Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Lavrov "sülh formulu"nu axmaqlıq, Zelenskinin "qələbə planı"nı isə şizofrenik adlandırıb

© Sputnik / Виталий Белоусов / Mediabanka keçidRusiyanın xarici işlər naziri Sergey Lavrov
Rusiyanın xarici işlər naziri Sergey Lavrov  - Sputnik Azərbaycan, 1920, 31.10.2024
Abunə olmaq
Rusiya XİN rəhbəri bildirib ki, Qərb Kiyevdəki rusofob, irqçi rejim tərəfindən BMT nizamnaməsinin kobud şəkildə pozulmasına göz yumur.
BAKI, 31 oktyabr — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Vladimir Zelenskinin Qərb tərəfindən irəli sürdüyü "sülh formulu"nun axmaqlıq olduğunu, onun "qələbə planının" isə şizofrenik olduğunu bildirib.
Bu barədə o, Avrasiya təhlükəsizliyi üzrə II Minsk Beynəlxalq Konfransında çıxış edərkən bildirib.
Lavrov qeyd edib ki, Qərbdə uzun illərdir Ukraynanın rusdilli əhalisinə qarşı ayrı-seçkiliyə, 2014-cü ildən bəri isə həyatın müxtəlif sahələrində rus dilindən istifadənin ardıcıl qadağan edilməsinə və Radanın kanonik Ukrayna Pravoslav Kilsəsinin qadağan edilməsi üçün qanun layihəsinin qəbuluna məhəl qoyulmur.

"Qərb Kiyevdəki rusofob, irqçi rejim tərəfindən BMT nizamnaməsinin bu cür kobud şəkildə pozulmasına göz yumur, Zelenskinin, divara dirənmiş, Rusiyanı təslim etməyə çağıran, hətta mən deyərdim ki, axmaq, "sülh formulu"nu təbliğ edir. Bir neçə həftə əvvəl isə bu vətəndaş eyni dərəcədə şizofrenik bir "qələbə planını", - açıqlayıb.

Eyni zamanda, o qeyd edib ki, "formula", "plan" və "Kiyevin nəzarətində olan Ukraynanın istər NATO, istərsə də Avropa İttifaqına üzvlüyü ilə bağlı fantaziyalar" Avropada sülhü yaxınlaşdırmır.
Xatırladaq ki, oktyabrın əvvəlində Zelenski Ukrayna parlamentinə qondarma "qələbə planı" təqdim edib. Sənəddə beş bənd və üç məxfi əlavə var. Zelenski vurğulayıb ki, planın həyata keçirilməsi "tərəfdaşlardan asılıdır".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0