https://sputnik.az/20241028/qerb-ozune-beraet-qazandirmaga-calisir---lavrov-468356126.html
Qərb özünə bəraət qazandırmağa çalışır - Lavrov
Qərb özünə bəraət qazandırmağa çalışır - Lavrov
Sputnik Azərbaycan
Rusiya XİN rəhbəri xatırladıb ki, Qərb hərbi qulluqçuları uzun müddətdir Ukraynada fəaliyyət göstərirlər. 28.10.2024, Sputnik Azərbaycan
2024-10-28T17:26+0400
2024-10-28T17:26+0400
2024-10-28T17:26+0400
lavrov
rusiya
şimali koreya
rusiya
küveyt
https://cdnn1.img.sputnik.az/img/07e8/06/0a/465274188_0:0:2813:1583_1920x0_80_0_0_e23d4c2c78322ec8bd6101a6bf0dc773.jpg
BAKI, 28 oktyabr — Sputnik. Qərbin Rusiya ilə KXDR arasında əməkdaşlıqla bağlı bəyanatları Ukraynadakı Qərb hərb qulluqçularının göndərilməsinə haqq qazandırmaq cəhdidir. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Küveytin Xarici İşlər Naziri Abdullah Əl-Yəhya ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib. "Beləliklə, bizim mövqeyimiz tamamilə dürüst və açıqdır, lakin biz Ukraynaya hansısa bəhanə ilə qoşun göndərəcəyik kimi məkrli bəyanatları, uzun müddətdir baş verənlərə bəraət qazandırmaq cəhdi hesab edirik", - nazir vurğulayıb. İyunun 18-19-da Putinin Pxenyana səfəri zamanı Rusiya və KXDR arasında yeni Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi imzalanıb. Sənədə əsasən, tərəflərdən biri hər hansı dövlət və ya bir neçə dövlət tərəfindən silahlı hücuma məruz qalarsa və müharibə vəziyyətində olarsa, onda qarşı tərəf BMT Nizamnaməsinin 51-ci maddəsinə, Rusiya Federasiyası və KXDR qanunvericiliyinə uyğun olaraq sərəncamında olan bütün vasitələrlə dərhal hərbi və digər yardım göstərəcək. Bundan əlavə, səkkizinci maddəyə əsasən, tərəflər müharibənin qarşısının alınması, regional və beynəlxalq sülh və təhlükəsizliyin təmin edilməsi maraqları naminə müdafiə qabiliyyətinin gücləndirilməsi məqsədilə birgə fəaliyyət mexanizmləri yaradırlar.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
küveyt
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/06/0a/465274188_73:0:2802:2047_1920x0_80_0_0_957fc792b0fcd97cb906174bbddc708c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
lavrov, şimali koreya, rusiya, küveyt
lavrov, şimali koreya, rusiya, küveyt
Qərb özünə bəraət qazandırmağa çalışır - Lavrov
Rusiya XİN rəhbəri xatırladıb ki, Qərb hərbi qulluqçuları uzun müddətdir Ukraynada fəaliyyət göstərirlər.
BAKI, 28 oktyabr — Sputnik. Qərbin Rusiya ilə KXDR arasında əməkdaşlıqla bağlı bəyanatları Ukraynadakı Qərb hərb qulluqçularının göndərilməsinə haqq qazandırmaq cəhdidir. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Küveytin Xarici İşlər Naziri Abdullah Əl-Yəhya ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib.
"Qərb hərbi qulluqçuları uzun müddətdir Ukraynada fəaliyyət göstərirlər. Bu, NATO ilə Aİ-nin ölkəmizə qarşı hibrid müharibəsinin bir hissəsidir. Biz bunu çox yaxşı bilirik. KXDR ilə münasibətlərimizə gəlincə, biz artıq bu haqda çoxdan demişik. Saziş gizli deyil, o, açıqdır, bütün mətn dərc olunub və heç bir şəkildə beynəlxalq hüququn heç bir müddəasını pozmur, çünki o, digər şeylərlə yanaşı, hərbçilərin bir-birinə yardım göstərməsini nəzərdə tutur", - Lavrov bildirib.
"Beləliklə, bizim mövqeyimiz tamamilə dürüst və açıqdır, lakin biz Ukraynaya hansısa bəhanə ilə qoşun göndərəcəyik kimi məkrli bəyanatları, uzun müddətdir baş verənlərə bəraət qazandırmaq cəhdi hesab edirik", - nazir vurğulayıb.
İyunun 18-19-da Putinin Pxenyana səfəri zamanı Rusiya və KXDR arasında yeni Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi imzalanıb. Sənədə əsasən, tərəflərdən biri hər hansı dövlət və ya bir neçə dövlət tərəfindən silahlı hücuma məruz qalarsa və müharibə vəziyyətində olarsa, onda qarşı tərəf BMT Nizamnaməsinin 51-ci maddəsinə, Rusiya Federasiyası və KXDR qanunvericiliyinə uyğun olaraq sərəncamında olan bütün vasitələrlə dərhal hərbi və digər yardım göstərəcək.
Bundan əlavə, səkkizinci maddəyə əsasən, tərəflər müharibənin qarşısının alınması, regional və beynəlxalq sülh və təhlükəsizliyin təmin edilməsi maraqları naminə müdafiə qabiliyyətinin gücləndirilməsi məqsədilə birgə fəaliyyət mexanizmləri yaradırlar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.