https://sputnik.az/20241106/onlar-tezyiqlere-baxmayaraq-rusiya-ile-six-elaqe-saxlayir---lavrov-468555783.html
Onlar təzyiqlərə baxmayaraq, Rusiya ilə sıx əlaqə saxlayır - Lavrov
Onlar təzyiqlərə baxmayaraq, Rusiya ilə sıx əlaqə saxlayır - Lavrov
Sputnik Azərbaycan
Rusiya daha dayanıqlı və çoxqütblü dünya nizamının formalaşdırılması üzrə beynəlxalq səylərin ön sıralarındadır və bu, bütövlükdə BMT Nizamnaməsinin... 06.11.2024, Sputnik Azərbaycan
2024-11-06T16:40+0400
2024-11-06T16:40+0400
2024-11-06T16:40+0400
rusiya xin rəhbəri sergey lavrov
rusiya
forum
ukrayna
krım
moskva
https://cdnn1.img.sputnik.az/img/07e8/06/0a/465274352_0:13:3071:1740_1920x0_80_0_0_b3c997ea2a92fa277027c4dee6b3732e.jpg
BAKI, 6 noyabr — Sputnik. Qlobal Cənub və Şərq dövlətləri Krımın Rusiyaya birləşdirilməsinə anlayışla yanaşdılar və Qərbin təzyiqlərinə baxmayaraq, Rusiya Federasiyası ilə sıx əməkdaşlığı davam etdirirlər, Rusiya bunu yüksək qiymətləndirir. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib. Moskvanın "Prezident" mehmanxanasında Yalta Beynəlxalq Forumu (YBF) keçirilir. Bu forumda 40-dan çox ölkənin - Krımın Dostlarının Beynəlxalq Assosiasiyasına üzv olan ölkələrin nümayəndələri, eləcə də bu ölkələrin gəncləri iştirak edir. O, həmçinin vurğulayıb ki, Rusiya daha dayanıqlı və çoxqütblü dünya nizamının formalaşdırılması üzrə beynəlxalq səylərin ön sıralarındadır və bu, bütövlükdə BMT Nizamnaməsinin prinsiplərinə əsaslanır. Krım 2014-cü ilin martında Ukraynada dövlət çevrilişindən sonra keçirilən referendumun nəticələrinə görə Rusiyanın bölgəsinə çevrilib. Referendumda Krımda seçicilərin 96,77%-i, Sevastopolda isə 95,6%-i Rusiyanın tərkibinə daxil olmağın tərəfdarı olub.Ukrayna hələ də Krımı özünün müvəqqəti işğal olunmuş ərazisi hesab edir və Qərb ölkələri bu məsələdə Kiyevi dəstəkləyir. Rusiya Federasiyasının rəhbərliyi dəfələrlə bəyan edib ki, Krım sakinləri beynəlxalq hüquqa və BMT Nizamnaməsinə tam uyğun olaraq, demokratik yollarla Rusiyaya birləşməyə səs veriblər. Rusiya prezidenti Vladimir Putinin sözlərinə görə, Krım məsələsi birdəfəlik bağlanıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/06/0a/465274352_296:0:3027:2048_1920x0_80_0_0_bc702af5d073dcb1412fc8f4d9c1cff8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya xin rəhbəri sergey lavrov, forum, ukrayna, krım, moskva
rusiya xin rəhbəri sergey lavrov, forum, ukrayna, krım, moskva
Onlar təzyiqlərə baxmayaraq, Rusiya ilə sıx əlaqə saxlayır - Lavrov
Rusiya daha dayanıqlı və çoxqütblü dünya nizamının formalaşdırılması üzrə beynəlxalq səylərin ön sıralarındadır və bu, bütövlükdə BMT Nizamnaməsinin prinsiplərinə əsaslanır.
BAKI, 6 noyabr — Sputnik. Qlobal Cənub və Şərq dövlətləri Krımın Rusiyaya birləşdirilməsinə anlayışla yanaşdılar və Qərbin təzyiqlərinə baxmayaraq, Rusiya Federasiyası ilə sıx əməkdaşlığı davam etdirirlər, Rusiya bunu yüksək qiymətləndirir. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
Moskvanın "Prezident" mehmanxanasında Yalta Beynəlxalq Forumu (YBF) keçirilir. Bu forumda 40-dan çox ölkənin - Krımın Dostlarının Beynəlxalq Assosiasiyasına üzv olan ölkələrin nümayəndələri, eləcə də bu ölkələrin gəncləri iştirak edir.
O, həmçinin vurğulayıb ki, Rusiya daha dayanıqlı və çoxqütblü dünya nizamının formalaşdırılması üzrə beynəlxalq səylərin ön sıralarındadır və bu, bütövlükdə BMT Nizamnaməsinin prinsiplərinə əsaslanır.
"Qeyd etməkdən məmnunam ki, gələcək qlobal arxitekturaya dair bu baxış dünyanın əksər ölkələrindən olan çoxlu həmfikirlərimiz tərəfindən bölüşülür", - nazir əlavə edib.
Krım 2014-cü ilin martında Ukraynada dövlət çevrilişindən sonra keçirilən referendumun nəticələrinə görə Rusiyanın bölgəsinə çevrilib. Referendumda Krımda seçicilərin 96,77%-i, Sevastopolda isə 95,6%-i Rusiyanın tərkibinə daxil olmağın tərəfdarı olub.
Ukrayna hələ də Krımı özünün müvəqqəti işğal olunmuş ərazisi hesab edir və Qərb ölkələri bu məsələdə Kiyevi dəstəkləyir. Rusiya Federasiyasının rəhbərliyi dəfələrlə bəyan edib ki, Krım sakinləri beynəlxalq hüquqa və BMT Nizamnaməsinə tam uyğun olaraq, demokratik yollarla Rusiyaya birləşməyə səs veriblər. Rusiya prezidenti Vladimir Putinin sözlərinə görə, Krım məsələsi birdəfəlik bağlanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.