfirlik ABŞ rəsmiləri ilə təmasda heç bir sübut materialı, hətta mətbuatda təbliğ olunan süjetlə bağlı müraciətlər almayıb", - bəyanatda bildirilib.

Səfirlik qeyd edib ki, hər seçkidən əvvəl ABŞ hakimiyyəti və mediası artıq xoşagəlməz ənənəyə çevrilmiş "Rusiyanın dezinformasiyası və müdaxiləsi" ilə bağlı isterikaya düşür.
Bundan əvvəl ABŞ kəşfiyyat ictimaiyyəti FTB, Milli Kəşfiyyat İdarəsi və Kibertəhlükəsizlik və İnfrastrukturun Mühafizəsi Agentliyinin birgə bəyanatında bildirib ki, Rusiya ilə əlaqəsi olduğu iddia edilən şəxslər Corciya ştatında seçicilərin saxtakarlığı ilə bağlı sosial şəbəkələrdə yayılan videonu uydurublar. Bu bəyanatı şərh edən Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ-ın yenidən "şarmankasını işə saldığını", Rusiyanın, hazırda da digər ölkələrin guya onların seçkilərinə müdaxilə etdiyi barədə uydurmalar yaydığını bildirib.
Rusiya ABŞ-dakı seçkilərə müdaxilə ilə bağlı ittihamları dəfələrlə rədd edib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu cür iddiaları "tamamilə əsassız" adlandırıb. Rusiyanın xarici işlər naziri Sergey Lavrov vurğulayıb ki, Rusiyanın heç bir xarici ölkədə seçkilərə guya müdaxiləsi ilə bağlı bəyanatları təsdiqləyən heç bir fakt yoxdur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0