Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

İrəvan və Bakını tələsik sülh müqaviləsi bağlamağa sövq etmirik - Lavrov

© Sputnik / Григорий Сысоев / Mediabanka keçidМинистр иностранных дел РФ Сергей Лавров
Министр иностранных дел РФ Сергей Лавров - Sputnik Azərbaycan, 1920, 05.11.2024
Abunə olmaq
Lavrovun sözlərinə görə, Rusiya tərəfi əmindir ki, Bakı və İrəvanın mövqeləri, eləcə də reallıqlar hərtərəfli nəzərə alınmadan tələsik sülhün əldə olunması, yaxşı heç nəyə gətirib çıxarmayacaq.
BAKI, 5 noyabr — Sputnik. Rusiya İrəvan və Bakını tələsik sülh müqaviləsi bağlamağa sövq etmir. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov RİA Novosti-yə bildirib.
"Biz Azərbaycan-Ermənistan sülh prosesi çərçivəsində əldə olunan mühüm irəliləyişi alqışlayırıq. Hər iki tərəfdə uzun illər davam edən düşmənçilik və qurbanları nəzərə alaraq, normallaşmada irəliləyiş əldə etməyin Bakı və İrəvan üçün nə qədər çətin olduğunu başa düşürük", - rusiyalı nazir bildirib.
"Bütün bunlar qarşılıqlı məqbul həll yollarının tapılmasında tərəflərdən nəinki əhəmiyyətli səylər, həm də vaxt tələb edir. Buna görə də Qərb psevdovasitəçilərindən fərqli olaraq, biz tərəfdaşlarımızı tələsik sülh müqaviləsi bağlamağa məcbur etmirik", - o qeyd edib.
Lavrovun sözlərinə görə, Rusiya tərəfi əmindir ki, Bakı və İrəvanın mövqeləri, eləcə də reallıqlar hərtərəfli nəzərə alınmadan tələsik sülhün əldə olunması, yaxşı heç nəyə gətirib çıxarmayacaq, gərginlik və münaqişənin potensial eskalasiyası ilə bağlı əlavə risklər yaradacaq.
Rusiya XİN rəhbəri qeyd edib ki, Rusiya Cənubi Qafqazda davamlı sülh və sabitliyin olmasında maraqlıdır.
Onun sözlərinə görə, ABŞ və Aİ-nin Rusiyanı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesindən sıxışdırıb çıxarmaq istəyi regionda təhlükəsizlik təhdidlərini artırır.
"Biz hesab edirik ki, Vaşinqton və Brüsselin Rusiyanı prosesdən sıxışdırmaq istəyi istisna olmaqla, regional paradiqmada, dostlar dairəsində – Cənubi Qafqaz ölkələri və ona bitişik tərəfdaş dövlətlər arasında möhkəmlənmək vacibdir. Vaşinqton və Brüsselin Rusiyanı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesindən sıxışdırıb çıxarmaq istəyi regionda təhlükəsizlik təhdidlərini daha da artırır", - deyə Lavrov bildirib.
O əlavə edib ki, Rusiya, əvvəlki kimi, Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 2020-2022-ci illər üçün üçtərəfli sazişlər əsasında Bakı və İrəvan arasında danışıqların uğurla başa çatması üçün tələb olunan formada və həcmdə tərəfdaş yardımı göstərməyə hazırdır.
2022-ci ildə İrəvan və Bakı Rusiya, ABŞ və Aİ-nin vasitəçiliyi ilə gələcək sülh müqaviləsini müzakirə etməyə başlayıblar. 2023-cü il may ayının sonunda Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, İrəvan Azərbaycanın Sovet sərhədləri daxilində, yəni Qarabağla birlikdə suverenliyini tanımağa hazırdır.
Xəbər lenti
0