https://sputnik.az/20241030/brks-sammitinin-neticeleri-qerbin-ugursuzlugunu-gosterdi---lavrov-468387225.html
BRİKS sammitinin nəticələri Qərbin uğursuzluğunu göstərdi - Lavrov
BRİKS sammitinin nəticələri Qərbin uğursuzluğunu göstərdi - Lavrov
Sputnik Azərbaycan
Nazir qeyd ediyib ki, əvvəlki konqresdən keçən üç il ərzində beynəlxalq aləmdə vəziyyət çətinləşib. 30.10.2024, Sputnik Azərbaycan
2024-10-30T13:41+0400
2024-10-30T13:41+0400
2024-10-30T13:41+0400
briks
rusiya
sergey lavrov
lavrov
kazan
kazan
https://cdnn1.img.sputnik.az/img/07e8/0a/17/468242819_0:0:3102:1745_1920x0_80_0_0_7712b4804cb3ab4f632e1c27fefe1f69.jpg
BAKI, 30 oktyabr — Sputnik. BRİKS-in Kazan sammitinin nəticələri göstərdi ki, Qərbin Rusiyanı beynəlxalq arenada təcrid etmək cəhdləri fiaskoya uğrayıb. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. "Rusiyanı beynəlxalq arenada təcrid etmək cəhdləri də tam fiasko ilə nəticələnib. Dünya ölkələrinin əksəriyyəti Qərbin ardınca getmir, onlar bizimlə müxtəlif formatlarda və sahələrdə əlaqələri gücləndirirlər Rusiyanın sədrliyi ilə Kazanda keçirilən BRİKS sammitinin nəticələri bunu göstərdi", - o, xaricdə yaşayan rusiyalı həmvətənlərin VIII Ümumdünya Konqresinin açılışı zamanı deyib. Nazir qeyd ediyib ki, əvvəlki konqresdən keçən üç il ərzində beynəlxalq aləmdə vəziyyət çətinləşib. "ABŞ-ın başçılıq etdiyi kollektiv Qərb Rusiyanı sistematik şəkildə cilovlamaq səylərini sözün əsl mənasında ikiqat artırdı və necə deyərlər, strateji məğlubiyyətə uğratmaq məqsədi ilə ölkəmizə qarşı genişmiqyaslı hibrid təcavüzə başladı", o vurğulayıb. Lavrov bildirib ki, bütün bu cəhdlər uğursuzluğa məhkumdur. "Prezident Putinin qarşıya qoyduğu xüsusi hərbi əməliyyatın bütün məqsədləri Rusiyanın təhlükəsizliyi, vətəndaşlarımızın və soydaşlarımızın həyatı, şərəf və ləyaqəti, öz ata-baba yurdunda yaşamaq hüququ mütləq həyata keçiriləcək, dilini, tarixini və mənəvi-əxlaqi dəyərlərini qoruyub saxlaması etibarlı şəkildə təmin ediləcək", o vurğulayıb. Oktyabrın 22-dən 24-dək Kazanda dövlət başçılarının iştirakı ilə BRİKS sammiti keçirilib. BRİKS 2006-cı ildə yaradılmış dövlətlərarası birlikdir. 2024-cü ilin əvvəlindən Misir, Efiopiya, İran, BƏƏ və Səudiyyə Ərəbistanı da qrupa qoşulub. Rusiya yanvarın 1-dən təşkilatın sədri postunu tutur. Ədalətli qlobal inkişaf və təhlükəsizlik naminə çoxtərəfliliyin gücləndirilməsi devizi altında keçirilən sədrliyi çərçivəsində Rusiya 200-dən çox siyasi, iqtisadi və sosial tədbir təşkil edir.
kazan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0a/17/468242819_168:0:2899:2048_1920x0_80_0_0_37f04da17466e00147422ceb6223baa9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
briks , sergey lavrov, lavrov, kazan, kazan
briks , sergey lavrov, lavrov, kazan, kazan
BRİKS sammitinin nəticələri Qərbin uğursuzluğunu göstərdi - Lavrov
Nazir qeyd ediyib ki, əvvəlki konqresdən keçən üç il ərzində beynəlxalq aləmdə vəziyyət çətinləşib.
BAKI, 30 oktyabr — Sputnik. BRİKS-in Kazan sammitinin nəticələri göstərdi ki, Qərbin Rusiyanı beynəlxalq arenada təcrid etmək cəhdləri fiaskoya uğrayıb. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
"Rusiyanı beynəlxalq arenada təcrid etmək cəhdləri də tam fiasko ilə nəticələnib. Dünya ölkələrinin əksəriyyəti Qərbin ardınca getmir, onlar bizimlə müxtəlif formatlarda və sahələrdə əlaqələri gücləndirirlər Rusiyanın sədrliyi ilə Kazanda keçirilən BRİKS sammitinin nəticələri bunu göstərdi", - o, xaricdə yaşayan rusiyalı həmvətənlərin VIII Ümumdünya Konqresinin açılışı zamanı deyib.
Nazir qeyd ediyib ki, əvvəlki konqresdən keçən üç il ərzində beynəlxalq aləmdə vəziyyət çətinləşib.
"ABŞ-ın başçılıq etdiyi kollektiv Qərb Rusiyanı sistematik şəkildə cilovlamaq səylərini sözün əsl mənasında ikiqat artırdı və necə deyərlər, strateji məğlubiyyətə uğratmaq məqsədi ilə ölkəmizə qarşı genişmiqyaslı hibrid təcavüzə başladı", o vurğulayıb.
Lavrov bildirib ki, bütün bu cəhdlər uğursuzluğa məhkumdur.
"Prezident Putinin qarşıya qoyduğu xüsusi hərbi əməliyyatın bütün məqsədləri Rusiyanın təhlükəsizliyi, vətəndaşlarımızın və soydaşlarımızın həyatı, şərəf və ləyaqəti, öz ata-baba yurdunda yaşamaq hüququ mütləq həyata keçiriləcək, dilini, tarixini və mənəvi-əxlaqi dəyərlərini qoruyub saxlaması etibarlı şəkildə təmin ediləcək", o vurğulayıb.
Oktyabrın 22-dən 24-dək Kazanda dövlət başçılarının iştirakı ilə BRİKS sammiti keçirilib.
BRİKS 2006-cı ildə yaradılmış dövlətlərarası birlikdir. 2024-cü ilin əvvəlindən Misir, Efiopiya, İran, BƏƏ və Səudiyyə Ərəbistanı da qrupa qoşulub. Rusiya yanvarın 1-dən təşkilatın sədri postunu tutur. Ədalətli qlobal inkişaf və təhlükəsizlik naminə çoxtərəfliliyin gücləndirilməsi devizi altında keçirilən sədrliyi çərçivəsində Rusiya 200-dən çox siyasi, iqtisadi və sosial tədbir təşkil edir.