https://sputnik.az/20241102/ctimai-neqliyyatda-uztanima-ile-odenislere-baslanilacaq-468235721.html
Piyada keçidindən keçməyən piyadalar cərimələnəcək? “AzInTelecom”dan açıqlama
Piyada keçidindən keçməyən piyadalar cərimələnəcək? “AzInTelecom”dan açıqlama
Sputnik Azərbaycan
“AzInTelecom” yeni nəsil şəxsiyyət vəsiqəsi və ya SiMA imzası olan hər kəsin piyada keçidi olmayan yerlərdən keçərkən 40 manat cərimələnməyə başlaması barədə... 02.11.2024, Sputnik Azərbaycan
2024-11-02T18:30+0400
2024-11-02T18:30+0400
2024-11-02T19:17+0400
ictimai nəqliyyat
paytaxt xəbərləri
azərbaycan dəmir yolları
sima
https://cdnn1.img.sputnik.az/img/42179/65/421796505_0:0:1000:563_1920x0_80_0_0_5b0c2286fb051a3036947d61edf9376e.jpg
BAKI, 2 noyabr — Sputnik. Sosial şəbəkələrdə SİMA yeni nəsil rəqəmsal imzanın yolu qadağan olunmuş yerlərdən keçən piyadaların cərimələnməsi məqsədilə istifadə olunduğuna dair yanlış məlumatlar həqiqəti əks etdirmir və reallığa uyğun deyil.Bu barədə Report-un sorğusuna cavab olaraq SİMA mobil tətbiqinin yaradıcısı olan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom”dan bildirilib.“SİMA rəqəmsal imza sadəcə hüquqi və biznes proseslərində, istifadəçilərin elektron imza ehtiyaclarını qarşılayaraq onların rəqəmsal mühitdə şəxsiyyətlərini təsdiqləməsi üçün istifadə edilən rəqəmsal həlldir. SİMA rəqəmsal imzanın piyadaların yol hərəkəti qaydalarını pozması ilə bağlı hər hansı nəzarət və ya cərimələmə funksiyası yoxdur” - məlumatda qeyd edilib.Qeyd edək ki, bir neçə gündür sosial şəbəkələrdə yeni nəsil şəxsiyyət vəsiqəsi və ya SiMA imzası olan hər kəsin yeni nəsil təhlükəsiz şəhər kameraları tərəfindən piyada keçidi olmayan yerlərdən keçərkən 40 manat cərimələnməyə başlaması barədə məlumatlar yayılıb.23.10.24, 15:24İctimai nəqliyyatda üztanıma ilə ödənişlərə başlanılacaqAzərbaycanda dəmiryollarında üztanıma ilə ödənişlərə başlanılacaq. Sputnik Azərbaycan "APA-Economics"ə istinadən xəbər verir ki, bunu bu gün "Dayanıqlı Mikromaliyyə üçün İnnovativ Həllər" mövzusuna həsr edilmiş Azərbaycan Mikromaliyyə Konfransında çıxışı zamanı "Sima Pay" "Azintelekom"un məhsul və xidmətlər şöbəsinin müdiri Tamerlan Məşədihəsənli deyib. O bildirib ki, Azərbaycan Dəmir Yolları QSC ilə əməkdaşlıq çərçivəsində inteqrasiyaların həyata keçirilməsi gözlənilir. Bundan sonra dəmiryolu stansiyalarında "Sima Pay"lə ödəniş etmək mümkün olacaq.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42179/65/421796505_125:0:876:563_1920x0_80_0_0_7fa148021052da6ba0cd320ff9ddf590.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ictimai nəqliyyat, azərbaycan dəmir yolları, sima
ictimai nəqliyyat, azərbaycan dəmir yolları, sima
Piyada keçidindən keçməyən piyadalar cərimələnəcək? “AzInTelecom”dan açıqlama
18:30 02.11.2024 (Yenilənib: 19:17 02.11.2024) “AzInTelecom” yeni nəsil şəxsiyyət vəsiqəsi və ya SiMA imzası olan hər kəsin piyada keçidi olmayan yerlərdən keçərkən 40 manat cərimələnməyə başlaması barədə məlumata aydınlıq gətirib.
BAKI, 2 noyabr — Sputnik. Sosial şəbəkələrdə SİMA yeni nəsil rəqəmsal imzanın yolu qadağan olunmuş yerlərdən keçən piyadaların cərimələnməsi məqsədilə istifadə olunduğuna dair yanlış məlumatlar həqiqəti əks etdirmir və reallığa uyğun deyil.
Bu barədə Report-un sorğusuna cavab olaraq SİMA mobil tətbiqinin yaradıcısı olan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom”dan bildirilib.
“SİMA rəqəmsal imza sadəcə hüquqi və biznes proseslərində, istifadəçilərin elektron imza ehtiyaclarını qarşılayaraq onların rəqəmsal mühitdə şəxsiyyətlərini təsdiqləməsi üçün istifadə edilən rəqəmsal həlldir. SİMA rəqəmsal imzanın piyadaların yol hərəkəti qaydalarını pozması ilə bağlı hər hansı nəzarət və ya cərimələmə funksiyası yoxdur” - məlumatda qeyd edilib.
Qeyd edək ki, bir neçə gündür sosial şəbəkələrdə yeni nəsil şəxsiyyət vəsiqəsi və ya SiMA imzası olan hər kəsin yeni nəsil təhlükəsiz şəhər kameraları tərəfindən piyada keçidi olmayan yerlərdən keçərkən 40 manat cərimələnməyə başlaması barədə məlumatlar yayılıb.
İctimai nəqliyyatda üztanıma ilə ödənişlərə başlanılacaq
Azərbaycanda dəmiryollarında üztanıma ilə ödənişlərə başlanılacaq. Sputnik Azərbaycan "APA-Economics"ə istinadən xəbər verir ki, bunu bu gün "Dayanıqlı Mikromaliyyə üçün İnnovativ Həllər" mövzusuna həsr edilmiş Azərbaycan Mikromaliyyə Konfransında çıxışı zamanı "Sima Pay" "Azintelekom"un məhsul və xidmətlər şöbəsinin müdiri Tamerlan Məşədihəsənli deyib.
O bildirib ki, Azərbaycan Dəmir Yolları QSC ilə əməkdaşlıq çərçivəsində inteqrasiyaların həyata keçirilməsi gözlənilir. Bundan sonra dəmiryolu stansiyalarında "Sima Pay"lə ödəniş etmək mümkün olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.