Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Vətəndaşların nəzərinə: Bakı-Pirşağı-Sumqayıt qatarlarının qrafiki dəyişir

© Azerbaijan Railways CJSCЭлектропоезд Баку-Сумгайыт-Баку
Электропоезд Баку-Сумгайыт-Баку - Sputnik Azərbaycan, 1920, 29.10.2024
Abunə olmaq
30 oktyabr tarixindən 7 noyabr tarixinədək Bakı-Pirşağı-Sumqayıt-Bakı marşrutu ilə qeyri-pik saatlarda hərəkət edən qatarların qrafikində dəyişiklik edilir.
BAKI, 29 oktyabr — Sputnik. COP29 tədbirlərinə hazırlıq çərçivəsində "Azərbaycan Dəmir Yolları" QSC (ADY) dəmiryol nəqliyyatında artacaq sərnişin tələbatını nəzərə alaraq qatarların qrafik üzrə faziləsiz fəaliyyətinin təmin edilməsi məqdəsilə Abşeron dairəvi dəmiryol xətti üzrə infrastruktura kompleks baxış keçirib. Fəaliyyətində təhlükəsizliyə xüsusi önəm verən ADY sərnişinlərin mənzilbaşına rahat və vaxtında çatdırılması məqsədilə Bakı-Pirşağı-Sumqayıt-Bakı marşrutu üzrə əlavə texniki fasilənin götürülməsini qərara alıb.
Bu barədə ADY məlumat yayıb.
Qeyd edilib ki, 30 oktyabr tarixindən 7 noyabr tarixinədək Bakı-Pirşağı-Sumqayıt-Bakı marşrutu ilə qeyri-pik saatlarda hərəkət edən qatarların qrafikində dəyişiklik edilir. Dəyişikliyə əsasən, qeyd olunmuş 7 gün ərzində Bakıdan saat 09:30-da və 10:00-da, Sumqayıtdan isə 10:00-da və 11:00-da yola düşən sürət qatarlarının reysləri müvəqqəti olaraq ləğv edilir.
Götürülmüş texniki fasilə müddətində ərazidə kontakt şəbəkəsi, rabitə və işarəvermə qurğuları, o cümlədən yoldəyişənlərin tam saz vəziyyətə gətirilməsi üçün profilaktik işlər aparılacaq.
Digər qatarların hərəkəti 16.09.2024-cü il tarixində təsdiq olunmuş hərəkət cədvəli üzrə dəyişiklik edilmədən qüvvədə saxlanılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0