Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyanın bloklanmış aktivlərinin qaytarılması istiqamətində işlər aparılır

© Sputnik / Пресс-служба Госдумы РФ / Mediabanka keçidRusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina
Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina - Sputnik Azərbaycan, 1920, 02.11.2024
Abunə olmaq
Rusiya Federasiyası Mərkəzi Bankının rəhbəri deyib ki, mənfi nəticələrdən ehtiyat etdiyi üçün aparılan işin təfərrüatlarını açıqlaya bilməz.
BAKI, 2 noyabr — Sputnik. Qərb tərəfindən bloklanan Rusiya aktivlərinin qaytarılması istiqamətində iş aparılır.
Bu barədə Rusiya Federasiyası Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina cümə axşamı, oktyabrın 31-də Dövlət Dumasında müvafiq sualı cavablandırarkən bildirib.
O qeyd edib ki, mənfi nəticələrdən ehtiyat etdiyi üçün aparılan işin təfərrüatlarını açıqlaya bilməz.
"Əvvəllər cavab verdiyim kimi cavab verməyə məcbur olacağam: iş gedir, lakin bu işin ictimai sahədə təfərrüatlarını açıqlamaq mənfi nəticələrə gətirib çıxaracaq, bu mümkün deyil" – "TASS" agentliyi Mərkəzi Bankın sədrindən sitat gətirib.
Bundan əvvəl G7-nin Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirləri Ukraynaya yardım göstərmək üçün istifadə etmək niyyəti məlum olub. Xüsusilə, Kiyev bu vəsaitlərdən istifadə etməklə kredit ala bilər. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu planları saxtakarlıq sxemi adlandırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0