Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Xəzərdə gəmi səyahəti bərpa olundu-Qiymətlər açıqlandı

© Sputnik "Mirvari" gəmisi
 Mirvari gəmisi  - Sputnik Azərbaycan, 1920, 01.11.2024
Abunə olmaq
Gəmidə mühafizəni Su Nəqliyyatında Polis İdarəsi və Dənizkənarı Bulvar İdarəsinin mühafizə xdməti təmin edir.
BAKI, 1 noyabr — Sputnik. İki illik fasilədən sonra "Mirvari" gəmisi yenidən fəaliyyətə başlayıb. Bu barədə Sputnik Azərbaycan-a Dənizkənarı Bulvar idarəsindən məlumat verilib. Xəbərdə bildirilir ki, dəniz suyunun səviyyəsinin aşağı enməsi ilə əlaqədar Bakı bulvarında 2022-ci ildən gəmi gəzintisinə fasilə verilmişdi. İlin əvvəlindən batimetriya (dənizin dərinliyinin ölçülməsi) işləri aparıldı, nəticəsində gəminin rahat və təhlükəsiz hərəkəti üçün yeni marşrut xətti müəyyənləşdi. Əgər 2022-ci ilə qədər Milli Parkda gəmilər "Sadko" körpüsünün yanından hərəkət edirdisə, yeni maaşrut xəttinə əsasən Dəniz Vağzalının qarşısındakı körpüdən hərəkət edəcək. Dənizin bu hissəsindəki dərinlik gəminin rahat və təhlükəsiz hərəkəti üçün imkan verir.
İnsanların gəmiyə olan marağını, uzun müddət fəaliyyətində yaranan fasiləni nəzərə alaraq, gəminin istismarı ilə bağlı xərclərin artmasına baxmayaraq dənizkənarı Bulvar İdarəsi əvvəlki qiymətləri saxlayıb. Qiymətlər gəminin yerindən, mərtəbəsindən asılı olaraq 5-10 manatdır. Bu qiymətlər 2015-ci ildə müəyyənləşdirilib.
Gəmidə mühafizəni Su Nəqliyyatında Polis İdarəsi və Dənizkənarı Bulvar İdarəsinin mühafizə xdməti təmin edir.
Xatırladaq ki, Bakı bulvarında iki illik fasilədən sonra gəmi gəzintisi bərpa olunur. "Mirvari" gəmisinin tutumu 460 nəfərlikdir, turun trayektoriyası isə Dəniz Vağzalı qarşısından Ağ şəhər ətrafını əhatə edir Küləkli hava şəraitində gəmi turları olmayacaq. Gəmi səyahəti qış rejimində fəaliyyətə başladığı üçün saat 14:00-dan 21:00-a qədər davam edəcək. Yaz-yay aylarında bu rejimində qrafik dəyişə bilər.
Xəbər lenti
0