QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Müharibənin 33-cü günü - Xronika

© Sputnik / Murad OrujovXocavənd
Xocavənd - Sputnik Azərbaycan, 1920, 29.10.2024
Abunə olmaq
Müharibənin 33-cü günündə Ermənistanın təxribatları nəticəsində həlak olan mülki şəxslərin sayı 90-a çatıb, 392 nəfər xəsarət alıb.
BAKI, 29 oktyabr — Sputnik. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.
Vətən müharibəsinin xronikasını təqdim edirik.
Müharibənin 33-cü günü
Döyüş əməliyyatları əsasən cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində davam edib. Düşmənin hücum etmək cəhdlərinin qarşısı qətiyyətlə alınıb. Ermənistan silahlı qüvvələrinin şəxsi heyəti arasında ölən və yaralananlar var. Dəqiq atəş zərbələrinə tab gətirə bilməyən düşmən itki verərək geri çəkilməyə məcbur edilib. İşğalçı ordunun xeyli sayda canlı qüvvəsi, iki ədəd T-72 tankı, iki ədəd BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemi, 14 ədəd müxtəlif tipli topu, bir neçə dayaq məntəqəsi və altı ədəd avtomobil texnikası sıradan çıxarılıb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Müdafiə Nazirliyi Qubadlı rayonunun işğaldan azad olunan Qiyaslı və Sarıyataq kəndlərinin videogörüntülərini yayıb.
Ermənistan ordusunun yüksək rütbəli bir neçə zabiti məhv edilib.
Müdafiə Nazirliyi düşmənin döyüş meydanında atıb qaçdığı hərbi sursat, zirehli və avtomobil texnikalarının videogörüntüsünü paylaşıb.
Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun endirdiyi zərbələr nəticəsində Ermənistan silahlı qüvvələrinin bölmələri geri çəkilməyə məcbur edilir. Düşmən xeyli itki verir, onun döyüş texnikası sıradan çıxarılır.
Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarına cavab olaraq, sentyabrın 27-də başladığı uğurlu əks-həmlə əməliyyatı nəticəsində indiyədək düşmənin xeyli sayda döyüş texnikası, hərbi sursatı məhv edilərək sıradan çıxarılıb və qənimət götürülüb. Düşmənin ümumi itkiləri 2,7 milyard dollar dəyərində qiymətləndirilir - infoqrafika.
Ermənistan cəmiyyətində təşviş, ordusunda isə xaos, kütləvi fərarilik və özbaşınalıq hökm sürür.
ANAMA-nın məlumatına əsasən, Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisinə 13 ballistik raket atıb.
Bərdədə mülki infrastruktur və dinc əhalimizi atəşə tutan düşmən bölmələri, işğalçı ordunun qüvvə və vasitələri Azərbaycan Ordusunun bölmələri tərəfindən darmadağın edilib.
Qubadlı istiqamətində Azərbaycan Ordusunun mövqelərinə aviazərbələr endirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinin iki Su-25 hücum təyyarəsi Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən məhv edilib.
Ermənistanın işğal olunmuş ərazilərimizdə mədəni sərvəti və əmlakı məhv etməsi və talaması ilə bağlı cinayət işi başlanıb.
Ermənistanın təxribatları nəticəsində həlak olan mülki şəxslərin sayı 90-a çatıb, 392 nəfər xəsarət alıb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0