Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyanın ən böyük alüminium tara istehsalçısı 0,5 litrlik formatdan imtina edib

© Sputnik / Maksim Bogodvid / Mediabanka keçidAlüminium bankalar, arxiv
Alüminium bankalar, arxiv - Sputnik Azərbaycan, 1920, 03.11.2024
Abunə olmaq
Rusiyada müştərilərin istəklərindən sonra istehsal xətləri tədricən 0,45 litrlik formata keçib.
BAKI, 3 noyabr — Sputnik. Rusiya Federasiyasının ən böyük alüminium qab istehsalçısı olan "Arnest qablaşdırma həlləri" tələbatın azalması üzündən 0,5 litrlik bankaların istehsalını dayandırıb və istehsal xətlərini 0,45 litrlik formata keçirib.
Bunu şirkətin mətbuat xidmətindən "RİA Novosti"yə bildiriblər.

"0,45 litrlik bankaya tələbat uzun müddətdir ki, durmadan artır. Böyük içki istehsalçılarının ona keçidi hələ 2016-cı ildə başlayıb. Eyni zamanda, qida sənayesinin nümayəndələri tərəfindən 0,5 litr həcmində bankaya olan tələbat hər il ikimərtəbəli dəyərlərə düşürdü. 2024-cü ildə o, minimum səviyyələrə düşüb və məhsul bazar həcminin 1%-ni təşkil edib", – şirkətdən bildiriblər.

O da əlavə edilib ki, müştərilərin istəklərindən sonra şirkət "istehsal xətlərini, tədricən 0,45 litrlik formata çevirib".
© Sputnik / Максим Богодвид / Mediabanka keçidPivə bankaları, arxiv
Пивоваренный завод Белый кремль в Татарстане - Sputnik Azərbaycan, 1920, 03.11.2024
Pivə bankaları, arxiv
"Arnest qablaşdırma həlləri" şirkəti Rusiya Federasiyasında içkilər üçün alüminium qablaşdırmanın aparıcı istehsalçısıdır. Şirkət alüminium qutuların istehsalı üzrə 4 fabrik və Rusiyada alüminium qapaqlar istehsalı üzrə yeganə zavoda malikdir.
2022-ci ilin payızından şirkət ABŞ-ın alüminium içki qabları istehsalçısı "Ball Corporation"ın Rusiyadakı aktivlərini, habelə Niderlandın "Heineken" pivə konserninin Rusiya Federasiyasındakı aktivlərini əldə edən Rusiyanın "Arnest" şirkətlər qrupunun bir hissəsidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0