https://sputnik.az/20241031/lukasenko-rusiya-ukrayna-munaqisesinde-hec-hece-mumkundur-468416714.html
Lukaşenko: Rusiya-Ukrayna münaqişəsində heç-heçə mümkündür
Lukaşenko: Rusiya-Ukrayna münaqişəsində heç-heçə mümkündür
Sputnik Azərbaycan
Lukaşenko hesab edir ki, Ukrayna hərbçiləri bu qırğına son qoymaq istəyirlər. 31.10.2024, Sputnik Azərbaycan
2024-10-31T15:48+0400
2024-10-31T15:48+0400
2024-10-31T15:49+0400
belarus prezidenti aleksandr lukaşenko
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
ukrayna
sülh
heç-heçə
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e6/05/10/441973673_0:0:2997:1686_1920x0_80_0_0_3d5df37eb506cabdd88026b6af16b355.jpg
BAKI, 31 oktyabr — Sputnik. Rusiya və Ukrayna münaqişənin ilkin şərt olmadan həlli üçün danışıqlara başlanmalıdır. Bunu Belarus prezidenti Aleksandr Lukaşenko Avrasiya təhlükəsizliyi üzrə Minsk Beynəlxalq Konfransında deyib. Onun fikrincə, Minsk də danışıqlar masası arxasında olmalıdır. Belarus prezidenti qeyd edib ki, dünyada vəziyyət hər gün dəyişir. Onun fikrincə, indi hər şey bir nəfərin - Ukrayna prezidenti Vladimir Zelenskinin üzərinə düşür. Lukaşenko hesab edir ki, Ukrayna hərbçiləri bu qırğına son qoymaq istəyirlər. Aleksandr Lukaşenko həmçinin bildirib ki, Belarus da danışıqlar masası arxasında olmalıdır. O, ölkəsi üçün təhlükəsizlik təminatlarını müzakirə etmək istəyir. Belarus prezidenti dəfələrlə Rusiya və Ukraynanı mümkün qədər tez danışıqlar masasına oturmağa çağırıb. Lukaşenkonun sözlərinə görə, danışıqlar 2022-ci ilin martında İstanbulda əldə olunmuş razılaşmalara əsaslanmalıdır. Sentyabrda o, Vladimir Zelenskinin ABŞ-ın təzyiqi səbəbindən Rusiya tərəfi ilə əlaqə saxlamadığını bildirib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/10/441973673_89:0:2818:2047_1920x0_80_0_0_b2a02ce4cfb63f5036f078e18c433bb7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
belarus prezidenti aleksandr lukaşenko, ukrayna, sülh, heç-heçə, rusiya
belarus prezidenti aleksandr lukaşenko, ukrayna, sülh, heç-heçə, rusiya
Lukaşenko: Rusiya-Ukrayna münaqişəsində heç-heçə mümkündür
15:48 31.10.2024 (Yenilənib: 15:49 31.10.2024) Lukaşenko hesab edir ki, Ukrayna hərbçiləri bu qırğına son qoymaq istəyirlər.
BAKI, 31 oktyabr — Sputnik. Rusiya və Ukrayna münaqişənin ilkin şərt olmadan həlli üçün danışıqlara başlanmalıdır. Bunu Belarus prezidenti Aleksandr Lukaşenko Avrasiya təhlükəsizliyi üzrə Minsk Beynəlxalq Konfransında deyib.
Onun fikrincə, Minsk də danışıqlar masası arxasında olmalıdır.
"Mənim sivil Qərbin ziyalı nümayəndələri ilə son təmaslarım göstərir ki, biz müəyyən fikir inkişaf etdirmişik. Qərb nəhayət başa düşüb ki, Ukraynada danışıqlar aparmaq lazımdır. Bu gün heç-heçə ola bilər. Mən bunu idman üslubunda deyirəm", - Lukaşenko bildirib.
Belarus prezidenti qeyd edib ki, dünyada vəziyyət hər gün dəyişir. Onun fikrincə, indi hər şey bir nəfərin - Ukrayna prezidenti Vladimir Zelenskinin üzərinə düşür.
Lukaşenko hesab edir ki, Ukrayna hərbçiləri bu qırğına son qoymaq istəyirlər.
"Ukrayna döyüş meydanında qalib gəlməyəcək. Ukraynalılar və Qərb bunu artıq başa düşür. Biz hərəkət etməliyik, danışıqlar aparmalıyıq", - Belarus prezidenti bildirib.
Aleksandr Lukaşenko həmçinin bildirib ki, Belarus da danışıqlar masası arxasında olmalıdır. O, ölkəsi üçün təhlükəsizlik təminatlarını müzakirə etmək istəyir.
Belarus prezidenti dəfələrlə Rusiya və Ukraynanı mümkün qədər tez danışıqlar masasına oturmağa çağırıb. Lukaşenkonun sözlərinə görə, danışıqlar 2022-ci ilin martında İstanbulda əldə olunmuş razılaşmalara əsaslanmalıdır. Sentyabrda o, Vladimir Zelenskinin ABŞ-ın təzyiqi səbəbindən Rusiya tərəfi ilə əlaqə saxlamadığını bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.