Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Zaxarova Rusiya XİN-də Avropa Problemləri Departamentinin yaranma səbəblərini açıqlayıb

© Sputnik / Екатерина Чеснокова / Mediabanka keçidRusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova, arxiv
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova, arxiv - Sputnik Azərbaycan, 1920, 04.11.2024
Abunə olmaq
Bu, dəyişən geosiyasi reallıqlarla, eləcə də Rusiya XİN-in fəaliyyətinin onlara uyğunlaşdırılması zərurəti ilə bağlıdır.
BAKI, 4 noyabr — Sputnik. Diplomat Mariya Zaxarova Rusiya Xarici İşlər Nazirliyinin Ümumavropa Əməkdaşlıq Departamentinin adının dəyişdirilərək Avropa Problemləri Departamenti adlandırıldığını bildirib.
"TASS" agentliyi bu barədə yazıb.
Mariya Zaxarovanın sözlərinə görə, bu, dəyişən geosiyasi reallıqlarla, eləcə də Rusiya XİN-in fəaliyyətinin onlara uyğunlaşdırılması zərurəti ilə bağlıdır.
Səbəb - Avropada çoxtərəfli əməkdaşlıq strukturlarının açıq-aşkar deqradasiyasıdır", - diplomat bildirib.
Daha əvvəl Mariya Zaxarova Çexiya prezidentinin 60 vətəndaşa Ukrayna Silahlı Qüvvələri sıralarına qoşulmaq icazəsini qiymətləndirib. Onun sözlərinə görə, Peter Pavel bununla sübut edib ki, onun həmvətənlərinə ehtiyacı yoxdur.
Bundan əlavə, Mariya Zaxarova Ukraynanın 935 hərbi əsirdən yalnız 279-nu geri götürdüyünü bildirib. O, əlavə edib ki, Kiyev Rusiya ilə hərbi əsirlərin dəyişdirilməsi prosesini sabotaj edir.
Xəbər lenti
0