Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Belarus və Rusiya XİN təhlükəsizlik təminatları sənədinin hazırlanmasını müzakirə ediblər

© AP PhotoRusiya və Belarus bayraqları, arxiv
Rusiya və Belarus bayraqları, arxiv - Sputnik Azərbaycan, 1920, 31.10.2024
Abunə olmaq
Görüş Avrasiya təhlükəsizliyi üzrə II Minsk Beynəlxalq Konfransı çərçivəsində baş tutub.
BAKI, 31 oktyabr — Sputnik. Belarus və Rusiya Federasiyasının xarici işlər nazirləri Maksim Rıjenkov Sergey Lavrov cümə axşamı görüşüblər. Bu barədə "Belta" dövlət agentliyi xəbər verib.
Görüş Avrasiya təhlükəsizliyi üzrə II Minsk Beynəlxalq Konfransı çərçivəsində baş tutub.

"Belarus və Rusiyanın xarici işlər nazirləri Maksim Rıjenkov və Sergey Lavrov oktyabrın 31-də Minskdə keçirilən görüşdə təhlükəsizlik təminatlarına dair sənədin hazırlanmasını müzakirə ediblər", – agentlikdən bildirilib.

Xəbər verdiyimiz kimi, iyul ayında ŞƏT sammiti çərçivəsində Rıjenkov Belarus və Rusiya arasında təhlükəsizlik təminatlarına dair saziş layihəsinin müzakirəsini davam etdirildiyini bildirmişdi.
"Daha bir neçə raund olacaq. Rusiyanın xarici işlər nazirinin müavini gələcək. Burada hər şey lazım olduğu kimi gedir", – nazir deyib.
İkitərəfli münasibətlərin inkişafından danışan Rıjenkov qeyd edib ki, gündəlikdə heç bir aktual məsələ yoxdur.

"Biz Ali Dövlət Şurasının (İttifaq Dövlətinin Ali Dövlət Şurasının - red.) iclasına, İttifaq dövləti haqqında müqavilənin imzalanmasının 25-ci ildönümünün qeyd edilməsinə yaxşı hazırlaşmalıyıq. Birlik dövlətinin təhlükəsizliyini təmin etmək baxımından çox vacib olan bir sıra sənədlər var. Buna görə görüləcək işlər kifayət qədər böyükdür. Mən Rusiya tərəfinə çox minnətdaram ki, əsas sənədlərin, təhlükəsizlik zəmanətləri haqqında Sazişin hazırlanmasında qarşılaşdığımız bütün məqamlarda anlayışla qarşılaşırıq", - belarus diplomatı bildirib.

Bundan əvvəl Belarusa hücum ediləcəyi təqdirdə Rusiyanın nüvə silahından istifadə edə biləcəyi barədə məlumat verilmişdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0