Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

FHN-dən subasma yerləri ilə bağlı açıqlama-VİDEO

CC0 / StockSnap / TunnelTuneldə dayanmış adam, arxiv şəkli
Tuneldə dayanmış adam, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 28.10.2024
Abunə olmaq
Nazirliyin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilir.
BAKI, 28 oktyabr — Sputnik. Bakı şəhərində yağan leysan yağışlarla əlaqədar bəzi ünvanlarda subasmanın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumatlar daxil olub və dərhal Nazirliyin qüvvələri ərazilərə cəlb olunub.
Hazırda Nazirliyin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilir.
Qeyd edək ki, ötən həftə də Bakı şəhəri və Abşerona yağan yağışlar ciddi fəsadlara səbəb olmuşdu. "Bağırov" tuneli adlanan ərazidə subasma nəticəsində iki nəfər həyatını itirdi. Paytaxtın müxtəlif ərazilərində yağış suları evlərə dolaraq sakinlər üçün ciddi problemlər yaratdı.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0