https://sputnik.az/20241029/hec-bir-tezyiq-ve-ya-hede-qorxu-bizi-oz-yolumuzdan-dondere-bilmez---sahibe-qafarova-468372097.html
Heç bir təzyiq və ya hədə-qorxu bizi öz yolumuzdan döndərə bilməz - Sahibə Qafarova
Heç bir təzyiq və ya hədə-qorxu bizi öz yolumuzdan döndərə bilməz - Sahibə Qafarova
Sputnik Azərbaycan
Spiker bildirib ki, Avropa Parlamentinin Azərbaycana qarşı düşmənçilik və qarayaxma kampaniyası aparan qüvvələrin əlində bir alətə çevrilməsi təəssüf doğurur. 29.10.2024, Sputnik Azərbaycan
2024-10-29T14:24+0400
2024-10-29T14:24+0400
2024-10-29T15:09+0400
sahibə qafarova
rusiya
spiker
parlamentin spikeri
avropa parlamenti
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/0b/459487928_0:83:1600:983_1920x0_80_0_0_735906092b396cc75256130cb173ec81.jpg
BAKI, 29 oktyabr— Sputnik. Oktyabrın 24-də Avropa Parlamentində Azərbaycanı hədəf alan növbəti siyasi aksiya təşkil olunub. Ölkəmizə qarşı böhtanlar, yalan və saxta məlumatlar üzərində qurulan qərəzli bir qətnamə qəbul edilib. Milli Məclis bu qətnaməyə dərhal öz münasibətini bildirib və bu münasibət mətbuatda dərc edilib. Bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin oktyabrın 29-da keçirilən iclasında deyib. Spiker bildirib ki, Avropa Parlamentinin Azərbaycana qarşı düşmənçilik və qarayaxma kampaniyası aparan qüvvələrin əlində bir alətə çevrilməsi təəssüf doğurur: "Biz ölkəmizə qarşı irəli sürülən əsassız ittihamları, cəfəng iddiaları, təhdid və tələbləri qətiyyətlə rədd edirik. Bu cür ədalətsiz və qeyri-obyektiv sənədlərin ortaya çıxması Cənubi Qafqaz regionunda tarixi ədalətin və beynəlxalq hüququn bərpası ilə barışa bilməyən qüvvələrin bəd niyyətlərini bir daha açıb göstərir. Hesab edirəm ki, Avropa Parlamenti bu qətnaməsi ilə nəinki bölgəmizdə tarixi və müasir reallıqlara qərəzli münasibətini nümayiş etdirir, həm də dövlətimizin suverenliyinə və ərazi bütövlüyünə meydan oxuyur". O qeyd edib ki, Ermənistan Respublikası 30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxlayıb, 1 milyon soydaşımızı qaçqın və məcburi köçkün həyatına məhkum edib, xalqımıza qarşı dəhşətli cinayətlər törədib, şəhər və kəndlərimizi, milli-mənəvi, tarixi və dini mirasımızı talan edib: "O dövrdə beynəlxalq ictimaiyyət nədənsə susmağa üstünlük verirdi. 44 günlük Vətən müharibəsində və antiterror əməliyyatında tarixi qələbələrdən sonra isə Avropa Parlamentində, digər təşkilatlarda və ölkələrdə Azərbaycanofob, türkofob və islamofob qüvvələr bütün beynəlxalq davranış normalarını və nəzakət qaydalarını bir kənara qoyaraq, ölkəmizə qarşı sanki yürüşə çıxıblar. Narahatlıq doğuran bir məqam da budur ki, Avropa Parlamenti Bakıda keçiriləcək COP29 kimi mühüm beynəlxalq tədbirdən ölkəmizə qarşı siyasi təzyiq aləti kimi istifadə etməyə cəhd göstərir. İqlim dəyişmələri qlobal problemdir və birlik tələb edir, lakin bu məsələdən də Azərbaycan əleyhinə gündəliyin təbliği üçün istifadə olunur". Spiker deyib: "Milli Məclis olaraq, biz həmişə qeyd edirik ki, Azərbaycan siyasi dialoq və əməkdaşlıq üçün açıqdır və regionda sülh yaradılmasına sadiqdir, lakin hər hansı qərəzi, əsassız iddianı və tələbi, aqressiv ritorikanı qətiyyətlə rədd edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz müstəqil daxili və xarici siyasət yeridir və heç bir təzyiq və ya hədə-qorxu bizi öz yolumuzdan döndərə bilməz". O əlavə edib ki, bu günlərdə Gürcüstan və Özbəkistanda parlament seçkiləri keçirilib: "Milli Məclisin üzvləri də bu seçkiləri müşahidə ediblər. Artıq hər iki seçkinin uğurla baş tutduğunu söyləmək olar. Biz Azərbaycana dost və qardaş ölkələrin əldə etdikləri nailiyyətlərə ürəkdən sevinirik və inanırıq ki, bu seçkilər Gürcüstan və Özbəkistanın hərtərəfli tərəqqisinə, eyni zamanda Azərbaycanın bu ölkələrlə münasibətlərinin, sülh, sabitlik və davamlı inkişaf naminə əməkdaşlığının daha da möhkəmlənməsinə və genişlənməsinə töhfə verəcək".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20241029/deputat-qiymet-artimi-ne-vaxtdan-istehlakcilarin-huquqlarinin-mudafiesi-hesab-olunur-468370191.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/0b/459487928_90:0:1511:1066_1920x0_80_0_0_c904f00d4437aead7bdf7e80e7715ce5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
sahibə qafarova, spiker, parlamentin spikeri, avropa parlamenti
sahibə qafarova, spiker, parlamentin spikeri, avropa parlamenti
Heç bir təzyiq və ya hədə-qorxu bizi öz yolumuzdan döndərə bilməz - Sahibə Qafarova
14:24 29.10.2024 (Yenilənib: 15:09 29.10.2024) Spiker bildirib ki, Avropa Parlamentinin Azərbaycana qarşı düşmənçilik və qarayaxma kampaniyası aparan qüvvələrin əlində bir alətə çevrilməsi təəssüf doğurur.
BAKI, 29 oktyabr— Sputnik. Oktyabrın 24-də Avropa Parlamentində Azərbaycanı hədəf alan növbəti siyasi aksiya təşkil olunub. Ölkəmizə qarşı böhtanlar, yalan və saxta məlumatlar üzərində qurulan qərəzli bir qətnamə qəbul edilib. Milli Məclis bu qətnaməyə dərhal öz münasibətini bildirib və bu münasibət mətbuatda dərc edilib.
Bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin oktyabrın 29-da keçirilən iclasında deyib.
Spiker bildirib ki, Avropa Parlamentinin Azərbaycana qarşı düşmənçilik və qarayaxma kampaniyası aparan qüvvələrin əlində bir alətə çevrilməsi təəssüf doğurur:
"Biz ölkəmizə qarşı irəli sürülən əsassız ittihamları, cəfəng iddiaları, təhdid və tələbləri qətiyyətlə rədd edirik. Bu cür ədalətsiz və qeyri-obyektiv sənədlərin ortaya çıxması Cənubi Qafqaz regionunda tarixi ədalətin və beynəlxalq hüququn bərpası ilə barışa bilməyən qüvvələrin bəd niyyətlərini bir daha açıb göstərir. Hesab edirəm ki, Avropa Parlamenti bu qətnaməsi ilə nəinki bölgəmizdə tarixi və müasir reallıqlara qərəzli münasibətini nümayiş etdirir, həm də dövlətimizin suverenliyinə və ərazi bütövlüyünə meydan oxuyur".
O qeyd edib ki, Ermənistan Respublikası 30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxlayıb, 1 milyon soydaşımızı qaçqın və məcburi köçkün həyatına məhkum edib, xalqımıza qarşı dəhşətli cinayətlər törədib, şəhər və kəndlərimizi, milli-mənəvi, tarixi və dini mirasımızı talan edib:
"O dövrdə beynəlxalq ictimaiyyət nədənsə susmağa üstünlük verirdi. 44 günlük Vətən müharibəsində və antiterror əməliyyatında tarixi qələbələrdən sonra isə Avropa Parlamentində, digər təşkilatlarda və ölkələrdə Azərbaycanofob, türkofob və islamofob qüvvələr bütün beynəlxalq davranış normalarını və nəzakət qaydalarını bir kənara qoyaraq, ölkəmizə qarşı sanki yürüşə çıxıblar. Narahatlıq doğuran bir məqam da budur ki, Avropa Parlamenti Bakıda keçiriləcək COP29 kimi mühüm beynəlxalq tədbirdən ölkəmizə qarşı siyasi təzyiq aləti kimi istifadə etməyə cəhd göstərir. İqlim dəyişmələri qlobal problemdir və birlik tələb edir, lakin bu məsələdən də Azərbaycan əleyhinə gündəliyin təbliği üçün istifadə olunur".
"Milli Məclis olaraq, biz həmişə qeyd edirik ki, Azərbaycan siyasi dialoq və əməkdaşlıq üçün açıqdır və regionda sülh yaradılmasına sadiqdir, lakin hər hansı qərəzi, əsassız iddianı və tələbi, aqressiv ritorikanı qətiyyətlə rədd edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz müstəqil daxili və xarici siyasət yeridir və heç bir təzyiq və ya hədə-qorxu bizi öz yolumuzdan döndərə bilməz".
O əlavə edib ki, bu günlərdə Gürcüstan və Özbəkistanda parlament seçkiləri keçirilib: "Milli Məclisin üzvləri də bu seçkiləri müşahidə ediblər. Artıq hər iki seçkinin uğurla baş tutduğunu söyləmək olar. Biz Azərbaycana dost və qardaş ölkələrin əldə etdikləri nailiyyətlərə ürəkdən sevinirik və inanırıq ki, bu seçkilər Gürcüstan və Özbəkistanın hərtərəfli tərəqqisinə, eyni zamanda Azərbaycanın bu ölkələrlə münasibətlərinin, sülh, sabitlik və davamlı inkişaf naminə əməkdaşlığının daha da möhkəmlənməsinə və genişlənməsinə töhfə verəcək".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.