Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

ABŞ Rusiyaya qarşı proksi deyil, əsl müharibə aparır - Medvedev

© Sputnik / Екатерина Штукина / Mediabanka keçidRusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev - Sputnik Azərbaycan, 1920, 03.11.2024
Abunə olmaq
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini bildirib ki, ABŞ Rusiyaya qarşı müharibə apardığını mahiyyətcə etiraf edib.
BAKI, 3 noyabr - Sputnik. ABŞ proksi yox, Rusiya Federasiyasına qarşı əsl müharibə aparır. Belə bir bəyanatla Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev çıxış edib.
"Bu, artıq proksi deyil, bu sadəcə müharibədir. Bu, əsl müharibədir", - Medvedev RT-yə müsahibəsində bildirib.
D.Medvedev qeyd edib ki, Rusiyanın hazırkı opponentləri Ukraynaya istənilən silahı tədarük etmək, ora hərbi əməliyyatların aparılması ilə bağlı məsləhətlər verəcək müşavirlər göndərmək, həmçinin Qərb mütəxəssislərinin raket zərbələri endirəcəyi Rusiya obyektlərinin koordinatlarını vermək hüququna malik olduqlarını iddia edirlər.

“Yəni mahiyyət etibarı ilə bu, Rusiyaya qarşı müharibənin aparıldığının etirafıdır”, - Medvedev vurğulayıb.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0