https://sputnik.az/20241101/peskovdan-trampin-aciqlamasina-reaksiya-468443961.html
Peskovdan Trampın açıqlamasına reaksiya
Peskovdan Trampın açıqlamasına reaksiya
Sputnik Azərbaycan
Rusiya prezidentinin mətbuat katibi qeyd edib ki, Rusiya Federasiyası ilə ÇXR arasında əməkdaşlıq müstəsna olaraq hər iki xalqın maraqlarını ifadə edir. 01.11.2024, Sputnik Azərbaycan
2024-11-01T22:01+0400
2024-11-01T22:01+0400
2024-11-01T22:01+0400
peskov
rusiya
çxr xarici işlər nazirliyi
rusiya federasiyası
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/0d/459588169_0:0:3071:1728_1920x0_80_0_0_09ca6077fcec30923e0e5da150713008.jpg
BAKI, 1 noyabr — Sputnik. Kreml Rusiya Federasiyası ilə Çin Xalq Respublikası arasında əməkdaşlığa niyə müdaxilə edilməli olduğunu anlamır. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Bundan əvvəl keçmiş ABŞ prezidenti və Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp jurnalist Taker Karlsona verdiyi müsahibədə qarşıdan gələn prezident seçkilərində qalib gələcəyi təqdirdə Rusiya və Çin əlaqələrini kəsəcəyinə söz verib. "Burada aydın deyil ki, niyə bu əlaqənin kəsilməsinə ehtiyac var, nə üçün Rusiya və Çin arasında əməkdaşlığa müdaxiləyə ehtiyac var. Çünki bu əməkdaşlıq, həqiqətən, xüsusi, imtiyazlı xarakter daşıyır, həqiqətən strateji tərəfdaşlıqdır. Bu əməkdaşlıq üçüncü ölkələrə qarşı yönəlməyib", - Peskov deyib. Rusiya prezidentinin mətbuat katibi qeyd edib ki, Rusiya Federasiyası ilə ÇXR arasında əməkdaşlıq müstəsna olaraq hər iki xalqın maraqlarını ifadə edir. ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/0d/459588169_216:0:2947:2048_1920x0_80_0_0_32f760997ba4e3dcf3123070368b3d57.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
peskov, çxr xarici işlər nazirliyi, rusiya federasiyası
peskov, çxr xarici işlər nazirliyi, rusiya federasiyası
Peskovdan Trampın açıqlamasına reaksiya
Rusiya prezidentinin mətbuat katibi qeyd edib ki, Rusiya Federasiyası ilə ÇXR arasında əməkdaşlıq müstəsna olaraq hər iki xalqın maraqlarını ifadə edir.
BAKI, 1 noyabr — Sputnik. Kreml Rusiya Federasiyası ilə Çin Xalq Respublikası arasında əməkdaşlığa niyə müdaxilə edilməli olduğunu anlamır. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Bundan əvvəl keçmiş ABŞ prezidenti və Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp jurnalist Taker Karlsona verdiyi müsahibədə qarşıdan gələn prezident seçkilərində qalib gələcəyi təqdirdə Rusiya və Çin əlaqələrini kəsəcəyinə söz verib.
"Burada aydın deyil ki, niyə bu əlaqənin kəsilməsinə ehtiyac var, nə üçün Rusiya və Çin arasında əməkdaşlığa müdaxiləyə ehtiyac var. Çünki bu əməkdaşlıq, həqiqətən, xüsusi, imtiyazlı xarakter daşıyır, həqiqətən strateji tərəfdaşlıqdır. Bu əməkdaşlıq üçüncü ölkələrə qarşı yönəlməyib", - Peskov deyib.
Rusiya prezidentinin mətbuat katibi qeyd edib ki, Rusiya Federasiyası ilə ÇXR arasında əməkdaşlıq müstəsna olaraq hər iki xalqın maraqlarını ifadə edir.
ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək.