Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyada "xarici agent"lərin dövlət orqanlarındakı işinə xitam veriləcək

© Sputnik / Наталья СеливерстоваRusiya Dövlət Dumasının binası, arxiv
Rusiya Dövlət Dumasının binası, arxiv - Sputnik Azərbaycan, 1920, 26.10.2024
Abunə olmaq
“Roskomnadzor” abunəçilərinin sayı 10 min nəfəri keçən “YouTube” kanalları və bloqların siyahısını hazırlayacaq.
BAKI, 26 oktyabr - Sputnik. Rusiyada noyabrın 1-dən etibarən “Xarici Agentlərin Dövlət Reyestri” siyahısına daxil olan şəxslərin hakimiyyət orqanlarındakı işinə xitam veriləcək.
Bunu Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib.
O, həmin tarixdən tətbiq olunacaq başqa məhdudiyyətləri də açıqlayıb. V. Volodinin sözlərinə görə, təhlükəsizliyin təminatı üçün “Roskomnadzor” abunəçilərinin sayı 10 min nəfəri keçən “YouTube” kanalları və bloqların siyahısını hazırlayacaq.
Noyabrın 7-dən başlayaraq miqrasiya qanunvericiliyinə edilən düzəlişlər də hüquqi qüvvəsini alacaq. Bu isə bilavasitə xarici ölkə vətəndaşlarının qeydiyyat proseduru ilə bağlıdır. Eyni gündə mühafizə və xüsusi mühafizə olunan təbiət ərazilərinin qorunması üzrə qanunvericilik də sərtləşdiriləcək.
Rusiya Dövlət Dumasının qəbul etdiyi daha bir qanuna əsasən 21 noyabr tarixindən Rusiya vətəndaşlığını alıb müvafiq qaydada andiçmə prosedurundan keçməyən şəxslərin vətəndaşlığı ləğv olunacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0