Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Zelenski Vaşinqtonu Rusiya ilə müharibəyə sürükləsə, ABŞ onu cəzalandıracaq - Lavrov

© AP Photo / Mark Schiefelbein Vladimir Zelenski, arxiv
 Vladimir Zelenski, arxiv - Sputnik Azərbaycan, 1920, 31.10.2024
Abunə olmaq
Nazir qeyd edib ki, Rusiya Ukrayna liderinin ABŞ-ın "Tomaqavk" raketlərinin Kiyevə verilməsi tələbi ilə Vaşinqtonda təşvişə səbəb olduğunu bilir.
BAKI, 31 oktyabr — Sputnik. Zelenski Vaşinqtonu Rusiyaya qarşı müharibəyə sürükləməyə çalışarsa, ABŞ onun cəzalandıracaq. Bu barədə "RİA Novosti" Rusiyanın xarici işlər naziri Sergey Lavrovun söylədiklərinə istinadən xəbər verib.

"Əminəm ki, əgər Vladimir Zelenski Vaşinqtonu Rusiyaya qarşı müharibəyə sürükləməyə davam edərsə ABŞ-ın, Amerika xalqının təhlükəsizliyini təmin etmək naminə, onları heç bir riskə məruz qoymamaq üçün ABŞ Ukrayna liderini cəzalandıracaq", - Lavrov mətbuat konfranslarında deyib.

Nazir həmçinin əlavə edib ki, Rusiya Vladimir Zelenskinin ABŞ-ın "Tomaqavk" raketlərinin Kiyevə verilməsi tələbi ilə Vaşinqtonda təşvişə səbəb olduğunu bilir.
Bu yaxınlarda "New York Times" qəzeti ABŞ rəsmilərinə istinadən xəbər verib ki, Zelenskinin ictimaiyyətə təqdim etmədiyi "qeyri-nüvədən çəkindirmə" paketi ilə bağlı "qələbə planı"nın bəndi uzaqmənzilli "Tomaqavk" raketlərinin Ukraynaya verilməsi tələbini nəzərdə tutub.
"Onun "Tomaqavk"larla bağlı tələbinin Vaşinqtonda çaşqınlığa səbəb olduğu bizə məlumdur ", – Lavrov Avrasiya təhlükəsizliyi üzrə Minsk Beynəlxalq Konfransı çərçivəsində jurnalistlərə deyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0